reklam
Regionxeberlericom.az » Sosial » Ramiz Mehdiyev hansı deputatı BAĞIŞLAYIB? - İLGİNC

reklam

Ramiz Mehdiyev hansı deputatı BAĞIŞLAYIB? - İLGİNC


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Milli Məclisin 15 üzvünü məhkəmə verdiyinə dair xəbər yayılıb.

AMEA prezidenti məhkəməyə təqdim etdiyi iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini iddia edib.

Ramiz Mehdiyevin məhkəmə verdiyi deputatların adları rəsmən hələ açıqlanmasa da, iddia olunur ki, akademik Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova və Siyavuş Novruzovu məhkəməyə verdiyi deyilir.

Bu adlar akademik əvvəlki məqaləsində barəsində yazdığı şəxslərdir. Belə ki, Ramiz Mehdiyev karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən sonra onun haqqında danışan deputatlarla bağlı yazdığı məqalədə həmin şəxslərin adlarını çəkib. Ancaq akademik 16 deputatın adını çəksə də, 16 deyil, 15 parlament üzvünü məhkəməyə verdiyinə dair xəbər yayılb.

Görünən odur ki, akademik deputatlardan birini bağışlayıb. Həmin deputatın kim olması isə Ramiz Mehdiyevin məhkəməyə verdiyi deputatların siyahısının açıqlanmasından sonra bəlli olacaq.
Cebhe.info


Paylaş:


Müəllif : Tarix:
11-02-2021, 12:06
Sikayət   


loading...
Загрузка...