İstiqlalçı deputatlara təqaüd verilmir: - “Səfa Mirzəyev “5-ci kolon”un tapşırığını...”
Vaxtilə parlamentdə mandat qazanan sabiq deputatlar millət vəkilliyi səlahiyyətlərini itirsələr də, qanunvericiliyə uyğun olaraq dövlətdən müavinət almalıdırlar. Lakin prosesin normal qaydada icra olunmadığına dair iddialar var. Keçmiş parlament üzvləri arasında xüsusilə istiqlalçı deputatlar müvafiq qaydada pensiya ilə təmin olunmurlar. Bununla bağlı müvafiq siyahı da mövcuddur.
Həmin siyahıda adı olan istiqlalçı millət vəkili, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev baş verənlərin hansı səbəbdən qaynaqlandığına dair fikirlərini “Sherg.az”la bölüşüb. Onun sözlərinə görə, Azərbaycanda Rusiyanın “5-ci kolonu”nun ən məşhur adamlarından biri sabiq deputatların maaş almasını istəmir:
“Həmin şəxslərin adını sənəd və sübutla yaxın zamanda açıqlayacam. Hələlik gözləyirəm ki, bəlkə, cənab Prezidentə düzgün məlumat verən olar. Dəqiq bilirəm ki, ölkə başçısının bu olanlardan məlumatı yoxdur. Faciə ondan ibarətdir ki, Milli Məclisdə müstəqilliyin əleyhinə səs verən keçmiş deputatlara və dünyasını dəyişənlərə bu gün də maaş verilir. Lakin pensiya alası olan 3 nəfər sabiq deputatın adını siyahıdan çıxarıblar. Əslində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirini bu olanlarda günahlandırmıram. Çünki Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin 2000-ci ildə bir məktubu var. Bilmirəm ki, bu şəxs hansı konstitusiya üzrə mütəxəssisdir? 1991-ci il 30 oktyabrda “Konstitusiya qanunu” qəbulu olunub. Ali Sovet öz səlahiyyətlərini keçid dövrü üçün Milli Məclisə verib. 1995-ci ildə qəbul olunmuş konstitusiyanın 159-cu maddəsində də var ki, keçid dövrü hələ davam edir. Problemimiz odur ki, Rusiya bizi cəzalandırmaq istəyir, bunu Azərbaycandakı adamlarının “əli” ilə edir. Çünki Putin hakimiyyətə gələn kimi SSRİ-nin dağılmasını bir cinayət hesab etdi və bildirdi ki, SSRİ-nin dağılmasına səs verənlər “cinayətkardır”. Bizdən bu səsvermənin heyfini çıxırlar.
Konstitusiya aktını hazırlayan professor Hacıbaba Əzimova, Baş nazirin müavini, sabiq təhsil naziri, ölkəmizə testi gətirən, qədim türk tarixini yazan Firudin Cəlilova, bir də mənə təqaüd verilmir. 3 nəfər elmlər doktoru pensiyanı ala bilmir. Bütün bunlar azmış kimi Səfa Mirzəyevin qardaşının Ali Məhkəmənin kollegiya sədri olmasına dair qərar çıxarılıb. Bütün bunlar absurddur”.
C.Nuriyev qeyd edib ki, Səfa Mirzəyev guya konstitusiya üzrə mütəxəssisdir, lakin qardaşının “əli” ilə Rusiyanın tapşırığını birmənalı şəkildə yerinə yetirir:
“Onlar Azərbaycan dövlətinin qeyri-legitim olduğunu gündəmə gətirirlər. Dərdləri budur ki, qeyd etdiyim 3 şəxsə pensiya verilməsin. Məqsədləri odur ki, Prezidentin əleyhinə gedək və onların tapşırığını yerinə yetirək ki, məsələ həllini tapsın. Ona görə də bu olanlarda Dövlət Sosial Müdafiə Fondunu günahlandırmıram. Kimlər ki, Səfa Mirzəyevin yaxın adamlarıdır, onlar parlamentin keçmiş üzvü kimi pensiyalarını alırlar. Ayıbdır! Bir dövlətin 3 istiqlalçı deputatına pensiya verməmək və onu Milli Məclisin üzvü kimi tanımamaq özbaşınalıqdır. Bu, o deməkdir ki, Səfa Mirzəyevdən həm Ədliyyə naziri, həm Ali Məhkəmənin sədri, həm də digər hüquq mühafizə orqanları qorxur. Adam özünü qanunverici orqanların rəhbəri kimi aparır. Yaxın zamanda başqa adları da açıqlayacağam. Bu zaman bəlli olacaq ki, Azərbaycan dövlətinin altına siyasi “bomba”nı qoyanlar kimlərdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-03-2021, 17:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-03-2021, 17:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Dünən, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Dünən, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Dünən, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18-11-2024, 14:55
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
18-11-2024, 12:32