reklam
Regionxeberlericom.az » Sosial » "Azsığorta" 2 aydır zərərçəkmişin pulunu ödəmir - GİLEY

reklam

"Azsığorta" 2 aydır zərərçəkmişin pulunu ödəmir - GİLEY


"Azsığorta" ASC-dən şikayət var.

Valyuta.Az-ın verdiyi xəbərə görə, zərərçəkmiş sürücü, AZ-MEP Group LLC-nin təsisçisi, tanınmış iş adamı Çinarə Ağayevadır.

Ç.Ağayevanın sözlərinə görə, 08 dekabr 2020-ci il tarixdə baş vermiş qəzaya görə ona hələ də ödəniş verilməyib:

"Rəhbərlik etdiyim şirkətin balansında olan Toyota RAV4 markalı avtomobili idarə edərkən 90 PR 864 markalı avtobillə qəza törədildi. Dəhal hadisə yerinə ekspertlər gəldi, bütün lazımi prosedurlar həyata keçirildi. Bu müddət ərzində məndən tələb olunan bütün sənədləri verdim. Daha sonra DYP-dən müvafiq arayış tələb olundu. Onu da zamanında təqdim etdim. Sığorta əməkdaşları arayışda düzəlişlərə ehtiyac olduğunu dedilər. Qısa zamanda onu da hazır edib, təqdim etdim. 2 aydan çoxdur avtomobilsizəm, AZSIĞORTA əməkdaşları da bu gün, sabah həll olunur deyirlər. Ancaq 2 aydan artıq vaxt keçib, normal söz deyən yoxdur. Bu sadəcə özbaşınalıq və məsuliyyətsizlikdir.

Ora gedəndə gördüm ki, çoxsaylı sürücü də eyni problemlə qarşılaşıb. AZSIĞORTA-ya nəzarət edən qurumlar bunu görmürlər?”


Paylaş:


Müəllif : Tarix:
17-02-2021, 09:16
Sikayət   


loading...
Загрузка...