reklam
Regionxeberlericom.az » Sosial » AZAL şefi necə milyonları qazanır, AZAL-sa müflisləşir... - İDDİA

reklam

AZAL şefi necə milyonları qazanır, AZAL-sa müflisləşir... - İDDİA


Dünyada ən bahalı uçuşlar həyata keçirən AZAL xaricdən aldığı borclar bir kənara, dövlət büdcəsindən aldığı dotasiyalara rəğmən, yenə də ili zərərlə başa vurur. JAMAZ.İNFO xəbər verir ki, dövlət şirkətinin rəhbəri Cahangir Əsgərovun şəxsi biznesinə çevrilən AZAL, bu yaxınlarda dövlət başçısı tərəfindən tənqidə məruz da qalıb. Lakin nəticə dəyişməyib.

Qeyd edək ki, nə hikmətdirsə, şirkət zərərlə işlədikcə, Cahangir Əsgərovun sərvəti artır. Məsələn, Əəsgərovun bu yaxınlarda Batumi şəhərində dəyəri 31 milyon dollar olan otel kompleksi üzə çıxıb. Bundan başqa, Şərqi Avropa ölkələrində də şirkət rəhbərinin çoxlu sayda biznesinin olduğu artıq sənədlərlə sübut olunmaqdadır.

JAMAZ.İNFO xəbər verir ki, “Gənc İslahatçılar” Təşkilatının rəhbəri Fərid Şahbazlı AZAL-ın bahalı bilet satışını xalqın talanması adlandırıb. O özünün sosial şəbəkələrdəki hesabında bu barədə yazaraq bildirir ki, Bakı-İstanbul-Bakı reysləri üzrə təşkil olunan reyslərdə sərnişinlər talan edilir. “Bir müddətdir ki, Bakı-İstanbul-Bakı reysi üzrə mütəmadi uçuşlar həyata keçirilir. Pandemiya şəraitinə baxmayaraq kifayət qədər rentabelli, stabil uçuşlardır və heç birində sərnişin problemi yoxdur. Ancaq buna baxmayaraq, Cənab Prezidentin yerini göstərdiyi Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL hələ də biletlərin qiymətində dəyişiklik etmək istəmir. Pandemiyanın ilk günlərində olduğu kimi, biletlərin qiyməti 800 manatdan aşağı deyil”.

Şahbazlı deyir ki, yaranmış vəziyyətə görə, tələbələr ölkəyə qayıda bilmir, ailələr xəstələrini xaricə apara bilmir. “AZAL-ın bu qiymət siyasəti (?!) hansı məntiqə əsaslanır, deyə düşünsək, heç cür izah vermək mümkün olmur. Qısası, AZAL çarter reysi adı altında xalqı talayır”.

Xatırladaq ki, AZAL-ın bahalı uçuşlar təşkil etməsi məsələsindən şikayətçi olanların sayı çoxdur. Əksər, ictimai-siyasi fəallar, habelə jurnalist və digər peşələrin sahibləri də qiymətlərin belə baha olmasından narazılıq edirlər. Lakin bütün bunlara baxmayaraq, hələki tədbir görülmür.


Paylaş:


Müəllif : Tarix:
17-02-2021, 13:57
Sikayət   


loading...
Загрузка...