reklam
Regionxeberlericom.az » Sosial » Bina sakinləri kommunal xərclərin kavdrata görə bölünməsini doğru hesab etmir - GİLEY

reklam

Bina sakinləri kommunal xərclərin kavdrata görə bölünməsini doğru hesab etmir - GİLEY


Paytaxtda yaşayan bəzi vətəndaşlar kommunal xərclərlə bağlı “MediaPost”a şikayət ünvanlayıb.

Sakinlər kommunal ödənişlərin mənzillərin kvadratmetrinə görə müəyyənləşdirilməsini düzgün hesab etmədiklərini bildiriblər.

“Bizdə kommunal pul mənzilin hər kvadratmetrinə görə 35 qəpik müəyyən olunub. Burada göstərilən xidmətlərə mühafizə, lift, mənzillərə nasosla su vurmaq və zibil atmaq xərcləri daxildir.
Binamızda 14-cü mərtəbədə 3 mənzil var. Bu mənzillər 153, 178 və 202 kv/m-dir. Hər birinə də eyni xidmət göstərilir. 202 kv/m olan ev nə daha artıq mühafizə edilir, nə zibili digərlərindən daha çox olur, nə də suyu artıq istifadə edir. Bina dövlət balansında olsa da, MTK-nın xidmət adı altında camaatı talamağı doğru deyil” – şikayətdə qeyd edilib.

Məsələ ilə əlaqədar “MediaPost”a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, binanın kommunal xərclərinin az olması üçün bir yol var:

“Binalarda istər bir otaqlı olsun, istər 5 otaqlı kommunal xərclər kvadratına görə alınır. Həmin yığılan pul binanın qorunmasına və digər xidmətlərə xərclənir. Amma MTK binanı tikib təhvil verdisə, 2 ay ərzində binadan çıxmalıdır. Yəni binanın idarə olunması sakinlərin öhdəsinə verilməlidir. Sakinlər qeydiyyatdan keçirlər mənzil mülkiyyətində müştərək cəmiyyətlər qururlar. Bu qanunun tələbidir. Səs çoxluğu ilə ümumi toplantıda bina sakinlərindən 50 fazidən yuxarı səs çoxluğu ilə idarə qurulur. Sakinlər özləri müəyyən edirlər ki, bu binanın xərci nə qədərdir. Yəni sonra işıq, zibil, su pulu və s. xərcləri hesablayıb kvadrata bölüb qiymət çıxarırlar. Kimsə idarəetməni bacarırsa, bina sakinləri onu komendant təyin edir. Bu da xərclərin aşağı düşməsinə səbəb ola bilər. Amma əksər hallarda sakinlər özləri idarə etməyə götürdükləri binanı bacarmadıqları üçün təhvil verirlər. Ümumiyyətlə, dünyanın hər yerində binanın kommunal xərcləri mənzilin kvadratına görə hesablanır”


Paylaş:


Müəllif : Tarix:
18-02-2021, 12:31
Sikayət   


loading...
Загрузка...