“Bülbüloğlu geri çağırılmasa, heç nə düzəlməyəcək” - İTTİHAM
Azərbaycanın öz işğal edilmiş ərazilərini hərbi yolla azad elədiyi, döyüşən ordumuzun torpaqlarımızı Ermənistan əsgərlərindən təmizlədiyi günlərdə erməni diasporu var gücüilə, bütün təsir imkanlarını işə salaraq xarici dövlətlərin müharibəyə hərbi müdaxilə etməsinə nail olmağa çalışırdı. Azərbaycan hakimiyyətinin uğurlu diplomatiyası hansısa üçüncü dövlətin münaqişəyə müdaxilə etməsinə imkan vermədi. Beləliklə, xalqın birliyi, müzəffər ordunun peşəkar döyüş taktikası və ölkə rəhbərinin qabaqlayıcı xarici siyasəti hesabına Şanlı Qələbə əldə olundu. Bu 44 günlük hərbi əməliyat zamanı uğurlarımızla yanaşı, ciddi boşluqlar da müşahidə olundu.
Belə boşluqlardan birini dünyada və regionda nüfuzu olan Rusiya KİV-lərində erməni mövqeyinin bizim mövqeyimizlə müqayisədə daha çox və sürəkli, həm ermənilərin özləri, həm də onların muzdlu “dostlar”ı tərəfindən səsləndirilməsində gördük. Düzdür, Rusiya mətbuatında ağalıq edən ermənipərəst qüvvələrin Kremlin Cənubi Qafqaz və ümumiyyətlə Yaxın Şərq siyasətinə yönvermək cəhdləri bu dəfə alınmadı. Lakin üçmilyonluq erməni diasporu hələ ki, rus mətbuatı, deməli rus ictimai rəyi ilə daha sıx işləməklə 150 milyonluq rus xalqını regionda baş verənlərə erməni prizmasından baxmağa vadar edir. Faktiki olaraq çoxmillətli rus cəmiyyətində çoxları Qarabağ həqiqətlərindən xəbərsizdir, erməni diasporunun çoxillik yalan və uydurmalarının təsiri altındadır. Görəsən, Azərbaycan Rusiyada fəaliyyət göstərən ermənipərəst təbliğat maşınınıda yandırmaq, Rusiya içtimaiyyətinə öz həqiqətlərini çatırmaq üçün nə tədbirlər görməlidir?
KONKRET.az mövzu ilə bağlı illərlə Azərbaycanın haqlı mövqeyini Rusiya içtimaiyyətinə anlatmağa çalışan jurnalist-politoloq, filologiya elmləri namizədi Anar Həsənovdan müsahibəni təqdim edir:
– Anar müəllim, iyirmi ildir ki, Rusiyada yaşayır, mətbu və ictimai-siyasi fəaliyyət göstərirsiz. Rusiya ictimaiyyətinin azərbaycanlılara münasibəti necədir?
Azərbaycanlılar Cənubi Qafqaz və Orta Asiya dövlətlərindən Rusiyaya miqrasiya etmiş digər xalqlar kimi Rusiyada immiqrant diasporu hesab olunur. Yəni, diasporun formalaşmasında vacib amillərdən biri saydır ki, sayımız Rusiyada SSRİ-nin süqutundan sonra 7-10 dəfə artıb. Fərqli mədəniyyətin daşıyıcıları olan miqrantlara Rusiyada münasibət isə birmənalı deyil. Ötən illər ərzində Ümumrusiya ictimai fikrin öyrənilməsi mərkəzinin apardığı sorğuların nəticələrinə görə azərbaycanlı miqrantlar antipatiya reytinqində çeçen və qaraçılarla birgə liderliyi bölüşüb. Erməni və gürcülər bizdən sonrakı pillədə yer alıblar. Qafqazofobiyanın əsas səbəbi 90 cı illərin çeçen kampaniyaları və Qafqazdan Rusiyaya fərqli mədəniyyətli miqrantların kütləvi axınıdır.
Rusiya – Ukrayna arasındakı münaqişə ilə əlaqədar Rusiya rəhbərliyinin ölkə daxilində antimiqrant hərəkat və cərəyəanlara qarşı qətiyyətli tədbirləri bizə və digər miqrant cəmiyyətlərində müsbət dəyişikliyə səbəb oldu. Belə ki, Ukrayna küçələrində “millətçi marşlar” mövzusunu tənqid edən Kreml öz ərazisində analoji halların qarşısını aldı ki, güzgülü ittihamları eşitməsin. Şəxsi müşahidələrim onu deməyə əsas verir ki, Rusiyada “milli-irqi-dini dözümsüzlük” mövzusu indi arxa plana keçib. Başqa sözlə, anti-immiqrant əhval ruhiyyəsi statikdir, latent xarakterlidir, etirazlar və diskriminasiya halları kütləvi deyil.
-Bu son 44 günlük müharibə zamanı aparılan müşahidələr ictimai fəallıq göstərən azərbaycanlıların Rusiyada sayca xeyli az olması təəssüratını yaratdı. Həqiqətənmi azdırlar, yoxsa onların fəaliyyət meydanı dar, imkanları məhduddur? Bu yolda hansısa süni maneələr, çətinliklər mövcuddur?
Azərbaycanlıların sayı Rusiyada əhalinin 2010-cu siyahıya alınmasına görə 620 min nəfər göstərilib ki, rəqəm gerçək mənzərəni təhrif edir. Azərbaycan diasporunun sayının Rusiyada 2 milyonu keçdiyi məndə şübhə doğurmur. Rəqəmlər arasındakı fərq həm də fərdin özünü hansı millətə aid etməsindən irəli gəlir, başqa sözlə sizin azərbaycanlı saydığınız şəxs bəlkə də rus, udin, dağ yəhudisi, talış, ləzgi, kürd, avar etnonimi ilə özünü siyahıda qeyd etdirib.
Fəaliyyət meydanına gəldikdə isə bu sayla yox, diaspor institutlarının keyfiyyətsizliyi ilə bağlıdır. 44 gün davam edən hərbi əməliyyat zamanı bütün KİV-lərdə Ermənistan-Azərbaycan mövzusu gündəm idi və bu mövzuda danışmaq üçün Birinci Kanal kimi nüfuzlu KİV məni təmənnasız verilişə dəvət edirdi. Hərçənd əksər hallarda mən 4-5 opponentlə mübarizə aparsam da, amma bizim mövqenin də səslənməsinə Rusiya mediasında yasaq qoyulmamışdı. Elə isə problemin səbəbi, deməli ki, monolit, əlaqələndirici, Rusiya KİV-ləri ilə münasibət quran diaspor institutunun yoxluğudur. “Sayımızın az olması” təəsüratının yaradan başlıca amil də budur. Diasporda keyfiyyətli təşkilatın yoxluğunun başlıca səbəbkarları kimi kadr amilini ön plana çəkərdim. Söhbət səlahiyyətli qurumların diaspor fəalı kimi cəmiyyətə və daha yüksək instansiyalara sıradıqları, əslində kölə psixologiyalı və paternalist düşüncəli həmvətənlilərlə bərabər, konkret Polad Bülbüloğlu, Əli Həsənov, Nazim İbrahimovdan gedir. Yetər ki, bu illər ərzində diaspordaki fəaliyyətinə görə təltif edilənlərin siyahısına baxasınız...Çoxmillətli cəmiyyətlərdə inteqrasiya problemləri və onların həlli resursları mövzusunda elmi işlərin müəllifi kimi deyə bilərəm ki, Respublikaya bu illər ərzində maraq müdafiəçiləri kimi təqdim edilən kəslərin əksəriyyəti səlahiyyətlilərin dostları, onların xidməti ezamiyyətlərinin xərclərini ödəyən, fərqli düşünən həmvətənlilər haqda dosye toplayıb, məlumat ötürən kəslərdir. Əfsuslar olsun ki, bu tendensiya hələ də davam edir.
-Azərbaycanlıların Rusiyada ümumiyyətlə ictimai-siyasi və media təsissatları varmı? Sanki bu suala müsbət cavab vermək çətindir, çünki ictimai rəy uğrunda mübarizə müstəvisində varlıqları hiss olunmadı.
NTV-nin baş prodyüsseri Timur Vaynşteyn, Kommersant qəzetinin baş redaktor müavini Azər Mürsəliyev, Rusiya kanalının aparıcı- jurnalisti Nailə Əsgərzadə və onlarla federal və regional KİV-də çalışan həmvətənlimiz var… Bu adamların Ermənistan-Azərbaycan müharibəsinin obyektiv işıqlandırılmasında Marqarita Simonyan, Aram Qabrielyan, Roman Babayan qədər imkanları var..Amma onlar bu imkanlardan istifadə etdilərmi?? Qoy, gəlsinlər – bu suala cavab versinlər. Necə olur ki, Aram Qabrielyan federal tipli “İzvestiya” qəzetinin rəhbəri kimi separatizmi dəstəkləyə bilir, İlham Əliyevi aşkar təhqir edir, hətta Rusiyada millətlərarası gərginlik yarada biləcək çıxışları ilə fərqləndi, amma sadaladığım kəslər nə ilə yadda qaldı…?!!
İkinci məsələ isə “diaspor jurnalistikasıdır”, yəni diasporun institut olaraq təsis etdiyi KİV-lərdən gedir. Məsələn, ermənilərin “Noev Kovçeq” kimi məşhur qəzetləri var və bu qəzet aviareyslərdə paylanılır. Azərbaycan diasporunun müqayisə ediləcək dərgisi yoxdur. Keyfiyyətli “Bakı” jurnalı isə ona görə uğurludur ki, onun baş redaktoru Leyla Əliyevadır.
Onlayn jurnalistikaya gəldikdə isə deməliyəm ki, gündəlik minlərlə seyrçi sayı olan bir-iki platform var ki, o da sırf diasporun, qismən Rusiyanın müsəlman kəsiminin marağ dairəsini əhatə edir. Məsələn, media fəal Sadat Quliyevin “Qız Qalası” teleqram kanalı populyardır və digər media fəal İslam Hüseynovun youtube kanalı qismən də olsa ictimai fikrin formalaşmasında rol oynayır. İşsiz, psixi xəstə və özünü təsdiq axtarışında olan yaramazlar da öz aləmlərində diaspor problemlərini işıqlandırır, amma onların youtube da yaratdıqları “onlayn çayxana tv” ləri ümumiyyətlə mən “klinik hadisə” hesab edirəm və belələri haqda danışmaq istəmirəm.
– Rusiyalı ictimai simalar arasında, nüfuzlu rusiyalılar arasında Azərbaycanın həm hüquqi, həm mənəvi baxımdan haqlı mövqeyini az adam müdafiə edirdi. Doğrudanmı belə azdırlar, yoxsa onların da tribunası yoxdur?
Rusiya informasiya mühitini zəbt edə biləcək qədər mövqemizi müdafiə etməyə hazır olan qafqazşünas, münaqişəşünas, politoloq, jurnalist var. Sadəcə əlaqələndirici təşkilat, qurum, institut bu illər ərzində və ümumiyyətlə müharibənin qaynar fazası bitdiyi dövrdən sonra da bəlli olur ki, öz funksiyasını yerinə yetirmək fikrində deyil. Azərbaycanın bir səlahiyyətli və müvafiq qurumunda deyə bilməzlər ki, 44 gün ərzində ictimai fikir formalaşdıran ekspertlərin siyahısını tutub və yaxud sitat indeksinə görə reytinqli KİV-in siyahısından xəbərdardırlar!!! Bəlkə Azərbaycan tarixini mükəmməl bilən akademik Askold İvançiki kimsə tanıyır, yoxsa şərqşünas professor Andrey Zubovla əlaqə yaratmağa cəhd ediblər?! Yoxdur nə belə təşəbbüs, nə belə həvəs!!! Amma bunu mən etmişəm və heç kimlə bölüşmək fikrində də deyiləm, çünki arsenalarında kilsəni tualetlə müqayisə edən siyasətşünaslar var ki, qoy zəhmət çəksinlər və bu paralelleləri aparsınlar, hesabat hazırlasınlar, tanışlıqlara can atsınlar. Məvacibi min dollarla ölçülən Rusiyadakı səfirliyin əməkdaşları var. İşləmək lazımdır – iş isə “konsulluqdakı sənəd alış – verişi” və bir məşhurun dostları üçün furşet təşkil etməsilə məhdudlaşmamalıdır.
– Erməni və ermənipərəst təsissatların çoxluğuna səbəb nədir? – “Erməniliy”in Rusiyada tarixən güclü mövqelərə malik olmasımı, Rusiya hakimiyyətinin onlara isti münasibətimi, bəlkə, hər iki səbəb?
Rusiyada erməniyönümlülüyün tarixi səbəbləri var: Təkcə bir faktı deməliyəm ki, İttifaqın süqutu zamanında müzakirə olan antipodlardan biri Stalin idi və ermənilər Rusiya cəmiyyətinin öndərləri olan Saxarov, Starovoytova və digər liberal kəsimi Qarabağın Azərbaycana Stalinin ötürdüyü kimi bir cəfəngiyyata inandıra bilmişdilər. Bu təkcə bir tarixi fraqmentdir. İkincisi, İttifaqı dağıdan qüvvələr necə ki, SSRİ-ni xalqlar həbsxanası hesab edirdilər və ermənilər də Azərbaycanı haqda Moskvanın fikir hakimləri arasında bu təsəvvürü yarada bilmişdilər. Deməli ki, elmdə, ədəbiyyatda, tarix kitablarında və nəhayət mətbuatda “erməni həqiqəti” kök salmışdı. Gəlin onu da unutmayaq ki, erməni marağları Rusiya üçün təsir alətdir. Qərb dövlətlərinin postsovet məkanənda “azadlıq”, “şəffaf seçki” vədi fonunda hibrid siyasi rejim tipli Rusiya opponenti ilə rəqabəti necə apara bilərdi?! Əlbəttə ki, mövcud milli qarşıdurmalarla manipulyasiya etməklə…Erməni amili Türkiyə-Rusiya münasibətlərində də istifadə olunan alətdir.
O ki qaldı Rusiya ermənilərinin çoxlu, həm də reytinqli təsisatlarının olmasına, mən belə düşünmürəm, çünki bir qayda olaraq diaspor jurnalistikası media bazarının autsayderidir. Vətənpərvər ermənilərin federal və regioanl KİV-lərdə söz sahibi olmaqlarına gəldikdə isə – bu uğur ilk növbədə savadın nəticəsidir. Necə ki, biz millət olaraq İradə Zeynalovanın və yaxud Nərgiz Əsgərzadənin federal KİV-də vəzifə tutmasına yardımçı olmamışıq, ermənilər də ilk növbədə öz savadları sayəsində vəzifə tutublar. Sadəcə bizim media kapitanları tarixi günlərdə susur, siyasi opponentlərimiz isə mənsub olduqların xalqın maraq müdafiəçisi ola bilirlər.
– Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiz?
Pərakəndə, sistmemsiz, əlaqəsiz, rəhbərsiz, amma Vətənini sevən kütlə! Mövcud federal təşkilatın idarə strukturunda o qədər təsadüfi adam var ki, hələlik nüfuzlu həmvətənlilər orda təmsil olunmağa böyük həvəs göstərmir. Bir sıra regional təşkilatları təsis edənlər isə sözün əsl mənasında ciddi dairələrdə gülüş doğururlar. Siz Rusiyada “ümumdünya”, “koordinasiya edici”, “ümumtürk”, “birləşmiş”, “vahid” sözləri ilə başlayan qeydiyyatsız və qeydiyyatlı “təşkilatlara”, onlayn platformlara rast gələ bilərsiniz ki, əslində bu adları “Potyomkin kəndləri” ilə müqayisə etmək olar. Yəni “məzmunsuz üz örtüyü”dürlər. Rusiyanın meqopolislərində özünü icma rəhbəri adlandıran adamların əksəriyyəti diaspor terminin mənasını bilmir. Yetər ki, belə “liderlər”in çıxışlarına siyasi nöqteyi nəzəri bir kənara qoyaq, sadəcə nitq, yazı qabiliyyətlərinə baxın və səviyyə haqqında özünüz nəticə çıxaracaqsınız. Belələrinin ətrafında bir qayda olaraq havayı naharı sevənlər olur…
-Azərbaycan diasporu, Rusiyada kök atmış Azərbaycan mənşəli ziyalılar, sahibkarlar aşkar görünən boşluqlardan, çatışmazlıqlardan nəticə çıxardaraq hansısa tədbirlər görməyə başlayıbmı?
Səfir Polad Bülbüloğlu dönəmində hər hansı addımın uğrurlu olacağına ümidsizəm. Əvvələ aşağıların istəyi ilə nəsə yaradacaq səviyyədə deyilik. Yuxarıdan yaradanda isə siyahılar da yuxarıdan tutulacaq. Diaspordakı Dünya və Avropa çempionları, min nəfəri toplaya biləcək nüfuzlu insanlar, müasir media mütəxəssisləri, şəhid və qazi ailələrinə yardım edən vətənpərvər iş adamları qalacaq bir kənarda, məddahlar, səfirin təqaüdçü dost-tanışlarını toplayıb, 3-4 xidmətçi-təbliğatçının vasitəsilə yeni təşkilatın təsis edildiyi haqda Bakıya məlumat verəcəklər. Prezidenti, milləti növbəti dəfə aldatmağa cəhd edəcəklər.
– Ermənipərəst təbliğat maşınını dayandırmaq, Rusiya ictimaiyyətinə Azərabaycan həqiqətlərini çatırmaq üçün siz hansı tədbirlərin görülməsini təklif edirsiz?
– Birincisi, Azərbaycan – Rusiya Forumu yaradılmalıdır (ARF). Bu diaspordan üstün bir platform olmaldır. Dövlətlərarası iqtisadi, mədəni, humanitar gündəmi ekspert səviyyəsində müzakirə edib, rəylər, hesabatları hökümətlərə təqdim etməlidir. Bu platform Rusiyanın rəsmi qurumu olan “Roszarubejtsentr” və “Milli Məsələlər üzrə Agentlik”lə məsləhətli şəkildə təşkil edilsə, yaxşı olar. Forumun keçirdiyi tədbirlər Rusiyanın sözügedən rəsmi orqanını tərəf müqabili olmalıdır ki, mövzu federal və regional mətbuatın da gündəmi olsun.
İkincisi, bu forumun tərkibində ildə bir dəfə Rusiya və Azərbaycan KİV-lərinin mənsublarının iştirakı ilə konfrans təşkil edilməlidir. KİV-lə bağlı narahat edən bütün məsələlər həllini həmin görüşlərdə tapmalıdır. Forumun nəzdində “Kazan dialoqu” adı altında regional toplantı keçirilməli və bu iclasda Türkiyə-Rusiya-Azərbaycan əlaqələri müzakirə edilməlidir. Kazan rusiyamərkəzli türk dünyasının paytaxtlarından biridir. Unutmayaq ki, Rusiya da türk dünyasının lokomotivi olmaq haqqına malikdir.
Üçüncüsü, yeni diaspor qurumuna ehtiyac yoxdur – Rusiya nə qədər ismarıc verməlidir ki, onun ərazisində xaricdən maliyyələşən və təlimatlanan təşkilata imkan verməyəcək??!!! Yaxşı olar ki, maliyyələşdirdiyi adamları açıb buraxsınlar evlərinə – rezidentlər o qədər səhv buraxıb ki, onlar hər kəsə tanışdır artıq və onların qıcıqdan başqa heç bir faydası yoxdur. Legitim federal təşkilat olan “Azərros” rəhbərliyi ilə dialoq aparmaq lazımdır. Düşünürəm ki, təşkilatın rəhbəri Xanoğlan Əliyev dialoqa hazır adamdır. Və ən vacibi, Polad Bülbüloğlu geri çağırılmasa, heç nə düzəlməyəcək, çünki prezidentin Dünya Azərbaycanlılarının IV qurultayında “səfirlik və diaspor vəhdətdə işləməlidir” tezisini Məmmədov Polad Murtuza oğlu məqbul bilmir. Yetər ki, onun 2019 cu ilin sonunda dostu Mirşahinə verdiyi müsahibəsinə baxasınız.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-02-2021, 12:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-02-2021, 12:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22