İngilis qoşunları 100 il sonra Bakıda yenidən görünəcək? - GİLEY
İngilis hərbçiləri 100 il sonra yenə Azərbaycana gəlirlər. Doğrudur, bu dəfə məram və niyyət Qarabağda minatəmizləmə işləridir. Amma kim zəmanət verə bilər ki, Böyük Britaniyanın məqsədi yalnız bundan ibarətdir?!
Ona görə ki, Azərbaycanı 44 günlük müharibədə dəstəkləyən ingilislərin gəlişi Qarabağda rus sülhməramlıların fəaliyyətini balanslaşdırmağa xidmət edə bilər. Bu nöqteyi-nəzərdən Böyük Britaniyanın Azərbaycana öz hərbçilərini göndərmək niyyəti regiondakı situasiyaya görə sərfəlidir.
“Yeni Müsavat” xatırladır ki, yanvarın 22-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanla hərbi əlaqələrin inkişafında maraqlı olduğunu elan edib.
Özü də bir deyil, iki NATO üzvü - Türkiyə və Böyük Britaniya strateji cəhətdən xüsusi əhəmiyyət daşıyan, Cənubi Qafqaz ölkəsi olan Azərbaycanla daha yaxın hərbi münasibətlərə ciddi maraq göstərir. Bu barədə fevralın 3-də “jamestown.org” saytı yazıb. “The Daily Brief” nəşri də fevralın 12-də bu məsələyə toxunub. Sayt yazır: “Azərbaycanın xarici hərbi təmaslara daha çox maraq göstərəcəyi və hərbi əlaqələrini daha da genişləndirəcəyi gözlənilir.
Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərini minalardan təmizləməsi təşəbbüsünə kömək etməkdə maraqlı olduğunu göstərir və bu niyyəti ilə bağlı rəsmi Bakıya açıq siqnallar verir.
Bundan əlavə, potensial Ermənistan tərəfdarı olan Rusiyanın bölgədəki təsirini balansda saxlamaq üçün Bakının Ankara ilə əlaqələrini daha da dərinləşdirəcəyi ehtimal olunur". Göründüyü kimi, Britaniyanın hərbi baxımdan Azərbaycana daxil olmaq ehtimalı getdikcə ciddiləşir. Rəsmi Bakının Böyük Britaniyanın bu təşəbbüsünə reaksiyası necə olacaq?
Bəri başdan konkret nəsə demək çətindir. Şübhəsiz ki, Azərbaycan və Türkiyə rəhbərliyi bu məsələdə ortaq məxrəcə gəldikdən sonra ortaya müəyyən mövqe qoyula bilər.
Britaniya hərbçilərinin Azərbaycana gəlişi isə heç bir halda Rusiya üçün məqbul görünmür.
Elə buna görə Dağlıq Qarabağ məsələsində Rusiyanın təsir dairəsini azaltmaq üçün Britaniyanın təşəbbüsünə yaşıl işıq yandırıla bilər.
Ancaq niyyət reallaşa bilərmi? İngilis hərbçilərinin minatəmizləyənlər adıyla Azərbaycana girməsindən yaxşı əsas ola bilməz.
Bizim politoloqlar, sahə mütəxəssisləri bu planın baş tutacağına inanırlarmı? Bu, Rusiya tərəfindən necə qarşılanacaq? Azərbaycanın azad edilən torpaqları böyük güclərin poliqonuna çevrilə bilərmi?
Yeri gəlmişkən, Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun Azərbaycana iki günlük səfəri də bu əlaqələrin intensivləşməsi baxımdan mühüm əhəmiyyət kəsb edirdi.
Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ingilis ordusu ötən əsrin əvvəlində Azərbaycan gəlmişdi: “100 il sonra yenə gəlirlər. Hələ ki xoşməramlı missiya ilə təşrif buyururlar, minaəmizləmə işləri aparacaqlar. Amma İngiltərə mediasında iki maraqlı tezis oxudum.
Birində Azərbaycan Ordusunun Şuşanı fəth etmək siyasəti onları heyran edib, biri də Pilotsuz Uçuş Aparatları (PUA) ilə yüksək səviyyəli texniki müharibə aparmaq qabiliyyətimiz onların xoşuna gəlib.
İngilislər üçün üçüncü məsələ də gündəmə gəlib. Deməli, sovetdən qalan “kukruznik”lər vardı, ilk dəfə 44 günlük müharibədə PUA kimi istifadə edildi.
Onların vasitəsilə düşmənin hədəflərini müəyyənləşdirmişik, həm də kamikadzde statusundan çıxış ediblər. Onların qiymət cəhətdən yüksək dəyəri olmasa da, digər xüsusiyyəti havaya qaldırmaqla düşmənin hava hücumundan müdafiə sisteminin yerini dəqiqləşdirmələridir.
Nəzəri olaraq desək, 30 min dollarlıq “kukruznik”lə ermənilərin 300 minlik hava hücumundan müdafiə sistemini məhv etmişik, raket sistemini vurmuşuq. Bu da təkcə ABŞ yox, İngiltərə hərbçilərinin də marağına səbəb olub".
C.Nuriyev hesab edir ki, ingilis kəşfiyyatı dünyada öncüllərdəndir: “Onlar minatəmizləmə adı ilə gələcək, sonra hərb elmi ilə tanış olacaqlar. Ola bilsin ki, bunu açmasınlar, konfidensial saxlansın. Amma razıyam ki, iki pisdən yaxşını seçmək baxımdan rusdan çox ingilisə üstünlük verməliyik. Bizi 44 günlük müharibədə Böyük Britaniya dəstəklədi. Onların olması Rusiyaya alternativdir və bu, Azərbaycan üçün çox sərfəlidir".
Siyasi şərhçinin sözlərinə görə, müharibə getdiyi günlərdə Azərbaycana xarici təzyiqləri yaddan çıxarmamalıyıq: “Onları zərərsizləşdirməliyik. 9 noyabr axşamı Rusiya iki böyük təxribat yaratdı - xəbərimiz olmadan Naxçıvan səmasında helikopterin necə vurulduğunu bilmədik, məsuliyyəti bizim üstümüzə yıxdılar.
Sonra həmin axşam Xırdalanda boş əraziyə raket atıldı. Bunların xəbərdarlıq olmadığına hansı zəmanətimiz vardı? Ali Baş Komandan özü də təzyiqlər olduğunu söyləyirdi.
İngilis ordusunun gəlməsi ilə həm yenilik, həm bölgədə gərginliyi balanslaşdırmaq mümkün olardı. Prezidentin tutduğu mövqe olduqca uzaqgörəndir, dövlətin maraqlarına xidmət edir. Onun dövlət maraqları hakimiyyət maraqlarından üstündür.
Təəssüf ki, bəzi müxalif qüvvələr dövlət mövqeyi ilə hakimiyyət mövqeyini qarışdırırlar. İngiltərənin gəlməsi də dövlətin maraqları üçün önəmli siyasətdir".
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Böyük Britaniya ilə tərəfdaş ölkədir, bir çox sahələrdə ciddi əməkdaşlıq var. A.Mollazadə istisna etmir ki, minatəmizləmə şirkəti bu prosesdə iştirak edə bilər.
“Qarabağı yenidən qurmaq üçün ərazilər minalardan təmizlənməlidir. Çünki vandallar xəritəni vermirlər, bu da infrastruktur işlərini görməyə mane olur. Onun üçün ərazilər minaladan təmizlənməlidir. Bu işdə Türkiyədən dəstək var, Böyük Britaniyanın dəstəyi də mümkündür", - deyə deputat vurğuladı. Qeyd edək ki, Böyük Britaniya Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Britaniyanın Azərbaycanda son dərəcə ciddi biznes maraqlarının olması heç kimə sirr deyil. Bu maraqlar xüsusən neft və qaz hasilatında daha qabarıq nəzərə çarpır.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:16-02-2021, 09:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-02-2021, 09:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29