Ceyhun Bayramov nədən bu kadrlarla bacarmadı... - İLGİNC İDDİALAR...
"Ceyhun Bayramovun Azərbaycanın xarici işlər naziri olmasından doqquz aya yaxın vaxt keçib. 2020-ci ilin iyulunda mətbuatda deyildiyi kimi XİN-i viran qoyan sələfi Elmar Məmmədyarovun yerinə təyin ediləndə ümidlər var idi ki, Bayramov orada qayda-qanun yarada bilər. Bu, onun diplomat olmasa da, XİN çirkabından uzaq bir şəxs sayılması ilə əsaslandırılırdı". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Lakin əldə edilən məlumatlardan aydın olur ki, tanınmış jurnalistlərdən birinin ifadəsilə "başıbəlalı XİN-in" düşdüyü vəziyyətdən çıxması Ceyhun Bayramovla da mümkün görünmür. Azərbaycanın diplomatiya idarəsi Elmar Məmmədyarov yağışından çıxaraq Ceyhun Bayramov yağmuruna düşüb.
Hələ yeni təyin olunanda müşahidəçilərdən biri belə fikir bildirmişdi ki, Ceyhun Bayramov diplomatik təcrübəsi olmasa da, bacarıqlı menecer kimi ən azı keçid dövrü üçün XİN-ə faydalı ola bilər. Çünki uzun illər korrupsiya və qanunsuzluq içində boğulan XİN-i böhrandan çıxarmaq üçün diplomatdan çox yaxşı idarəçiyə ehtiyac var. Elmar Məmmədyarov başda olmaqla "diplomatlarının" XİN-i bərbad günə qoyması bu fərziyyəni gücləndirirdi.
Lakin XİN əməkdaşlarının dediklərinə görə nazirliyə gəldiyi ilk gündən Ceyhun Bayramov özünü yalnız bundan əvvəl rəhbəri olduğu təhsil nazirliyindən gətirdiyi bir neçə şəxslə əhatələyərək əsasən onlarla ünsiyyətdə olur. Uzun müddət diplomatik xidmətdə olmuş, bu sistem daxilində vəziyyəti bilən, təcrübəli diplomatları belə qəbul edib dinləmir. Yaxşı rəhbər şəxsin əsas keyfiyyətlərindən biri məhz rəhbərlik etdiyi sahədəki əməkdaşlarla fərdi söhbət apararaq onların fikirlərini öyrənməkdir. Bu yolla nazirlik daxilindəki vəziyyətlə bağlı lazimi məlumatlar almaq, problemlərin həlli üçün yollar tapmaq mümkündür.
Yeni nazir Ceyhun Bayramov isə belə görünür ki, yüksək vəzifə sahibi üçün zəruri olan bu xüsusiyyətdən məhrumdur. Əks halda özünü heç bir diplomatiya biliyi, təcrübəsi olmayan, XİN-də uzun illər yığılıb qalmış problemlərin mahiyyətindən xəbərsiz keçmiş təhsil nazirliyi dəstəsi ilə təcrid etməzdi.
Məsələ təkcə C.Bayramovun XİN-dəki problemləri həll etmək iqtidarında olmaması və özünün təhsil nazirliyi dəstəsinin sözüylə oturub-durması ilə də məhdudlaşmır. Vəziyyəti daha da mürəkkəbləşdirən yeni nazirin üstəlik vaxtilə Elmar Məmmədyarov dövründə həmin problemləri yaratmış bir çox şəxsləri yenə də vəzifədə saxlaması, hətta onlarla da dilbir olmasıdır.
Arxa-dayaqlı Hüseyn Hüseynov
Mətbuatda həmin Məmmədyarov qalıqlarından biri, XİN-in hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov barədə müəyyən məlumatlar verilib. İddialara əsasən Hüseynov uzun illər XİN-də Elmar Məmmədyarov və müavini Nadir Hüseynovun tapşırığı ilə qanunsuz əmrlərin, sənədləşdirmənin əsas icraçılarından olub. Onun XİN-ə qarşı məhkəmə işlərində hüquqları pozulmuş şəxslərə qarşı əsassız, böhtan xarakterli ittihamlar irəli sürərək hakimlərə təsir göstərdiyi deyilir.
Daxil olan növbəti məlumatlara görə Hüseyn Hüseynov Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq məsələləri üzrə əməkdaşı olduğu vaxtlarda da qanunsuz əməllərlə əlaqəli olub. O da məlumdur ki, Moskvadakı səfirliyin konsulluq şöbəsi ilə bağlı korrupsiya halları barədə illərdir ki, mətbuatda yazılar gedir.
Konkret olaraq Hüseyn Hüseynov haqqında bildirilir ki, onun səfirliyin konsulluq şöbəsinə rəhbərlik etdiyi dövrdə qanuna zidd hərəkətlər o həddə çatıb ki, hətta Daxili İşlər Nazirliyi tərəfindən bununla bağlı istintaq aparılıb. Səbəb isə səfirliyə pasportu olmayan bir şəxs tərəfindən özü və övladları üçün Azərbaycana getmək məqsədilə qayıdış şəhadətnaməsi almaqla əlaqədar şikayəti olub.
Həmin şəxs bildirib ki, dövlət rüsumu 50 ABŞ dolları olan qayıdış şəhadətnaməsini almaqdan ötrü səfirliyin konsulluq şöbəsində ondan artıq pul tələb edilib. Özü də bu, "usta" tərpənilərək birbaşa konsulluğun əməkdaşı tərəfindən deyil, kənar, əlaqələndirici şəxs vasitəsilə çatdırılıb. Beləliklə, Hüseynovun rüşvət mexanizminin necə mütəşəkkil, gizli üsulla təşkil olunaraq işlədiyi elə bu faktdan üzə çıxıb.
Amma DİN məsələni araşdırsa da, XİN-ə göndərdiyi məktubda səfirliyin bu barədə yalnız məlumatlandırılmasını istəyib. Nəticədə isə nə XİN, nə də səfirlik heç bir tədbir görməyərk Hüseynova gözün üstə qaşın var deyilməyib.
Başqa bir məlumatda deyilir ki, Hüsenovun əməlləri, pozuntuları elə həddə çatıb ki, o vaxtlar XİN-in konsulluq idarəsi daxilində bununla bağlı lazımi ölçü götürülməsi tələbləri səsləndirilib. Lakin həmin dövrdə idarənin rəisi olan Nadir Hüseynov himayəsindəki Hüseyn Hüseynovun cəzalandırılmasına imkan verməyib. Üstəlik XİN korrupsionerlərinin başı Elmar Məmmədyarov da o vaxtlar vəzifəsində idi.
Hazırda Məmmədyarovu əvəz etrmiş Ceyhun Bayramov gələndən sonra da haqqında bu qədər ciddi iddialar, ittihamlar irəli sürülən Hüseynov yenə vəzifəsində qaldı. Hətta əvvəl də məlumat verildiyi kimi, XİN-in kollegiyasına üzv oldu. Bayramov XİN-dəki ən ciddi problemlərdən olan, Məmmədyarov dövründə hüquqları pozularaq işdən çıxarılmış, təqiblərə məruz qalmış əməkdaşların məsələsini məhz Hüseynova ötürməklə başından edir. Hüseynov isə qeyd edildiyi kimi, Elmar Məmmədyarovun tapşırığı ilə həmin əməkdaşlaraq qarşı haqsızlığın, ədalətsizliyin qanun adı altında törədilməsinin əsas icraçılarından olub.
Haqqında kifayət qədər ciddi ittihamların mövcudluğuna baxmayaraq H.Hüseynovun özünü daim təhlükəsiz hiss etməsi hər zaman havadarının yanında olması ilə bağlıdır. Arxası həmişə bərk olan Hüseynov da illərdir ki, XİN-də at oynadaraq istədiyini edir. Yeni nazir C.Bayramov isə buna son qoymaq əvəzinə özü də onun növbəti hamisinə çevrilib.
Məğlubedilməz Azayev
Hüseynovdan başqa mətbuatda haqqında ciddi ittihamlar səsləndirilən, lakin Ceyhun Bayramovun da yanında saxladığı XİN-dəki başqa "məğlubedilməz" Məmmədyarov kadrlarından biri Elxan Azayevdir. DTX XİN-də həbslər həyata keçirən zaman korrupsiyada adı hallanan şəxslərdən biri məhz Elxan Azayev idi. Rəsmi vəzifəsi XİN-in Amerika və Avropa ölkələri ilə əlaqələrə məsul idarənin rəisidir. Lakin Azayevin əsas işi qəribə görünsə də “Diplomat – 2008” MTK adlı XİN-in daxilində yerləşən şirkətə rəhbərlik etmək olub. Şirkət Bakı şəhərində mənzil tikintisi və satışı ilə məşğuldur.
Belə bir əcaib vəziyyətin – diplomatın mənzil tikintisi ilə məşğul olması və bunun hətta qanun halına salınaraq XİN-in adından edilməsi illərlə heç kimdə sual doğurmayıb. Hətta DTX-nın XİN-də korrupsiya ittihamları ilə həbslər aparması və mətbuatın məlumatına görə E.Azayevi də sorğu-suala çəkməsinə baxmayaraq, o, yenə də vəzifəsində qalmaqdadır.
Bir versiyaya görə ABŞ-da oğlanlarına dəyəri milyon dollarlarla ölçülən mənzillər aldığı üzə çıxmış Elmar Məmmədyarovun gəlir mənbələrindən biri məhz Azayevin idarə etdiyi “Diplomat – 2008” MTK ola bilər.
Məğlubedilməz Azayev XİN-də guya əməkdaşların hüquqlarının qorunması üçün fəaliyyət göstərməli olan həmkarlar ittifaqının sədri vəzifəsini də tutur. Onun hüquqları pozulan XİN əməkdaşlarının müdafiəsi üçün konkret bir iş gördüyünü isə eşidən olmayıb.
Hüseyn Hüseynovun hansı səbəblərdən vəzifəsini qoruya bildiyi məlum olsa da, Ceyhun Bayramovun Elxan Azayevi hansı motivlərlə yerində saxladığı hələlik tam aydın deyil. Təbii ki, əgər o da mənzil tikintisindən iddiaya görə Elmar Məmmədyarova gedən pullara tamah salmayıbsa.
Yerində olmayan Raman Məmmədov
XİN-dəki problemlər yalnız Məmmədyarovdan qalma kadrlarla bitmir. Ceyhun Bayramovun özünün təhsil nazirliyindən gətirib diplomatik vəzifələrə təyin etdiyi şəxslərdən də çoxlu şikayətlər var.
Xüsusilə, C.Bayramovun təhsil nazirliyindən transfer edərək XİN-in kadrlar idarəsinin rəisi qoyduğu Raman Məmmədov barədə ciddi iddialar mövcuddur. Onun nə təcrübəsi, nə də keçdiyi əmək yolu həssas, spesifik dövlət işi olan diplomatiyada kadr məsələsi kimi vacib sahəyə rəhbərlik etməsinə uyğun gəlmir. Diplomatik xidmətə gətirilməzdən əvvəl özəl şirkətlərdə, ekologiya və təhsil nazirliklərində hüquqşünas vəzifələrini tutub. XİN-də isə birbaşa üz üzərinə düşən kadr məsələlərini ya həll etməkdən boyun qaçırır, ya bunu ümumiyyətlə bacarmır yaxud da Hüseyn Hüseynovun öhdəsinə buraxmaqla işini bitmiş sayır.
Kadrlarla iş o dərəcədə bərbad vəziyyətdədir ki, hazırda XİN-in 100-dən çox səfirlik və konsulluqlardan qayıtmış əməkdaşı yenidən nazirlikdə fəaliyyətə başlaya bilməyərək faktiki işsiz qalıb. Onlardan bir qrupunun buna etiraz edirək hətta nazirlik qarşısında aksiya keçirdikləri barədə məlumat var. Maraqlıdır ki, bu barədə mətbuat xəbər tutmayıb.
İşə bərpa olunmayan XİN əməkdaşları Prezident Administrasiyasına dəfələrlə müraciət də ediblər. Lakin hələ də nəticəsi olmayıb.
Rəhbəri Ceyhun Bayramov kimi işini yerinə yetirə bilməyən R.Məmmədovun hətta özünü aparmaq, etik qaydalara əməl etmək cəhətdən də problemli olduğu deyilir. Onun XİN dəhlizlərində əməkdaşların üstünə çəmkirdiyi, yüksək səslə mübahisə edərək dava, münaqişə çıxartdığı haqda iddialar var. Verilən məlumata görə Ceyhun Bayramov da əlacsız qalaraq R.Məmmədova vəziyyəti bu dərəcyə gətirib çıxarmamağı, özünü, nəzakət, ədəb çərçivələri qaydasında aparmasını tövsiyə edib. Mənbələrdən biri R.Məmmədovun vəzifəsinin öhdəsindən heç cür gələ bilməyəcəyinə görə yerinə artıq başqa kadr axtarıldığını deyib.
Qadın diplomatlara qarşı ayrı-seçkilik
Başqa bir vacib məsələ, qadın diplomatların XİN-də yuxarı vəzifələrə çəkilməsi, kişilərlə balanslı şəkildə təmsil olunmasına ümumiyyətlə diqqət yetirilmir. 80-dən çox diplomatik nümayəndliklərin rəhbərlərindən cəmi ikisi qadın səfirdir. XİN-in 30-dan çox idarəsinin də yalnız üçünün rəisi qadındır. Onların da nə dərəcədə öz savad, qabiliyyət və bacarıqlarına görə irəli çəkilmələri böyük sual altındadlr. Məsələn, XİN-in maliyyə idarəsinin rəisi Nərgiz Səfərovanın bu vəzifəyə nazir Ceyhun Bayramovun dostunun həyat yoldaşı olduğuna görə təyin edildiyi söylənilir.
Prezidentin etimadını doğrultmayan Ceyhun Bayramov
Göstərilən bütün faktlar belə nəticəyə gəlməyə tam əsas verir ki, Ceyhun Bayramov XİN-i Elmar Məmmədyarovun saldğı bataqlıqda daha da dərinliyə itələməkdədir. O, hazırda Məmmədyarovdan qalma Hüseyn Hüseynov, Elxan Azayev və özünün gətrirdiyi Raman Məmmədov kimi haqlarında ciddi ittihamlar olan şəxslərin təsiri altındadır. Bu səbəbdən də yeni rəhbər kimi ona bəslənilən ümidlərin üstündən xətt çəkib.
C.Bayramov həm öz bacarıqsızlığı, həm də XİN-də vəziyyəti yaxşılaşdırmaq, nöqsanları düzəltmək niyyətində belə olmaması ilə prezident İlham Əliyevin göstərdiyi etimadı doğrultmur, verdiyi təlimatları heçə sayır. Prezident onu bu vəzifəyə təyin edərkən ictimaiyyət qarşısında dövlətin bu vacib strukturunda peşəkar kadrlara vəzifə vermək, onları irəli çəkməyi tapşırmışdı. Elə həmin göstərişə zidd olaraq Ceyhun Bayramov özünün Təhsil Nazirliyindən gətridiyi bir qrup şəxsə seçmə üsulla növbəti yüksək rütbələr verib.
Belə vəziyyətdə isə "yuxarıların" etibarını qəti şəkildə doğrultmamış Ceyhun Bayramovun vəzifəsindən kənarlaşdırılmasından başqa yol qalmır. Bunun Elmar Məmmədyarovda olduğu kimi uzun müddət çəkməməsi dövlətin xarici siyasətinə dəyəcək növbəti ziyanların qarşısını ala bilər. Çünki Azərbaycanın hazırda Qərblə, konkret olaraq Fransa, Belçika, Niderland, Kanada, Lüksemburq, Yunanıstan kimi ölkələrlə münasibətləri yumşaq deyilərsə çox yüksək səviyyədə deyil. ABŞ-ın yeni Co Bayden administrasiyası ilə də yoluna qoyulmalı işlər yox deyil. Müzakirə edillməli, həll olunmalı kifayət qədər vacib məsələlər var. Peşəkar, savadlı diplomatlar və korrupsiyadan, pozuntulardan, haqsızlıqlardan uzaq Xarici İşlər Nazirliyi göstərilən vəzifələrin yerinə yetirilməsinin əsas şərtidir".
Paylaş:
Müəllif : Yazar
Tarix:15-02-2021, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-02-2021, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07