reklam
Regionxeberlericom.az » Sosial » Bakıda fırıldaqçı dəstə peyda olub: - İnsanlar necə aldadılır?

reklam

Bakıda fırıldaqçı dəstə peyda olub: - İnsanlar necə aldadılır?


Bakıda fırıldaqçı dəstə peyda olub. JAMAZ.İNFO xəbər verir ki, həmin dəstə sosial şəbəkələrdə məşhur brendlərin adından sui istifadə edərək, vətəndaşları aldatmaqla məşğul olurlar.

Belə ki, onlar onlayn satışla məşğul olan və sosial şəbəkələrdə səhifələri olan tanınmış geyim şirkətlərini diqqətlə izləyirlər. Oraya yazan və sifariş vermək istəyən şəxsin məlumatlarını götürüb, onunla messenger vasitəsi ilə danışıqlar aparırlar. Özlərini həmin şirkətin onlayn satış üzrə nümayəndəsi kimi təqdim edənlər müştərinin konkret hansı malları istədiklərini qeyd edir, onları almaq üçün məbləğ söyləyir, həmin pulu köçürmək üçün bank hesabı göndərir. Proses daha inandırıcı olsun deyə, fırıldaqçılar alıcılara telefon nömrələri də təqdim edirlər.

Belə tələyə düşən, lakin adının açıqlanmasını istməyən vətəndaşlardan birinin JAMAZ.İNFO-ya verdiyi məlumata görə, o, iki ay bundan əvvəl Facebookda “Rizalli” şirkətinin səhifəsindən özünə və övladına ayaqqabı sifariş edib. Onun sözlərinə görə, səhifədə onlayn satış olduğundan və karantin rejimi səbəbindən istəyini reallaşdırmaq istəyib. Lakin fırıldaqçıların tələsinə düşüb.

O deyir ki, “Rizalli” şirkətinin rəsmi səhifəsində sifariş verdikdən sonra “Aynur Ramazanova” adlı bir xanım messengerlə onunla əlaqə saxlayıb. “Məndən istədiyim mallarla bağlı məlumat aldı və onların şəkillərini istədi. Danışıq zamanı bildirdi ki, o, “Rizalli” şirkətinin onlayn satış üzrə nümayəndəsidir. Bundan sonra isə mənə bank hesabının nömrəsini göndərdi və 190 manatın ora ödənilməsini istədi”.

Fırıldaqçıların tələsinə düşən şəxs deyir ki, o, pulu 5243 7544 1058 3015 bank hesabına köçürüb. Bundan sonra bildiriblər ki, ən geci 10 gün müddətində sifarişi ünvana çatdırılacaq. Daha inandırıcı olması üçün “Aynur Ramazanova” ona mobil telefon nömrəsi verərək, əlaqə saxlamasını da istəyin. Onun başqa bir neçə nəfərlə əlbir olduğu, işin içində bir neçə gənc oğlanın varlığı isə şübhəsizdir. Çünki onlar da “qurbsnları” ilə danışaraq, guya, problemi aradan qaldırmaqla məşğul olduqlarını nümayiş etdirirlər. Lakin bütün bunlara baxmayaraq, zərərçəkən iki aydır, o, nə pulunu geri ala bilir, nə də sifarişini yerinə yetirirlər.

Məsələ ilə bağlı JAMAZ.İNFO araşdırma apararaq, işin əslini öyrənməyə çalışıb. Araşdırma zamanı məlum olub ki, “Rizalli” şirkətinin “Aynur Ramazanova” adlı satış meneceri yoxdur. Şirkətdən bizə bildirdilər ki, onlarda ümumiyyətlə, belə bir adda işçi yoxdur. “Bizim şirkətin Aynur Ramazanova adlı işçisi yoxdur. Həmçinin vətəndaşın sifarişi də bizə daxil olmayıb. Biz “Rizalli” olaraq baş verənlərdən narahatıq və bununla bağlı geniş araşdırma apararaq, bundan sonra hüquq mühafizə orqanlarına müraciət edəcəyik. Həmin vətəndaşdan da xahişimiz odur ki, o da öz növbəsində hüquq mühafizə orqanlarına şikayət etsin”.

Araşdırma zamanı o da məlum oldu ki, dələduz dəstə bahalı və tanınmış geyim firmalarının səhifələrini diqqətlə izləyirlər. Ora hansısa məhsulu sifariş edən və ya etmək istəyində olan şəxslərin Facebookdan hesablarını tapıb, dərhal onunla təmasa keçirlər. Və müştərini rahatlıqla aldada bilirlər.

Maraqlı məqamlardan biri də odur ki, müştərini aldadan bu dəstənin üzvləri sifarişi yerinə yetirməmələrinə rəğmən, onunla əlaqəni də kəsmirlər. Bunu niyə etdikləri isə müəmma olaraq qalır. Güman etmək olar ki, belə davranışın özü taktikadır. Yəni, bu addımları ilə “qaçmadıqlarını” göstərir, həmin şirkətin “nümayəndəsi” olduqlarını nümayiş etdirir və vaxt qazanaraq, müştərinin şikayət etməsini uzadırlar. Nəticədə, hər müştəri deyil, yalnız bir neçəsi şikayətçi olursa, bu da onların işinə yarayır. Çünki yerdə qalan onlarla aldadılmış şəxs ödədikləri pullarının ya dalıyca getmirlər, ya da şikayətçi olmurlar.

Bildirək ki, dələduz dəstənin qurbanı olanların konkret sayı bizə məlum deyil. Amma onun kiçik sayda ola biləcəyi də inandırıcı görünmür. Ümid edirik ki, hüquq mühafizə orqanları məsələ ilə maraqlanıb, lazımi ölçü götürəcəklər.


Paylaş:


Müəllif : Tarix:
10-02-2021, 11:05
Sikayət   


loading...
Загрузка...