reklam
Regionxeberlericom.az » Sosial » İdarə müdiri buna görə İŞDƏN QOVULUB... - İDDİA

reklam

İdarə müdiri buna görə İŞDƏN QOVULUB... - İDDİA

Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Şəhərin müxtəlif küçələrinə asfalt-beton örtüyü çəkilir, piyada səkiləri yenidən qurulur, yeniləri tikilir, məhəllələrə və parklara tamet örtük vurulur, yeni yaşıllıq zolaqları salınır.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 11 fevral 2021-ci il tarixində şəhərdə aparılan işlərlə yerində tanış olmaq məqsədilə ərazilərə baxış keçirib.

İcra Hakimiyyəti başçısının göstərişi əsasında Heydər Əliyev meydanında yerləşən fontanlara yeni elektrik xəttinin çəkilməsinə başlanılıb. İstiqlaliyyət prospektindəki xiyabanda ağacların budanması, quruyan ağacların kəsilməsi, ərazidə yeni quraşdırılan svetafora xətlərin çəkilməsi işlərinə başlanılıb. Şəhərin bəzi küçələrində yağış sularının toplanmasının qarşısının alınması üçün drenaj xətlərinin çəkilişi işləri davam etdirilir.

Görülən işlərlə tanışlıq zamanı İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə görüşüb, onlarla səmimi söhbət edib. Sakinlər Şirvan şəhərində görülən genişmiqyaslı işlərə, xüsusilə Şəhidlər Xiyabanında, parklarda, küçə və prospektlərdə, məhəllələrdə aparlan abadlıq-yenidənqurma işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



Paylaş:


Müəllif : Tarix:
12-02-2021, 17:01
Sikayət   


loading...
Загрузка...