reklam
Regionxeberlericom.az » Sosial » “Nə Kəmaləddin Heydərov Hacı Zeynalabidin olasıdır, nə də ki Cahangir Əsgərov”... – İLGİNC AÇIQLAMA

reklam

“Nə Kəmaləddin Heydərov Hacı Zeynalabidin olasıdır, nə də ki Cahangir Əsgərov”... – İLGİNC AÇIQLAMA


“Bir kafedə yemək yeyirdik. Biz yeməyimizin təqribən yarısını yedik. Digər yarısı hər halda atıldı. Halbuki xüsusilə regionlarda çox pis dolanan ailələr, dul qalan və uşaqlara baxan qadınlar var. Bunlardan xəbərimiz olmur, rahat həyatımızı yaşayırıq. Bütün bu məsələləri təkcə dövlət həll etməlidir?. Məncə yox”.

KONKRET.az xəbər verir ki, bu fikirləri hüquqşünas Fərhad Mehdiyev səsləndirib. O bildirib ki, bunun üçün xeyriyyə təşkilatları olmalıdır: “Amerikada kilsələrdə gündə bir dəfə yemək verilir. Küçədə qalanlar ən azı gündə bir dəfə yemək yeyəcəklərini bilirlər. Əslində cəmiyyətimizin güclü xeyriyyəçilik ruhu və potensialı var. Onu dağıdan korrupsiyanın səbəb olduğu kütləvi inamsızlıq şəraitidir. Dürüst və namuslu, fədakar şəxslərdən ibarət olan bir könüllülər kommandası olsa idi, o zaman onlar da insanlardan ianələr qəbul edərək, müəyyən kateqoriyaya yardımı çatdırardı”.

Fərhad Mehdiyevin sözlərinə görə, yaxın günlərdə xanımlar bayramı olacaq: “8 martda pullar bahalı hədiyyələrə, 5 gün sonra zibilə atılacaq bahalı çiçək buketlərinə gedəcək. Halbuki o pullarla neçə yetimin üzünü güldürmək, xəstələrə dərman almaq mümkün olardı. Nə Kəmaləddin Heydərov Hacı Zeynalabidin Tağıyev olasıdır, nə də ki Cahangir Əsgərov. Vallah bu iş sıradan vətəndaşlarımızın boynundadır. Hər kəs ətrafında bu ənənəni davam etdirərsə, o zaman az da olsa yaraları sarıb, qaranlıqları aydınlığa çıxararıq”.


Paylaş:


Müəllif : Tarix:
3-03-2021, 14:11
Sikayət   


loading...
Загрузка...