Həbsdəki sabiqlərin EV DUSTAQLIĞI TƏLƏBİ: - “Cəsarətləri, kişilikləri çatmır ki...”
“Əlillərin pulunu yeyib, sonra da utanmaz-utanmaz ev dustaqlığına buraxılmağı istəmək həyasızlıqdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında korrupsiya və rüşvət ittihamı ilə həbs edilmiş sabiq yüksək məmurların az qala hamısının barələrində verilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair müraciətlərinə, o cümlədən, onlardan bəzilərinin bu istəklərinin təmin edilməsinə münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
Tural Abbaslı bildirib ki, hakimiyyətin keçmiş məmurlara münasibətdə atdığı bu addımlar korrupsiyaya qarşı aparılan mübarizəyə etimadı azaldır:
“Vətəndaş görür ki, dünənə qədər televiziyalarda korrupsiyada ittiham etdikləri məmurun yaxasına bu gün medal asırlar. Bu, korrupsiyaya qarşı aparılan mübarizəyə etimadı azaltmaqla yanaşı, yürüdülən siyasi xətti də gözdən salır.
Son zamanlar təəssüflə müşahidə edirik ki, həbs olunan məmurların bir çoxu bu və ya digər səbəblərə görə ev dustaqlığına buraxılırlar. Hakimiyyət də buna müsbət yanaşır. Bir müddət sonra gizli şəkildə onlara bəraət də verilir. Bu isə cəmiyyətdə narazılıq yaradır, insanların ədalətə, qanuna olan hörmətini öldürür.
Eyni zamanda, bu məsələnin mənəvi tərəfi də var. İstənilən cinayətkar ürəyində hansı haqsızlıqları etdiyini, hansı qanunları pozduğunu gözəl bilir. Milyonlarla insanın çörəkpuluna əl uzadan, onları evsiz-eşiksiz qoyan bir keçmiş məmurun azacıq vicdan qırıntısı qalıbsa, o adam apellyasiya şikayəti verərək bəraət almağa cəhd göstərməz. Əksinə, günahlarını yumaq üçün haqlı cəzasını qəbullanar.
Görünən odur ki, məmurlarda nə vicdan var, nə də cəsarət… Həmin sabiq məmurlarda bədəl ödəməyin kişiliyi, cəsarəti yoxdur. Abırsızlıq, həyasızlıq, arsızlıq, vicdansızlıq var. Neqativ anlamda nə desək, var.
Səlim Müslümov da apellyasiya şikayəti vermişdi, onu buraxmadılar. Əlillərin, veteranların, imkansızların pulunu yeyib, sonra da utanmaz-utanmaz ev dustaqlığına buraxılmağı istəmək ən yaxşı halda abırsızlıqdır, həyasızlıqdır.
Ev dustaqlığına buraxılan sabiq məmurlar qonu-qonşunun, başqa insanların üzünə necə baxacaqlar? Onlar bu məsələləri düşünmürlər. Ancaq onlar düşünmürsə, bütün bunları onların əvəzinə düşünən strukturlar olmalıdır. Ədliyə Nazirliyi, istintaq orqanları, ədalət işləməlidir və ən sərt üzünü onlara göstərməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-02-2021, 17:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-02-2021, 17:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35