“Qarabağın qalan hissəsinin də Azərbaycana qaytarılması müzakirə olunur” – ŞOK İDDİA
Ağdərənin Matagis qəsəbəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (DNB) direktoru Armen Abazyan, “DQR”-nın lideri Araik Arutyunyan, Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov və Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Əli Nağıyev arasında görüş planlaşdırılır.
Ovqat.com xəbər verir ki, bu iddianı Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan irəli sürüb.
Ermənistanın Vatikandakı sabiq səfiri olan Minasyanın iddiasına görə, bu görüşdə Dağlıq Qarabağın qalan hissəsinin Azərbaycana təhvil verilməsi müzakirə olunacaq.
Planlaşdırılan görüşün mümkün nəticələrini "Ermənistan dövlətçiliyinin məhv edilməsi proqramı” kimi qiymətləndirən Minasyan bildirib ki, bu barədə razılaşma Azərbaycan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərinin Moskva görüşündə əldə olunub.
"Armen Abazyanın bu yaxınlarda Moskvaya səfəri zamanı razılığa gəldiyi gizli görüş yaxın günlərdə Mataqis yaxınlığındakı təmas xəttində baş tutacaq. Abazyan, Arutyunyan və Nağıyevin bu görüşdə guya "infrastruktur məsələləri"ni müzakirə etməyi planlaşdırırlar, əslində isə Arsaxın (Dağlıq Qarabağ) qalıqlarının Azərbaycana inteqrasiyası ilə bağlı addımlar atacaqlar", - deyə Minasyan yazır.
Minasyan iddia edir ki, Paşinyanın bu güzəştə getməyə hazır olması Türkiyə və Azərbaycanın ondan daha çox ərazilərə, güzəştlərə, zəmanətlərə nail olmaq istədiyini göstərir.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-02-2021, 10:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-02-2021, 10:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36