reklam
Regionxeberlericom.az » Sosial » Hökumətin “görünməz əl"i niyə işə düşmür? - Bazar “od tutub yanır”

reklam

Hökumətin “görünməz əl"i niyə işə düşmür? - Bazar “od tutub yanır”


Azərbaycanda son aylar ərzində vətəndaşları ən çox narahat edən məsələlərdən birincisi gündəlik istehlak məhsullarının sürətlə bahalaşmasıdır.

Əslində, bahalaşma bütün sahələrdə hiss olunmaqdadır. Qarşıdan bayramlar ayı olan martın gəldiyini nəzərə alsaq, çox yaxın zamanlarda bazarlarda daha acınacaqlı durumun yaranacağı gözləniləndir. Görünən isə odur ki, qiymət artımının qarşısının alınması üçün hər hansı tədbirlərin görülməsi nəzərdə tutulmur. Bunu dövlət qurumları təmsilçilərinin açıqlamalarından da aydın sezmək olur.

Xatırladaq ki, bir qədər əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli ərzaq məhsulları üzrə 57 adda, meyvə-tərəvəz məhsulları üzrə 58 adda, tikinti məhsulları üzrə 51 adda məhsulun monitorinqinin aparıldığını bildirərək əlavə edib:

"Ərzaq məhsullarının, tikinti məhsullarının qiymətləri tələb və təklif əsasında formalaşır, bu məhsulların qiymətlərini süni müdaxilə ilə tənzimlənməsi düzgün deyil”.

O, bahalaşmanı qlobal birjalardakı qiymət artımı ilə əlaqələndirib:

"Bu günədək qiymətlərin süni artırılması üzrə hansısa qanun pozuntusu aşkar etməmişik. Müəyyən kateqoriya məhsulların qiymətləri qlobal bazarlarda yüksəlməkdədir. Ölkəmizdə bu məhsulların böyük həcmdə istehsalı yoxdur. Məsələn, şəkər tozu, yağ məhsulları və s. Biz dünya birjalarını da izləyirik və görürük ki, böyük faizlər ilə qlobal birjalarda bahalaşmalar baş verir və bununla əlaqədar olaraq Azərbaycanda da qiymət artımları yaranır".

Xatırladaq ki, bazar iqtisadiyyatı sistemlərində süni qiymət artımı məfhumu demək olar ki, işlədilmir. Qiymətləri tələb və təklif tənzimləyir, dövlətin bazara müdaxiləsi isə yolverilməz hesab olunur. Bu baxımdan dövlət xidmətinin təmsilçisi haqlı olsa da, dövlətin bahalaşmanın qarşısını digər vasitələrlə - “görünməz əl” prinsipi ilə almaq kimi bir vəzifəsinin olduğunu da unudur.

İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bazarda qiymətlərin formalaşmasına fundamental faktorlarla yanaşı subyektiv faktorlar da təsir göstərir:

“Fundamental faktorlar istiqamətində ciddi nəticələrin əldə edilməsi o qədər də real görünmür. Amma faktiki olaraq hökumət istənilən halda qiymətlərin optimallaşdırılması siyasətini davam etdirilməlidir. Bunun üçün əlində kifayyət qədər əlində alətlər var”.

İqtisadçı bildirir ki, qiymət optimallaşdırılması iki istiqamətdə aparılmalıdır:

“Birinci, faktiki olaraq bazarda ədalətsiz qiymətlərin formalaşması istiqamətində müşahidə olunan inhisarçılıq və “kartel” sövdələşmələrinin qarşısını qanunvericiliyin tələblərinə uyğun olaraq almalıdır, bu istiqamətdə səy göstərməlidir. Amma təəssüf ki, biz Azərbaycanda 30 ildir ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirik. İlkin olaraq görüləcək işlərdən biri bundan ibarətdir. İkinci istiqamətdə fəaliyyət isə hökumətin əlində olan təşviq alətlərindən istifadə etmək olmalıdır. Burada vergi, rüsum kimi alətlər var. Hökumət müxtəlif təşviq mexanizmləri yarada bilər. Beləliklə də, bazarda həm iqtisadi fəaliyyət istiqamətinin özünün cəlbediciliyini, bu istiqamətdə sahibkar təşəbbüskeşliyini artırır. Dolayısı ilə bazarda oyunçularının sayı artır. Bütün bu alətlərdən bazarda normal rəqabətli mühitin formalaşması istiqamətində istifadə olunur. “Görünməz əl” prinsipi məhz bu mərhələdə prosesə daxil olur. Məhz bu rəqabətin özü qiymətlərin optimalaşdırılası və marjaların ağlabatan, qəbulolunan səviyyəyə qədər azalmasını şərtləndirir. Hökumət öz siyasətini məhz bu istiqamətdə, bu şəkildə qurmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
20-02-2021, 12:37
Sikayət   


loading...
Загрузка...