Könüllü kimi müharibəyə gedib yaralanan Şahbala qazi statusu ala bilmir - GİLEY
Kürdəmir rayonu Atakişili kəndindən olan və Vətən Müharibəsində könüllü döyüşçü kimiş iştirak etmiş Şahbala Qasımov müharibənin bitməsinə 1 gün qalmış cəbhənin Xocavənd istiqamətində minaya düşüb.
Publika.az xəbər verir ki, yaralı əsgər yoldaşını çiyninə alıb xilas etməyə çalışan Şahbala düşmən minasına düşməsi nəticəsində ağır xəsarətlər alıb və bədəninə qəlpələr girib. Qubadlı, Zəngilan, Füzuli və Xocavənd istiqamətlərində döyüş yolu keçmiş Kürdəmir sakini müharibənin başa çatmasından 3 ay keçməsinə baxmayaraq qazilik statusu ala bilməyib: “Noyabrın 9-da yaralandıqdan sonra Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına yerləşdirildim, orada qəlpələrdən 1-ni çıxardılar. Lakin 2 qəlpə sinir sisteminə toxunduğu üçün çıxara bilmədilər”.
Şahbala Qasımov 5 dekabrda Müdafiə Nazirliyinin hospitalından evə buraxldıqdan sonra onda yaranmış psixi zədə ilə əlaqədar Kürdəmir rayonundakı Regional Psixi Dispanserdə müalicə edilib. 10 gün müddətində burada müalicə alan könüllü xəstəxanadakı ağır ab-hava ilə əlaqədar oranı tərk edib: “Dəfələrlə aidiyyatı qurumların yerli şöbələrinə gedib sənədlərimin verilməsini, mənə qazilik statusu verilməsini, maddi problemlərimin həllinə köməklik göstərilməsini xahiş etmişəm. Lakin hələ də mənə qaziliklə bağlı sənəd verilməyib. Hər dəfə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə getikdə daha 10-15 gün gözləməyimi deyib geri qaytarırlar”.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Kürəmir rayon İcra Hakimiyyəti Atakişili kənd İcra Nümayəndəliyinin rəhbəri Əfqan Həmidov bildirib ki, Şahbala Qasımovla bağlı bu günədək əllərindən gələni ediblər: “Bizim kənd müharibədə 4 şəhid verib ki, onların da hamısı hərbi xidmətdə olan şəxslər olub. Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin xətti ilə müharibə ilə əlaqədar xidmətə çağırılan 63 könüllümüzdən isə 60 nəfəri sağ-salamat evlərinə qayıdıb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq qazi olub. Onlardan da biri Şahbala Qasımovdur. Biz icra hakimiyyətinin nümayəndələri ilə onların evində olmuşuq, qayğıları ilə maraqlanmışıq, bu gün də onlara gedəcəyəm. Deyə bilərəm ki, Şahbala ilə bağlı bəzi videolarda onun bədəninin əsdiyi görünür. Lakin mən onu dəfələrlə görmüşəm və bədənində əsmə olmasını hiss etməmişəm. Həmçinin videoda kərpicdən tikilmiş kiçik tikili görünür. Əslində isə onların kifayət qədər böyük və şəraitli evləri var. Əlbəttə bütün şəhid və qazilərimiz ən yüksək formada qayğı ilə əhatə edilməlidir və dövlətimiz də buna çalışır. Artıq icra hakimiyyətində şəhid və qazilərlə bağlı yni şöbə də yaradılıb və ora müdir təyin edilən şəxs də müharibə iştirakçısıdır. Eyni zamanda dövlətimiz “YAŞAT” fondu kimi mötəbər və xeyirxah bir qurum yaradıb. Bütün qazilərimizin problemlərini, şəhid ailələrinin qayğılarını həll etmək üçün əlimizdən gələni edirik”.
“YAŞAT” fondundan Publika.az-a bildirilib ki, hər hansı hərbçinin və ya könüllünün əlillik məsələsi və ya sosial müdafiəsi ilə bağlı irəli gələn tədbirlər aidiyyatı dövlət qurumu tərəfindən nəzarətə götürülməli və həlli istiqamətində işlər görülməlidir: “Biz qazilik statusunun verilməsi ilə bağlı hər hansı addım ata bilmirik. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edilməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-02-2021, 14:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-02-2021, 14:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39