QARANLIQ OLİQARXİYADAN AYDINLIĞA ÇIXIŞ YOLU - Əvvəlcə cinayətkarlar cəzalandırılmalıdır...
Azərbaycana böyük neft gəlirlərinin gəldiyi və xərcləndiyi 13-14 ildə ölkənin siması dəyişib. Nəhəng infrastruktur layihələri həyata keçirilib, şəhərlərdə çoxmərtəbəli binalar, istehsal müəssisələri, otellər, restoranlar tikilib, transmilli layihələr icra olunub.
Neft gəlirləri əhalinin qazancını da artırıb, avtomobillər, mənzillər, bağ evləri, biznes, xaric ölkələrlə işgüzar əlaqələr və s. yaşamın bir hissəsinə çevrilib. Gəlir artdıqca təbəqələşmə böyüsə də, əksəriyyət hansısa formada neft pullarından faydalana bilib.
2007-2020-ci illərdə neft-qaz sektorundan Azərbaycana xarici şirkətlərin ödədikləri bonuslar, vergilər də daxil olmaqla, təqribən 200 milyard dollardan artıq vəsait daxil olub. Rəsmi məlumata görə, hazırda Dövlət Neft Fondunda 40-42 milyard dollar civarında ehtiyat valyuta saxlanılır.
Bu vəsaitlərin əhəmiyyətli hissəsi səhmlərə, qiymətli kağızlara, daşınmaz əmlaka investisiya olunub. Təqribən 155-160 milyard dollar isə xərclənib. Nəticədə, Azərbaycan qısa müddətdə neft pulları sayəsində dəyişib, bahalı dünya brendlərinin, avtoşouların, beynəlxalq idman yarışlarının ayaq açdığı məkana çevrilib.
Məsələn, dövlətin sponsorluğu ilə keçirilən Avropa Oyunlarına infrastruktur və təşkilatı xərclərlə birgə 8 millyard, "Formula 1" yarışlarına isə milyard dollara yaxın vəsait israf olunub.
Artıq neft bumu arxada qalıb, hasilat və qiymət kəskin aşağı düşüb. Ekspertlərin hesablamalarına görə, 2011-ci illə müqayisədə 2020-ci ildə neft-qaz gəlirləri 5 dəfə azalaraq 3.8 milyard dollar təşkil edib. Büdcə gəlirlərinin, ÜDM-in əsas hissəsi neft gəlirlərindən asılı olan ölkədə problemləri həll etmək xeyli çətinləşib.
Çünki neft bumu dövründə şişmiş büdcəni kiçiltmək mümkün deyil, vaxtı ilə diqqətdən kənarda qalmış qeyri-neft sektorunu dirçəltmək cəhdləri də hələlik gözlənilən nəticəni vermir. Xarici borclar, transmilli laiyəhələr üzrə öhdəliklər, korrupsiya girdabında boğulan kommunal sektor büdcəyə böyük yük olub.
Xaric sərmayələrin təqribən 5 dəfə azalması, daxili investisiyaların həcminin kiçilməsi, ölkədən kapital axını, idxaldan asılılıq mürəkkəb situasiya yaradıb. 2015-ci ildə baş verən iki devalvasiya isə iqtisadiyyatda bütün daşları yerindən oynadıb, əhalinin və şirkətlərin borcları kəskin artıb, gəlirləri azalıb. Dövlət öhdəliklərinin həcmi də devalvasiya rəqəmlərinə uyğun olaraq böyüyüb.
Bu zərbədən yenicə özünə gəlməyə başlayan iqtisadiyyatı 2020-ci ili əhatə edən koronavirus pandemiyası yenidən kritik həddə pisləşdirib. Ölkədə həyat səviyyəsi azı iki dəfə aşağı düşüb, işsizliyin, yoxsulluğun həcmi artıb. Xidmət sektoru, turizm, biznes çöküb, aqrar sahədə tənəzzül yaranıb. Bu mənzərəyə qalibiyyətli müharibənin böyük məsrəflərini, şəhidlərin, qazilərin problemlərini, dağılan infrastrukturun bərpasını və Qarabağın yenidən qurulmasını da əlavə edəndə, hökumətin nə qədər böyük problemlərlə mübarizə apardığını təsəvvür etmək asanlaşır.
Əlbəttə, belə bir çətin vəziyyətdə vaxtı ilə neft pullarının oliqarxlar tərəfindən necə talan edilməsini əks etdirən faktların ortaya çıxması cəmiyyətdə qıcıq doğurur. Neft bumu dövründə kiçik, əhəmiyyətsiz görünən korrupsiya rəqəmləri indi vətəndaşlar üçün fantastikdir. İnsanlar dövlətin və özlərinin üzləşdikləri çətinliklər fonunda cinayətkar qruplaşmaların ölkənin sərvətlərini necə talan etməsindən hiddətlənirlər. Bu qəzəbi sosial şəbəkələrdəki müzakirələrdən duymaq mümkündür.
Oğurlanmış pulları ölkəyə qaytarmaq, bu vəsaitləri qarşıda duran böyük problemlərin həllinə sərf etmək mümkündürmü?
Davam edən proseslərdən görünən odur ki, hökumət buna cəhd edir, amma hələlik gözlənilən effekti ala bilmir. Çünki bu sərvətlərin əhəmiyyətli hissəsi ölkədən çıxarılaraq ofşorlara, xaricdə bahalı daşınmaz əmlaklara, şirkətlərin səhmlərinə yatırılıb.
Ötən 15 ildə hökumətdə yüksək post tutan, yaxud dövlət şirkətlərinə rəhbərlik etmiş elə məmur yoxdur ki, onun ölkədə və xaricdə bir neçə yüz milyon dollarlıq əmlakı, şirkəti olmasın. Bir neçə yüksək çinli oliqarxın korrupsiya yolu ilə topladığı sərvətin miqdarı isə milyardlarla ölçülür. Onların əksəriyyəti hakimiyyətdən qovulsalar da, qazandıqlarının əhəmiyyətli hissəsini əllərində saxlayırlar.
Bu vəsaitləri maliyyə amnistiyası ilə ölkəyə qaytarmaq mümkün deyil. Çünki oliqarxiyanı daha Azərbaycana heç nə bağlamır, onların ailə üzvləri çoxdan Avropa ölkələrindən, ABŞ-dan vətəndaşlıq alıblar. Özləri də ilin çoxunu xaricdə keçirirlər, vaxtı ilə taladıqları ölkəyə həqarətlə, yuxarıdan aşağı baxırlar. Onun problemlərinə yardım etmirlər. Koronavirusla Mübarizə Fonduna köçürdükləri qəpik-quruşdan onların ölkəyə, xalqa münasibətləri bəlli olur. Bu məmurları cinayət məsuliyyətinə cəlb etməklə yığdıqlarının hamısını əllərindən almaq da çətin məsələdir.
Hazırda bu istiqamətdə addımlar atılır, amma çətin ki, gözlənilən nəticə olsun. Çünki onlar həbsə girməyə hazırdırlar, tutularkən heç apellyasiya şikayəti də vermirlər. Qazandıqlarının bir hissəsini vaxtilə onlarla şərik olmuş hakimlərə, prokurorlara ötürərək həbsxanadan çıxırlar. Hər halda bu istiqamətdə maksimum səylər davam etdirilməlidir. Bu, təkcə oğurlanmış sərvətlərin geri qaytarılması məsələsi deyil, həm də mənəvi, hüquqi, siyasi məsələdir. Ölkənin keçmişini, bugününü, gələcəyini oğurlamış, sərvətlərin sahibi olan xalqa ağır məhrumiyyətlər yaşatmış bu cinayətkar zümrənin cəzalandırılması çox vacibdir. Azərbaycan xalqı heç olmasa ədalətin qiyamətə qalmadığını görüb təskinlik tapar. Bir korrupsioner tutularkən kütləvi sevinc, şadyananlıq məhz belə bir gözləntinin nəticəsidir.
Oliqarxiyanın talançılıq dövrü heç şübhəsiz Azərbaycanın tarixində arzuolunmaz bir səhifədir. Onu qapatmaqla bərabər, buraxılan səhvlərdən ciddi nəticə çıxarmaq vaxtıdır. Qarşıda böyük vəzifələr var, hökumətin qəbul etdiyi "2030 hədəfləri - gələcəyə baxış" proqramı bu prioritetləri özündə ifadə edir. Bundan əvvəl də strategiyalar, yol xəritələri qəbul olunub.
Regionların sosial-iqtisadi inkişafı üçün 3 dövlət proqramı qəbul edilib, bu istiqamətdə nə az-nə çox, 75 milyard manatdan artıq vəsait xərclənib. Amma korrupsioner oliqarxiya dövlət siyasətini sabotaj edərək məqsədə çatmağa imkan verməyib.
Uğur qazanmağın, hədəfə nail olmağın, vəd olunduğu kimi xalqa ləyaqətli həyat səviyyəsi bəxş etməyin yeganə yolu şəffaflıq, dürüstlük və ədalətdir...
"AzPolitika.info"
Paylaş:
Müəllif : Yazar
Tarix:12-02-2021, 10:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-02-2021, 10:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45