İrandan növbəti erməni CANFƏŞANLIĞI... - “Qarabağda ermənilərin təhlükəsizliyi təmin edilməlidir”
İran Elmi Hövzələri İdarəetmə Mərkəzi tərəfindən təşkil edilən ilk "Beynəlxalq 17 Rəbiul-əvvəl Qarabağ Konfransı" 1 may 2021-ci il tarixində Qum şəhərində keçiriləcək.
Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, konfransda İranın Ali rəhbəri Ayətullah Seyyid Əli Xameneinin 3 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ böhranı ilə əlaqədar çıxışı dəyərləndiriləcək.
Məlumata görə, tədbirdə İran, Azərbaycan və Qafqazdan aparıcı İslam alimləri iştirak edəcəklər və "Azərbaycan torpaqları azad edilməlidir", "Qarabağ ərazilərindəki ermənilərin təhlükəsizliyi təmin edilməlidir", "İki tərəf beynəlxalq sərhədləri pozmamalıdır", "Terroristlər İran sərhədlərinə yaxınlaşsa kəskin cavab verəcəyik" mövzu başlıqları müzakirə ediləcək.
Maraqlıdır ki, sözdə guya şiə dünyasının ən böyük dini-elmi mərkəzlərindən sayılan Qumda keçirilməsi planlaşdırılan konfransda ilk baxışda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müdafiə olunur. Tədbirdə müzakirə olunacaq məsələlərin başlıqları isə 2-1 hesabı ilə ermənilərin xeyrinə göstərilir.
Ermənilərin xeyrinə olan müzakirə mövzularından biri Qarabağda ermənilərinin təhlükəsizliyi ilə bağlıdır. Nədənsə Azərbaycanın ərazisində erməni canıyananlığından çıxış edən İran unudur ki, bu gün Ermənistan ərazisində bir azərbaycanlıya da rast gəlmək mümkün deyil. Rusiyanın 200 illik imperialist siyasəti nəticəsində Azərbaycan türkləri öz əzəli torpaqlarından kütləvi şəkildə sürgün edilib və yerlərinə ermənilər doldurulub. Təkcə ötən əsrdə 4 dəfə böyük departasiya hadisəsi yaşanıb, dədə-baba yurdlarımız erməniləşdirilib. İlk dəfə 1905-1910-cu illərdə yürüdülən bu siyasət, daha sonra 1918-1920-ci illərdə daha geniş vüsət alıb. Üçüncü böyük deportasiya hadisəsi 1948-1953-ci illərdə, sonuncusu isə 1988-1992-ci illərdə baş verib. Bu sürgünlər zamanı Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilib, onminlərlə evlər dağıdılıb, yandırılıb, qoca, uşaq və qadınlar da daxil olmaqla, 140 mindən çox insan vəhşicəsinə qətlə yetirilib, 1 milyona yaxın azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Bundan başqa, ermənilər Qərbi Azərbaycandan müsəlman izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın ediblər.
İran isə bu müddət ərzində bir dəfə də olsun, səsini çıxarıb ermənilərə və ruslara “gözün üstə qaşın var”, - deməyib. İndisə Azərbaycanın hətta beynəlxalq arenada tanınan ərazilərində öz suveren haqlarını bərpa etmək şansı yarananda yenə İranı ərazilərimizə “sülhməramlı qoşunlarını” göndərərək Qarabağ probleminin həllinə mane olan Rusiyanın və müsəlman qanına susamış ermənilərin yanında görürük.
Üstəlik, İran Elmi Hövzələri İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfrans Xocalı soyqırımının ildönümü ərəfəsinə düşür və tədbirdə müsəlmanların qanını içən “ermənilərin təhlükəsizliyinin təmin olunması” tələb edilməsi nəzərdə tutulur. Halbuki Rəbiül-əvvəl ayının 17-ci günü İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud günüdür. İranın din xadimləri müsəlman Azərbaycan xalqına hörmət etmirlərsə, etməsinlər, heç olmasa İslam peyğəmbərinə və şiə məzhəbinin əsasını qoyan İmam Cəfər Sadiqin əziz ruhuna sayqı duysunlar. O kəslərə ki, “Çində bir müsəlmanın ayağına tikan batsa, mənim ürəyimə qılınc sancılır” deyərək İslam həmrəyliyini təbliğ edirdilər.
Konfransın müzakirə mövzularından digəri birbaşa ermənilərlə bağlı olmasa belə, hər halda onların əsassız iddialarını təsdiqləmək məqsədi güdür. Məlum olduğu kimi, 44 günlük savaş boyunca ermənilər daş atıb başlarını tuturdular ki, guya, Azərbaycan Suriyadan, Yaxın Şərqdən muzdlu terrorçular gətirib Qarabağda savaşdırır. Halbuki, Azərbaycan əsgərinin bu müharibəni ən müasir silahlarla, texnikalarla apardığını ermənilərin özləri belə etiraf edirlər. Ordumuzun hansısa terrorçunun bacara bilməyəcəyi, yalnız hərbi mütəxəssislər tərəfindən aparılan bu müharibənin metodları dünyanın ən qüdrətli hərbi strukturları tərəfindən öyrənilir. Belə mübarizəni terrorçuların ayağına yazmaq Azərbaycan ordusunun ortaya qoyduğu dəyanəti xor görməklə yanaşı, müasir hərbi texnologiyalardan başı çıxmamağın göstəricisidir. Ya da sadəcə qısqanclıq hissindən qaynaqlanır.
Sirr deyil ki, İran da Azərbaycan ordusunun 44 günlük müharibədə dosta-düşmənə verdiyi dərsdən nəticə çıxarmış və Rusiyadan sifariş etdiyi bir çox silahları almaqdan boyun qaçırmışdı. Məhz bu səbəbdən İranın ermənilər tərəfindən irəli sürülən “muzdlu terrorçular” versiyasına inandığının düşünmürəm. Belə çıxır ki, Tehranın yeganə məqsədi Azərbaycan ordusunun uğurlarını ört-basdır etməkdir. Bu da məsələyə qısqanc yanaşmanın əlaməti və Dağlıq Qarabağ uğrunda aparılan son döyüşlərdə şəhadət şərbəti içən 3 min əsgərimizin fədakarlığına, qəhrəmanlığına kölgə salmaq kimi qiymətləndirilə bilər.
Digər tərəfdən “Terroristlər İran sərhədlərinə yaxınlaşsa kəskin cavab verəcəyik" sözləriylə Qum müctehidləri nə demək istəyirlər? Onlar anlamalıdırlar ki, sərhəd deyiləndə iki dövlət arasındakı birinin ərazilərinin bitib digərinin torpaqlarının və bu torpaqlar üzərindəki suverenlik haqlarının başladığı yer nəzərdə tutulur və bu məkanda terrorçular yox, sərhədçilər dayanırlar.
Üstəlik, sərhədlərin mühafizəsi Qum ayətullahları tərəfindən yox, beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq hüquqa əsasən isə, İranın sərhəddə açdığı mərmi ən uzağı Arazın ortasına qədər gələ bilər. Arazın ortasında havada donub qalmasa, bu, sərhədlərin pozulması anlamına gələr və savaş səbəbi sayılar. Ayətullahlar da gərək bu məqama diqqət yetirə və atəş açmamışdan əvvəl mərmilərə harda dayanmasına qərar verəcəyini anlaması üçün ağıl duası yaza, onların üzünə üfləyə. Əks halda, İran sərbazlarının da adekvat cavab almaları qaçılmaz ola bilər. Baxmayaraq ki, Azərbaycan dövləti bunu arzulamır və Qum müctehidlərindən fərqli olaraq İranla sərhədə “dostluq və qardaşlıq tellərinin qovşağı” kimi baxır. Amma qardaş ərköyünlüyünə dözəcək qədər çarəsiz və “üzüyola” də deyil.
Ən əsası isə, Qarabağ Azərbaycan ərazisidir və bu torpaqda yaşayan hər bir vətəndaşın təhlükəsizliyini qorumaq ölkəmizin 1 nömrəli vəzifəsidir. Hər bir müstəqil dövlət kimi Azərbaycan da öz hüquq və vəzifələrinin xaricilər tərəfindən yada salınmasını daxili işlərə qarışmaq kimi qiymətləndirməli və buna təşəbbüs edənlərə “evin şüşədənsə qonşunun dəmir qapısına daş atma” aforizmini xatırlatmalıdır. Xüsusilə daş atan əgər İrandırsa... Zira bu ölkədəki 40 milyon türkdən fərqli olaraq, bir ovuc Qarabağ ermənisinin öz dilində yazıb oxumaq hüququ hər zaman olub, bu gün də var, özlərini bu ölkənin vətəndaşları (klassik təbirlə desək adam) kimi apara bilsələr, sabah da olacaq. Hesab edirəm ki, Azərbaycan XİN bu mesajı açıq şəkildə İranın diqqətinə çatdırmalı və Qumda keçirilməsi planlaşdırılan konfransın dərhal dayandırılmasını tələb etməlidir.
Yeri gəlmişkən, bizim anlamadığımız ən maraqlı xüsus erməni “canıyananlığı”na xidmət edən bu konfransda Azərbaycanın din alimlərindən kimin iştiraka hazırlaşması ilə əlaqədardır. Qafqaz Müsəlmanları İdarəsi zəhmət çəkib bu suala da aydınlıq gətirməlidir. Dövlətin müvafiq qurumları Şeyxülislam həzrətlərinə başa salmalıdır ki, Azərbaycan onun üçün Çexiyadakı müəssisələri deyil, istədiyi kimi hərəkət edə. Burası yeni müstəqillik qazanmasına baxmayaraq, minillik dövlətçilik ənənəsinə və şüuruna malik ölkədir və din xadimlərimiz də bu şüurla hərəkət etməyi bacarmalıdırlar.
Xatırladaq ki, Qumda keçiriləcəyi planlaşdırılan konfrans İran dini lideri Ayətullah Seyyid Əli Xameneinin 3 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ böhranı ilə əlaqədar çıxışının tezislərinə həsr olunur. Müharibənin bitməsinə bir neçə gün qalmış dini lider tərəfindən dilə gətirilən bu tezislər “toydan sonra çalınan nağara” səsinə bənzəyirdi və problemin mahiyyətinə zidd xaric səslərlə dolu idi. Qum müctehidləri bu gecikmiş “nağara səsini” unutdurmaq əvəzinə, yenidən yada salmaqla Xamenei həzrətlərinə nəinki düzgün xidmət göstərmirlər, əksinə, onun öz ölkəsinin sərhədlərində baş verən hadisələri vaxtında qiymətləndirəcək qədər uzaqgörən olmadığını bir daha təsdiqləməyə çalışırlar. Biz hələ müsəlman dini liderin öz dindaşlarının əvəzinə təcavüzkar erməniləri dəstəkləməsindən danışmır və Maidə surəsinin 51-ci ayəsini onun yadına salmırıq: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”
Heydər Oğuz,
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2021, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-02-2021, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09