Sabiq məmurlar haqda şok ittihamlar... - Onlar niyə azadlıqda qaldı?..
Son günlər əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsinin ardınca, gözlənilməz halda, keçmiş maliyyə naziri Fikrət Yusifov mətbuatda vaxtilə vəzifəyə irəli çəkdiyi Səlim Müslümovun və digərlərinin barəsində ciddi ictimai narazılıq yaradan nüsahibə verdi. Ardınca Azərbaycanın keçmiş Əmanət Bankının sabiq sədri Hüseyn Səfərov «Təzadlar»a Fikrət Yusifovu ifşa edən sensasion açıqlamalarla gündəmi zəbt etdi. O dərəcədə ki, F.Yusifov dərhal bir sıra saytlarda H.Səfərovun barəsində aşağılayıcı açıqlamalar verərək vəziyyəti bir az da tündləşdirdi...
Bütün bu müzakirə rəğmən, sabiq nazir Fikrət Yusifovun bəlli müsahibəsində qaranlıq məqamlar gördük. Odur ki, tanınmış iqtisadçı-jurnalist, «Təzadlar» qəzetinin baş redaktoru, «Trtajans» Portalı İdarə Heyətinin sədr müavini, Avropa Jurnalistlər Assosiasiyasının üzvü Asif Mərziliyə müraciət etdik:
- Azərbaycan oxucuları Sizi araşdırmaçı jurnalist kimi tanıyır. Keçmiş maliyyə naziri Fikrət Yusifovun 1996-cı ildə Azərbaycan Sənaye İnvestisiya Bankının Səbail rayon filialında baş vermiş 48 milyon dollarlıq yeyinti faktı ilə bağlı müsahibəsində günahkar kimi fərqli, bəlkə də bu işə o qədər də aidiyyəti olmayan şəxslərin adını çəkməsi birmənalı qarşılanmadı. Sonra Azərbaycan Əmanət Bankı İdarə Heyətinin sabiq sədri Hüseyn Səfərovun ona cavab müsahibəsi maraqlı sualları ortaya çıxardı. Necə düşünürsünüz, doğrudanmı büdcənin o cürə talanmasında Maliyyə Nazirliyinin suçu yox idi?
- Məsələ heç də sadə deyil. Mən hələlik Sizə bir neçə vacib məqamı cadalamaq istəyirəm, qoy oxucular nəticə çıxarsın. Əslində, təqdim etdiyim araşdırmalar sübut edir ki, Azərbaycan iqtisadiyyatının o vaxtkı çətin dönəmində adi bir rayon bankında 48 milyon dollar vəsaitin, hansı ki, dolların manatın o vaxtkı kursuna nisbəti ilə 200 milyard manata yaxın büdcə vəsaiti demək idi, talanması-oğurlanması sadə məsələ deyildi. Bu talanda iştirakçı olmuş iki şəxs-Səlim Müslümov (Maliyyə Nazirliyində idarə rəisi) və Səbail bankının başıbəlalı sədri Bəşər Hacıyev həbs edilirlər. Doğrudanmı elə bu iki şəxs bu talanda məsuliyyət daşıyırdı???
Mən sizə, həm də iqtisadçılarımıza, bank, maliyyə və uyğun sahələrdə çalışan mütəxəssislərə, xüsusən də, ölkənin hüquq mühafizə orqanı rəhbərlərinə bu faktları təqdim edirəm. Qoy hamı özünün subyektiv nəticəsini obyektivlik tərəzisində balansaşdırsın:
1.Fikrət Yusifov- 1994-1999-cu illərdə Azərbaycanın maliyyə naziri;
2.Səlim Müslümov-1995-2000-ci illərdə Maliyyə Nazirliyində Dövlət Gəlirləri Baş İdarəsinin rəisi;
3.Heydər Əsədov- 1995-1996-cı illərdə maliyyə nazirinin müavini, yəni Fikrət Yusifovun müavini olub.
4.Heydər Əsədov-1996- 2007-ci ilədək Maliyyə Nazirliyi Xəzinədarlıq Baş İdarəsinin direktoru və eyni vaxtda nazir müavini;
5.Heydər Əsədov-2007- 2013-cü ilədək Azərbaycan Hesablama Palatasının sədri!
6.Fürsənd Qurbanov-1992-1996-cı illərdə Səbail rayon İcra Hakimiyyətində şöbə müdiri və icra başçısının müavini;
7.Fürsənd Qurbanov-1996-2007-ci illərdə Səbail rayon Maliyyə İdarəsinin rəisi;
8.Fürsənd Qurbanov-2007-2021 (yəni hazırda da) Azərbaycan Hesablama Palatasında təhsil, elm və mədəniyyət sahələri xərclərinə nəzarət şöbəsinin müdiri, Palatanın auditi!
Siz bu adı çəkilən şəxslərin illər üzrə vəzifələrinə diqqət verin. Sanki planlı şəkildə eyni dövrdə Maliyyə Nazirliyinə toplanırlar, biri büdcə vəsaitlərinin yığımını idarə edən Baş idarənin, digəri xərclənməsini idarə edən başqa bir Baş idarənin, digərləri-büdcə vəsaitlərinin ötürüldüyü bankın rəhbəri, digəri həmin rayonun maliyyəsini idarə edən şəxs! Və bütün bunlara rəhbərlik edən isə nazir Fikrət Yusifov!
Ayağında dövləti cinayətin maddələri olanlar dövləti vəzifələrə necə qaytarılır???
İndi Fikrət Yusifova, eləcə də məlum talanda əli olmuşlara, xüsusən də bu talanların qarşısını almalı olanlara sual verirəm:
1.Hörmətli Fikrət müəllim, axə necə olur ki, heç bir praktik təcrübəsi olmayan Səlim Müslümovu, Heydər Əsədovu, Fürsənd Qurbanovu, hansı ki, üçü də o vaxt yalnız Dövlət İqtisad Universitetində adi, sıravi müəllim idilər. O cümlədən siz də. Amma siz onları nazir olan kimi yüksək vəzifələrə irəli çəkdiniz.
2.Bilirsiniz ki, Maliyyə Nazirliyinin Xəzinədarlıq Baş İdarəsinin əsas vəzifələrindən biri Dövlət büdcəsindən ayrılan vəsaitlərdən təyinatı üzrə istifadəsinə ümumi nəzarəti həyata keçirir. Hansı ki, həmin Baş İdarənin direktoru Heydər Əsədov idi. O, ölkənin xəzinədarlığının qarşısında bütün mahiyyəti ilə məsuliyyət daşıyırdı. Bəs niyə Səbail bankına ötürülən milyardların təyinatına nəzarət etməmişdi, yaxud edə bilməmişdi???
3.O vaxtlar Səbail rayon Maliyyə İdarəsinin rəisi Fürsənd Qurbanov, Bəşər Hacıyev həbs olunur, Səlim Müslümov həbs olunur, amma Heydər Əsədova bir kəlmə də söz deyilmir. Üstəlik də ölkənin maliyyəsinə nəzarət edən Fikrət Yusifov! Niyə??? Ən pisi odur ki, Fikrət Yusifov qalmaqallı müsahibəsində deyir ki, Səlim Müslümovu və Fürsənd Qurbanovu sonradan vəzifəyə qaytardım.
Ayağında Dövləti cinayətin maddələri olan, barəsində məhkəmə hökmü olanları yenidən dövləti vəzifələrə qaytarırlar? Bu harda yazılıb, hansı ölkədə belə anormallıq var? Özü də çox maraqlıdır, həmin cinayətkarlar (barələrində olan məhkəmə hökmünə görə) yenidən cinayət törətdikləri maliyyə sisteminə-əvvəl talançılıq etdikləri Maliyyə Nazirliyinə gətirilir, vəzifələndirilirlər! Çanaq isə kimsəsiz və arxasız Bəşər Hacıyevin başında çatladı, o, uzun müddətə azadlıqdan məhrum edildi...
Talançılar gələcəyini sığortalamaq üçün Hesablama Palatasında necə yuva qurur?
Çox istərdim ki, ölkə rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri bu fakta diqqət etsinlər:
1.Mövcud qanunvericiliyə görə, Hesablama Palatası müstəqildir, Dövlət büdcəsinin vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edir, auditləri Milli Məclisdə təsdiqlənir, yalnız MM qarşısında hesabatını məruzə edir! Vəssalam! Yəni, bu quruma kimsə güldən ağır söz deyə bilməz. Talançılar isə gələcəyini sığortalamaq üçün Hesablama Palatasında görün necə yuva qurur: Heydər Əsədov 1995-ci ildən 2007-ci ilədək Maliyyə Nazirliyində Baş Xəzinədarlıq İdarəsində büdcə vəsaitlərinin, necə deyərlər, “başını sığallayır”, sonra bütün məsuliyyətdən sığortalanmaq üçün kimlərinsə... vasitəsi-dəstəyi ilə Respublika Hesablama Palatasına sədr göndərilir. Məqsəd aydın oldumu???
Bu da bəs etmir, Dəstə üzvləri daha bir vacib fürsəti əldən vermir: Heydər Əsədovla birlikdə Səbail rayonunda maliyyə məsələlərini “lazımi qaydada” nizamladıqdan sonra Fürsənd Qurbanov Hesablama Palatasında təhsil, elm və mədəniyyət sahələri xərclərinə nəzarət şöbəsinin müdiri və Palatanın auditi təyin edilir. Yəni, Heydər Əsədov palataya sədr getdiyi gündən-2007-ci ildən. Və hazırda da orada çalışır...
-Bəs niyə təkcə Bəşər Hacıyev qurban verildi?
- Doğrudanmı məlum talançılıqda Fürsənd Qurbanovun, Səlim Müslümovun, Heydər Əsədovun, Hüseyn Hüseynovun (Səbail RİH-də müavin, sonra Binəqədi RİH başçısı) heç bir məsuliyyəti yox idi ki, sonradan ən yüksək dövləti vəzifələrə irəli çəkildilər?
-Bəs Respublika büdcəsinə daxil olmuş vəsaitlər yerli-rayon (Səbail) büdcəyə necə və kimin tapşırığı ilə köçürülüb talanmışdır?
-Dəstə üzvlərini Prezident Administrasiyasında kimlər müdafiə edirdi?
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu
Paylaş:
Müəllif : Yazar
Tarix:15-02-2021, 09:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-02-2021, 09:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50