Nazirlik xəbərsiz, universitet ümidsiz, məzunlar məhkəməlik... - QALMAQAL
“Təhsil Nazirliyi Bakı İslam Universitetinin diplomlarını tanımaqdan qəfil imtina edib. Universitetin 6 nəfər məzunu Dini Qurumlarla Dövlət Komitəsindəki işindən azad edilib. Digər məzun, Qarabağ qazisi, 3 medalla təltif olunmuş şəxsin işi Ali Məhkəmədədir”.
Bu barədə MCP sədrinin müavini Tural İrfan bildirib.
Onun sözlərinə görə, Bakı İslam Universitetinin məzunlarının kütləvi şəkildə işdən çıxarılması davam edir:
“Əminəm ki, bu “5-ci kalon”un təsiri ilədir. Çünki bu ali məktəbi bitirənlər vətənpərvər, milli ruhda dini təhsil alaraq heç bir xarici təsirə məruz qalmamış şəxslərdir. Yəqin ki, belə savadlı, milli ruhlu alimlərin, din adamlarının sıradan çıxarılmasında maraqlı qüvvələr var. Çünki bu ali məktəbi bitirənlər yüksək elmi nailiyyətləri ilə, müxtəlif dövlət qurumlarındakı nümunəvi fəaliyyətləri ilə, din sahəsində həmişə tolerantlığı, milli-mənəvi dəyərlərə sadiqliyi, dövlətə və dövlət rəhbərinə sədaqəti ilə seçiliblər”.
Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Cebhe.info-ya açıqlamasında bildirib ki, ki, onda yaranan problemlə bağlı məlumatlar yoxdur:
“Nazirlik sözügedən Universitetin diplomlarını tanıyır. Universitet fəaliyyət göstərir və orada tədris proqramı aparılırsa, diplomlar niyə tanınmasın ki..”
Bakı İslam Universitetinin prorektoru Elçin Həsənli Cebhe.info-ya açıqlamasında məsələyə aydınlıq gətirib.
O, bu problemin son günlərdə meydana gəldiyini bildirib:
“Bakı İslam Universiteti SSRİ dövründə - 1989-cu ildə mədrəsə olaraq yaranıb. Sonradan 1994 və 1997-ci illərdə iki dəfə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişik. Yəni demək istəyirəm ki, bizdə əvvəlcədən də dövlət qeydiyyatı olub. 2009-cu ildə ölkə Prezidentini dini təhsil müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı iki fərman verib. Bundan sonra isə dini təhsil müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı qanunvericilik aktları qəbul edildiyindən Bakı İslam Universitetinin də fəaliyyətinə lisenziya verilib. Ondan əvvəlki dövrdə isə Universitet “Dini etiqad azadlığı haqqında” qanuna müvafiq olaraq fəaliyyət göstərib. 1992-ci ildə qəbul olunan həmin qanunun 10-cu maddəsi dini təhsillə bağlıdır.
Bildirilir ki, dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün nəzərdə tutulan hüquq və güzəştlərdən istifadə edirlər. Yəni bizim tələbələr və məzunlar da həmin qanunlardan yararlanıblar. Məsələn, hərbi xidmətdən 5 il möhlət alıblar, universiteti bitirdikdən sonra həmin diplomlarla bir il hərbi xidmətdə olublar”.
Elçin Həsənli bildirib ki, Universitetə lissenziya verildikdən sonra tələbə qəbulu sabiq TQDK, indiki DİM vasitəsilə həyata keçirilməyə başlanıb:
“2014-cü ildən başlanaraq biz məzunlarımıza dövlət nümunəli diplomlar verməyə başlamışıq. Problem Universitetə lisenziya verilməzdən əvvəlki məzunlarla bağlı yaranıb. 2014-cü ildən başlayaraq biz həmin məzunları da tələbə-məzun sistemində yerləşdirməyə başlamışıq. 2016-cı ildə bu proses dayandırıldıqdan sonra problem yarandığından məzunlarımız Təhsil Nazirliyinə və məhkəmələrə müraciət etmək məcburiyyətində qaldılar. Artıq məhkəmənin qərarı ilə məzunlarımızdan birinə dövlət nümunəli diplom alınıb və təqdim olunacaq”.
Prorektor bildirir ki, son vaxtlara qədər dövlət nümuməli olmasa da, Universitet tərəfindən verilən diplomlarla bağlı hər hansı problem mövcud olmayıb:
“Məzunların sistemə girişinə məhdudiyyət qoyulduqdan sonra narazılıqlar meydana gəldi. Universitetin rəhbərliyi – rektor Sabir Həsənli, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Alahşükür Paşazadə ilə birlikdə bu problemlərin dövlət orqanları ilə birlikdə aradan qaldırılması istiqamətində işlər aparırlar. Ümid edirik ki, yaxın vaxtlarda bu problem aradan qalxacaq”.
Universitetin nə qədər məzununun bu cür problemi mövcuddur?
Elçin Həsənli bildirib ki, təxminən 3000 nəfərin bu cür problemi var:
“1989-2009-cu ilə qədər universiteti bitirənlərin bu problemi var”.
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:15-02-2021, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-02-2021, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35