“İki gözündən də əlil olanın təzə gözlərimi bitəcək?!” - ETİRAZ
Tanınmış jurnalist Jalə Mütəllimova Feysbuk hesabında gözdən əlil vətəndaşa qarşı haqsızlıq barədə paylaşım edib. Onun sözlərinə görə, Cahid Bəşirov adlı gözdən əlil şəxsə sentyabr ayına ekspertiza təyin ediblər ki, pensiya ala bisin:
“Təbii ki, o çağacan bu yazıq adam pensiyasını ala bilməyəcək. Necə yaşamalıdır? Sonra da deyirlər vətəndaşın məmurları linçinə yol vermək olmaz. Bu dəlirmiş, aç, kor bədbəxt vətəndaşa bunu necə qadağan edək? Yalandan hesabat verirlər ki, iş sistemləşdirmişik. Ay elektron xidmət ordan gəldi, nə burdan getdi. A kişi, sisteminiz sistem olsaydı əlillərin sayı, kateqoriyası, dəyişməz əlillik tipləri haqda elektron kartatekanız, məlumat bazanız olardı. Və sənədin müddəti bitəndə, dəyişməz əlillik tipi olan pensiyaçı haqda avtomatik sistemdən məktub göndərilərdi aidiyyatı ünvana. İki gözündən də əlilə demək olmaz ki, gəl görüm təzə gözün bitib, ya yox? Ayıbdı, günahdı, a kişi. Qanunda boşluq var? Olar, istisna eləmirəm. Necə ki, şəxsi biznes maraqlarından qanunlara söz, bənd, cümlə əlavə etdirirsiniz eyy, ay sağ ol, bax bu dəyişməz əlillik dərəcəsi olanlara da onu edin. Yazıqdır bu insanlar. Bu qədər qarğışa, söyüşə dağ əriyərdi, siz əvəlallah şeytan ordusu kimi, dimdik dayanıbsınız. Heç sözüm yoxdur”.
Baş verənləri “Sherg.az”a şərh edən iqtisadçı Nazim Bəydəmirli bildirib ki, ölkəmizdəki tibbi komissiyaları sovet dövründəki təlimatlarla çalışırlar. Ekspert qeyd edib ki, müxtəlif səbəblərdən əlil olan vətəndaşlarımızın müəyyən hissəsi sonrada sağlamlığını bərpa edə bilərlər:
“İllər boyu bəzi məmurların maraqları təmin olunub, çoxlu sayda şəxs saxta yolla əlillik dərəcəsi qazanıb. Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qınamaq da düzgün deyil. Onlar saxta əlilliklə mübarizə aparırlar. Lakin bəzən haqsızlıqlar ola bilir. Gözü görməyən şəxsin yenidən gözü bərpa oluna bilməz. Hesab edirəm ki, dövlət vəsaitlərinə qənaət baxımında saxta əlillik müavinəti alanlar araşdırılıb, müəyyən olunmalıdır”.
N.Bəydəmirli vurğulayıb ki, bəzən sağlam insanlar müxtəlif yollarla saxta əlillik dərəcəsi əldə edirlər:
“Müxtəlif həbslər olsa da, bu sahədə korrupsiya davam edir. Fikrimcə, vətəndaşların qanunsuz yollarla saxta əllilik vəsaiti alma səbəbləri aradan qaldırılmalıdır. Qanunu pozan məmur müxtəlif yollarla insanlara əlillik verib rüşvət alır. Rayon yerlərində bu işlərə kənd icmaları nəzarət etməlidir. Həqiqətən də əlil olan şəxslərə müavinət verilməlidir”.
İqtisadçının sözlərinə görə, əlil olan şəxslər illərlə müvafiq qurumlarda “sürünürlər”:
“İnsanları saxta əlillik dərəcəsinə sürükləyən obyektiv səbəblər aradan qaldırılmalıdır. Vətəndaşlar niyə saxta müavinət arxasınca gedib rüşvət verirlər? Deməli, dövlətin sosial layihələri işləmir. Ölkədə özünüməşğulluq proqramı tətbiq edilməlidir. Çoxlu sayda vətəndaş borc tapıb, kredit götürüb rüşvət verərək saxta əlillik alır. Aldıqları müavinəti də maaş kimi görürlər. Maarifləndirmə yolu ilə bu problemləri aradan qaldırmaq lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-02-2021, 13:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-02-2021, 13:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35