Laçın dəhlizi quldurların üzünə qapanır - Qarabağ klanının “qatarı” isə gedib
Ermənistanın imzaladığı 10 noyabr kapitulyasiya sənədi Azərbaycanda bəzilərinin haqlı iradlarına, İrəvandakı revanişt-terrorçuların isə vay-şivəninə rəğmən, işləyir. Məğlub ölkə, məğlub xalq nə qədər ağrılı da olsa, imza atdığı razılaşmadakı öhdəliklərə əməl etmək zorundadır. Çünki bu, sıradan bir anlaşma deyil, beynəlxalq sənəddir.
Öhdəliklərdən biri hələ də Rusiya sülhməramlılarının arxasında gizlənən işğalçı ordunun tör-töküntülərinin ərazimizdən tam çıxarılması, ümumiyyətlə, 5-6 minlik erməninin qaldığı Qarabağda köhnə oyuncaq rejimin təzahürlərinə, daha dəqiqi, çırpıntılarına (qondarma “prezident”, qondarma “xin”, qondarma “nazirlər” və “təhlükəsizlik şurası”, bayraq adlandırılan əski parçası və s.) son verilməsi ilə bağlıdır.
*****
Təbii ki, rəsmi Bakının səbir göstərib sırf humanitar məqsəd üçün razı olduğu Laçın dəhlizi də sentyabrın 27-dək olduğu kimi daha quldur-terrorçular üçün tranzit vasitəsi rolu oynaya, “su yolu”na çevrilə bilməz. Şübhə yox ki, Azərbaycan üçtərəfli sənəddən irəli gələn bu kimi haqq-hüquqlarının hamısını reallaşdıracaq. Təmkinlə, inadla, bölgədəki bəzi geosiyasi reallıqları da ciddiyə almaqla.
Bir az gec, bir az tez, bu, mütləq olacaq. Nədən ki, torpaqlarımızda separatizmin baş qaldırmasına daha imkan verə bilmərik. Bizim belə bir lüksümüz yoxdur və olmayacaq. Azərbaycan, onun dövləti və xalqı gördüyünü gördü, dərsini aldı. Qardaş Türkiyə ilə möhkəm ittifaqda iqtisadi, hərbi gücümüz daim yüksək səviyyədə olmalı, “barıtımızı daima quru saxlamalıyıq”.
Təqdiredicidir ki, artıq rəsmi Bakının postmüharibə dönəmindəki qətiyyəti və prinsipiallığı tədricən öz işini görür. Məsələn, daha xarici vətəndaşlar Azərbaycanın icazəsi (vizası) olmadan Laçın dəhlizi ilə ərazimizə daxil ola bilməzlər. Bu arada isə Ermənistanda orduya qış çağırışı başlasa da, çağırışçıların Qarabağda deyil, Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət edəcəkləri məlum olub. Yəni Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan hissəsinə əsgər göndərilməsi dayandırılıb. Belə ki, qış çağırışı zamanı çağırışçılar hərbi hissələrə püşkatma yolu ilə bölüşdürülərkən Dağlıq Qarabağdakı “hərbi hissələr” variantlar arasında yer almayıb.
Xatırladaq ki, Ermənistanın kapitulyasiyasından sonra Qarabağda qalan erməni hərbi qüvvələrinin taleyinin necə olacağı barədə neçə vaxtdır müzakirələr gedir. Əvvəlcə bu birləşmələrin tərkibində yer alan və müharibədə iştirak edən Ermənistan vətəndaşları məzuniyyətə geri çağırılıblar. Onların yenidən Qarabağa göndərilməsinə cəhdlər edilsə də valideynlər aksiyalar keçirərək övladlarının Azərbaycan ərazilərinə göndərilməsinə imkan verməyəcəklərini bildiriblər.
Habelə xəbərlər yayılmışdı ki, Azərbaycan da Ermənistandan çağırışçıların Qarabağa qayıtmasına imkan verməyib, onları Gorus-Qafan yolundan buraxmayıb. Ardınca qondarma “dqr”in “özünümüdafiə ordusu”nun ləğv ediləcəyi haqda məlumatlar yayıldı və bunu Ermənistan rəsmiləri nə təsdiq, nə təkzib edir. Qarabağdakı separatçı qüvvələrin qalıqları isə “müqavilə əsasında xidmət keçən hərbçilərdən ibarət peşəkar birləşmələrin yaradılması” planları haqda danışırlar.
*****
Sözsüz ki, Azərbaycan hansı yeni ad altında olur-olsun, öz ərazisində qanunsuz hərbi birləşmələrin mövcudluğuna dözməyəcək. Necə ki, heç bir normal, özəlliklə də güclü dövlət buna dözməz. Çünki bir dövlətdə iki ordu ola bilməz. Pozitiv haldır ki, yavaş-yavaş erməni valideynləri bunu anlamağa başlayıb və öz övladlarının Azərbaycana göndəriıməsinə qarşı çıxırlar.
Bu, həm də erməni əhalinin tədricən ölkəmizin ərazi bütövlüyünü tanıması anlamına gəlir. Ümid edək ki, bu tendensiya getdikcə güclənəcək və yekunda Ermənistan adında süni dövlətin rəhbərliyi ictimai rəydən çıxış edərək qonşu ölkələrlə dinc-yanaşı yaşamaq yolu tutacaq - hansı ki, ən əvvəl elə bu kasıb, əhalisi yoxsul gündə olan ölkənin özünə gərəkdir.
Ancaq əfsuslar olsun ki, bölgədə böyük barışa əngəl olan qüvvələr Ermənistanda hələ ki güclüdür. Onlar hələ də “şpalları” relslərin arasına düzmək əvəzinə, üstünə yığmaqla məşğuldur ki, “sülh qatarı” növbəti dəfə qəzaya uğrasın. Onların başında isə Qarabağ klanı və bu klanın liderləri, xüsusən də eks-prezident, Xocalı hərbi canisi Robert Köçəryan gəlir.
Köçəryanın Paşinyanın yerinə keçmək istəyinin arxasında duran əsas hədəf də elə budur - öz bədbəxt xalqının rifahı yox, məhz Azərbaycana qarşı revanşa cəhd. Erməni xalqına isə bu dəqiqə çörək, dolanışıq, sakitlik və sabitlik gərəkdir, nəinki yeni və daha amansız müharibə...
*****
“Nikol Paşinyan iqtidarda qaldı və istefa verməyəcək. Heç kim onu yıxa bilmədi. Ona görə ki, buna real sifariş yox idi. Çünki xalq revanşistlərin hakimiyyətə gələcəyi təqdirdə daha pis olacağını anlayır. Üstəgəl, Paşinyan Rusiya qarşısında bəzi öhdəliklər götürüb”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı tanınmış ekspert İqor Korotçenko “Moskva-Baku” portalına bildirib.
“Hamı bilir ki, Köçəryan Qarabağ klanının təmsilçisidir və hamı onu da bilir ki, Köçəryan Qarabağda müharibəni başladan və əraziləri işğal edənlər sırasında yer alır. Azərbaycan Prezidenti Ermənistanın müharibədəki məğlubiyyətinin məsuliyyətinin yalnız Nikol Paşinyanın deyil, ən əvvəl uzun illər ”Qarabağ kartı"ndan siyasi məqsədlər üçün istifadə eləmiş Köçəryan-Sərkisyan cütlüyünün üzərinə düşdüyünü söyləyib. Ancaq Qarabağ klanının qatarı artıq gedib. Vəssalam. Müharibə bitdi, Azərbaycan qalibdir. Müharibəni uduzmusunuz, sürüşün. Bu gün Qarabağda yekun nizamlamanın açarları Bakı və Moskvadadır. Və Ermənistanda hakimiyyət başında kim olur-olsun, o, Paşinyanın imzaladığını öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Ermənistanın hərbi-siyasi çöküşü elə bir faktordur ki, hansısa siyasətçinin iqtidara qayıdışı ilə onu dəyişmək mümkün olmayacaq. Baş verənləri geri qaytarmaq mümkün deyil, yalnız üçtərəfli bəyanatda göstərilənlərin icrası. Başqa alternativ yoxdur", - deyə analitik xəbərdarlıq edib.
*****
“Əcnəbilər başa düşməlidirlər ki, müharibə artıq başa çatıb və bununla birlikdə ”boz zona" deyilən, əvvəllər işğal olunmuş ərazilər yoxdur. Bu gün heç kim həmişəki kimi, istədiyi yerdə və vaxtda sərhədi keçə bilməz. Azərbaycanın suverenliyi bütün torpaqlarında bərpa olunub ki, bu da Laçın dəhlizinin başladığı hissə də daxil olmaqla, bütövlükdə onun sərhəd toxunulmazlığı deməkdir. Azərbaycana qanunsuz girişlər üçün daha yer yoxdur!"
Bunu isə digər rusiyalı politoloq Andrey Petrov Fransa nümayəndə heyətinin Bakının rəsmi icazəsi olmadığı üçün Laçın yolu ilə Dağlıq Qarabağa girişinin Rusiya sülhməramlıları tərəfindən əngəllənməsini Vesti.az-a şərh edərkən deyib.
“Vətəndaşları Azərbaycan sərhədini qanunsuz keçməyə çalışan Ermənistan və Fransa da daxil olmaqla, bütün dünya ölkələri keçmiş Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki torpaqlar kimi, işğaldan azad edilən Laçın dəhlizini də Azərbaycan ərazisi olaraq tanıyır. Ancaq indi bunu həm də hüquqi tətbiq praktikası səviyyəsində möhkəmlətmək lazımdır” - politoloq bildirib və yeni həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından belə bir qaydanın əhəmiyyətinə xüsusi vurğu salıb.
Əlbəttə ki, sonucda belə də olacaq. Çünki heç bir dövlət məğlub və haqsız ölkəyə görə qalib Azərbaycanla münasibətləri korlamaq istəməz. Elə Fransa və ABŞ da. Bir azdan buna İrəvanda da əmin olacaqlar...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:11-02-2021, 09:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-02-2021, 09:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34