Dövlət büdcəsindən 20 milyon hansı seçkiyə ayrılıb? - Bu il də seçki olacaq

Milli Məclisə növbədənkənar seçkilər keçirilməsindən bir il ötdü.
Qeyd edək ki, ötən ilin 9 fevralında parlamentə növbədənkənar seçkilər keçirilib. 125 dairə üzrə keçirilən seçkilərdən sonra 4 dairənin- 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv olunub. Beləliklə, parlament 121 deputatla öz işinə başlayıb. Ötən ilin 4 avqustunda isə 116 saylı Qəbələ Seçki Dairəsinin deputatı Fəttah Heydərov dünyasını dəyişib. Bununla da parlamentdə boş qalan yerlərin sayı 5-ə çatıb.
Qanunvericiliyə görə, parlamentdə boş qalan yerlərə təkrar seçkilər keçirilməlidir. Amma hələlik boş qalan 5 dairə üzrə seçkilərin nə zaman keçiriləcəyi bəlli deyil. Son günlər isə sözügedən 5 yer üzrə seçkilərin keçirilməsi məsələsi tez-tez gündəmə gəlir.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov da Cebhe.info-ya açıqlamasında hələlik seçki qərarının olmadığını demişdi.
'“Seçki qərarını MSK vermir, MSK sadəcə seçkilərin keçirilməsini təşkil edir. Hələlik parlamentin boş qalan yerlərinə seçkilərin keçirilməsi ilə bağlı qərar yoxdur. Hazırda isə MSK karantindədir. Gözləyirik ki, nə zaman işə çıxacağıq”,-deyə, MSK katibi belə deyib.
Maraqlı məqam isə odur ki, 2021-ci ilin dövlət büdcəsində seçkilərin keçirilməsi və statistika tədbirləri ilə bağlı bölümdə 20 milyon manat vəsait nəzərdə tutulub. Amma söhəbtin hansı seçkilər və statistika tədbirindən getdiyi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, ötən il həm də Azərbaycan işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başladı və 44 günlük Vətən müharibəsində zəfər qazandı. Bu müddətdə isə ölkədə hərbi vəziyyət elan olundu. 27 sentyabrdan tətbiq olunan hərbi vəziyyət 12 dekabr tarixində ləğv edildi. Qanunvericiliyə görə, hərbi vəziyyət ləğv olunduqdan ən az 2 ay sonra seçki təyin oluna bilər. 2 ay da seçkiyə hazırlıq, təbliğat-təşfiqar işlərini nəzərə alsaq, seçkilər təxminən may-iyun aylarında keçirilə bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-02-2021, 10:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-02-2021, 10:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT