Siz saydığınızı sayın, görün, “Azəriqaz”ın sayğacı nə sayır - PROBLEM
Smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi prosesi ötən ilin əvvəlindən başlasa da, ilin sonunda daha da sürətləndirildi. Bundan sonra sosial şəbəkələrdə vətəndaşların narazı fikirləri ayaq açıb yeriməyə başladı. İddialara görə, mexaniki sayğaclar smart tipli sayğaclarla müqayisədə daha çox yazır. Hətta, ötən aylarla müqayisədə ikiqat artıq qazpulu yazıldığını iddi edənlər də var.
“Azəriqaz” İstehsalat Birliyi şikayətlərlə bağlı yerli mətbuata açıqlama yayıb ki, ölkədə son illər ərzində paralel olaraq həmişə iki tip sayğacdan istifadə edilib: “2020-ci ilin əvvəlində bu prosesin başlanma səbəbi isə ölkədə quraşdırılan smart tipli sayğacların istehsalçısı olan Fransa şirkəti tenderin qalibi ola bilməyib. Həm də ötən ilin mart ayından etibarən koronavirus pandemiyası ilə əlaqədar bizdə satınalmalar azalmağa başaldı. Ona görə smart sayğacların alışı demək olar ki, minimuma endi və dövlət yoxlanışı üçün smart sayğacları açarkən onlar mexaniki-elektron sayğaclarla əvəzləndi. Müştəri məmnuniyyətini üstün tutan “Azəriqaz” İB fevral ayının 1-dən etibarən dövlət yoxlanışı üçün sayğacları əvəzləyərkən seçimi abonentlərin ixtiyarına verib. Yəni abonent əvəzlənəcək sayğacının yerinə tam sərbəst şəkildə ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac istəyə bilər. Mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də fevral ayının 2-dən yeni əvvəlcədən ödənişli sayğaclar quraşdırılır. Baxmayaraq ki, bu iddialar təsdiqini tapmamışdı, lakin abonent məmnuniyyətini üstün tutaraq “Azəriqaz” İB belə addım atıb”.
“Azəriqaz” İB-nin açqılamasında o da qeyd olunub ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən, məişət qaz ölçü qurğuları əhali üçün 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün isə 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür, yerinə yenisi quraşdırılır. Bu proses tam ödənişsizdir.
Mövzu ilə bağlı AYNA-ya danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da qeyd edib ki, sayğaclarla bağlı istehlakçılardan gündə 2-3 telefon zəngi qəbul edirlər: “Əhalidə belə bir fikir var ki, dəyişdirilən sayğaclar çox yazır və ya yazacaq. AİB sayğaclarla bağlı müəyyən tədqiqatlar aparıb. Məlum olub ki, istehlakçıların bu fikirləri haqsızdır. Ona görə də “Azəriqaz” İB ilə danışıq nəticəsində belə qərar verildi ki, fevral ayının 1-dən istehlakçıların seçim hüququ tam təmin edilsin. Yəni istehlakçı istəyərsə, smart tipli sayğac, istəməzsə də, elektron-mexaniki sayğac qoyular. Qeyd edim ki, bu sayğaclar mexaniki olsa da, ağıllı sayğaclardır, çoxlu funksiyaları var. İstehlakçıların seçim hüququ var, bununla bağlı hər hansı problemləri olarsa, buyursunlar, bizə müraciət etsinlər: 012 441 28 33 nömrəsi ilə əlaqə saxlasınlar, onların hüquqlarını tam təmənnasız qoruyaram”.
AİB sədri vurğulayıb ki, xaricdən gətirilən sayğaclar bir-bir yoxlanılır: “Xaricdən gətirilən sayğaclar bir-bir yoxlanılır, testdən keçməyən sayğaclar qaytarılır. Biz Azad İstehlakçılar Birliyi olaraq yoxlanışın monitorinqini etmişik”.
Yeni quraşdırılan sayğacların çox yazması ilə bağlı səslənən narazı fikirləri isə Eyyub Hüseynov belə şərh edib: “Mən qaz limitinin ya qaldırılmasının, ya da tamamilə ləğv edilməsinin tərəfdarıyam. Əlbəttə, limitin olması müəyyən mənada istehlakçıların bu təbii resursdan səmərəli və qənaətcil istifadə etməsinə rəvac verir. Lakin istehlakçılar hazırkı vəziyyətdə limiti keçməməyi diqqətdə saxlamalıdırlar. Qış aylarında abonentlər xəbərləri olmadan limiti keçirlər. Məbləğ çox gəldiyi zaman da bunu sayğacın çox yazması ilə əlaqələndirirlər”.
“Biz də tərəfdarıyıq ki, istehlakçı az pul ödəməklə daha yaxşı xidmətdən istifadə edə bilsin. “Azəriqaz”da qaz təchizatı ilə bağlı başqa problemlər də var. Qaz infrastrukturu çox köhnəlib, ona görə də qaz kəsilmələri olur, bəzən qazın təzyiqinin aşağı olması kimi hallar yaşanır. Mən hesab edirəm ki, “Azəriqaz” bu məsələləri həll edəcək”, - deyə həmsöhbətimiz fikrini davam etdirib.
Vətəndaşlardan gələn daha bir şikayətə diqqət çəkən AİB sədri bildirib ki, vətəndaşın nəzarəti altında olmayan, hasarından çöldə qoyulmuş sayğaca müdaxilə ilə bağlı da şikayətlər qəbul edirlər: “Əgər sayğac istehlakçının mənzilində deyilsə, hasarından çöldədirsə, nə üçün istehlakçının qaz sayğacı ekspertiza olunur? Guya, o, sayğaca müdaxilə edib? Bu, absurtdur. Kimə maraqlıdırsa, onlar sayğaclara müdaxilə edirlər. Düşünürəm ki, bununla bağlı da bir sənəd qəbul edilməlidir ki, istehlakçının evindən kənarda olan sayğaclar üçün kim cavabdehdir!”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Bayramov AYNA-ya açıqlamsında deyib ki, mənzilindəki smart tipli qaz sayğacı elektron-mexaniki sayğacla əvəzlənən abonentlər yenidən smart tipli qaz sayğacı üçün ərizə ilə müraciət edə bilərlər: “Abonentlər Bakı Regional Qazın Satışı Departamentinə və ya yaşadığı ərazi üzrə qaz xidmət sahələrinə ərizə ilə müraciət edə bilərlər. Əgər abonentin fikri əsaslandırılmış şəkildə təsdiqini taparsa, köməklik göstəririk. Necə ki, fevral ayının birindən problemli abonentlərə köməklik edirik. Onu da qeyd edim ki, elektron-mexaniki qaz sayğacının sərfiyyatı artıq yazması ilə bağlı olan şikayətlər araşdırılıb, protokol tərtib edilib. Yoxlanışın sonunda fakt öz təsdiqini tapmayıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-02-2021, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-02-2021, 08:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54