Dövlət sifarişlə oxutduğu şəxslərdən niyə yenidən imtahan götürür? - 197 nəfər müəllim ola bilmədi
Xəbər verildiyi kimi, fevralın 5-dən 18-dək müəllimlərin işə qəbulu (MİQ) üzrə onlayn müsahibələrdə iştirak edən 2912 namizəddən 2715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.
Qeyd edək ki, Azərbaycanda pedoqoji ixtisaslar üzrə təhsil alanlar arasında işlə təminat məsələsində problem yaşayanların sayı çoxdur.
Müəlimlərin işə qəbulu imtahanları isə həm ali məktəbi yenicə bitirmiş məzunlar, həm də əmək fəaliyyətinə başlamaq istəyən digər pedoqoji ixtisasa sahib olan şəxslər üçün əlavə yükə çevirilir.
Son illərdə dəfələrlə müzakirə mövzusuna çevirilən suallardan biri də budur, ali məktəbi bitirən şəxs niyə yenidən imtahan verməlidir? Nəzərə alanda ki, bu məzunların bir qismi universitetləri dövlət sifarişi əsasında olan ixtisaslar üzrə bitiriblər, onda MİQ imtahanlarının keçirilməsi bir qədər də məntiqsiz görünür. Ortaya çıxan nəticə isə dövlətin öz təhsil sisteminin verdiyi bilik və bacarıqlara güvənməməsidir.
Təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun olaraq, dövlət əmək bazarının sifarişlərinə əsasən, ali məktəblərə sifariş verir və kadrları işlə təmin edir:
“Bizdə isə fərqi yoxdur ki, dövlət sifarişi ilə təhsil alıb ya yox, istənilən məzun işə qəbul imtahanı verir. Çünki dövlət sifarişilə təhsil alan və almayan eyni qrupda, eyni proqramla təhsil alır. Nəticə etibarı ilə kadrın keyfiyyəti də eyni olur. Kadr hazırlığı ilə məşğul olan bütün ali və orta ixtisas təhsil müəssisələri hazırkı ümumi təhsilin dövlət standartlarını həyata keçirə biləcək kadr hazırlaya bilmirlər. Məhz buna görə də müəllimlərin işə qəbulu imthanları keçirilir”.
Hazırda müəllimlərin işə qəbulu imthanlarının kifayyət qədər şəffaf olduğunu deyən təhsil eksperti qeyd edir ki, imtahanlarda uğurlu nəticə əldə edənlərin neçə nəfər olması və onların arasıda neçəsinin MİQ hazırlıq kurslarına getməyərək uğur əldə etməsi indiki durumun göstəricisidir:
“Birmənalı şəkildə Azərbaycanda ali təhsil çox bərbad vəziyyətdədir və bütün sahələrdə olduğu kimi pedaqoji sahədə də ən azı dövlət standartlarını yerinə yetirə biləcək kadr hazırlığı yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2021, 15:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-02-2021, 15:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti