Qəbiristanlıq satılıb, qəbirlərin üstündə ev tikintisinə hazırlıq gedir - Balaxanıda özbaşınalıq
Bakının Balaxanı qəsəbəsindəki qəbiristanlığın bir tərəfində anım mərasimi keçirilir, qadınlar ağlayır, digər tərəfdə isə köhnə qəbirlərin üstünü örtüb, hasara alırlar.
Ərazidə ev tikintisinə hazırlıq gedir. Bunu kimlərin etdiyini isə bilən yoxdur. Balaxanı qəsəbəsinin axundu Hacı Bəxtiyar Əliyarlı Musavat.com-a deyib ki, baş verənlərlə bağlı qəsəbə icra nümayəndəliyinə, bələdiyyəyə məlumat veriblər:
“Bu ərazini hasara alanlar burada dəfn olunan insanların ruhuna, bizlərə qarşı hörmətsizlik, sayğısızlıq edir. Ərazini ötən il hasarlamışdılar, kənd sakinləri müraciət etdi, hasarı sökdülər. Bu il isə yenidən tikinti işləri davam etdirilib. Hasara alınmış bu ərazidə torpağın altında qəbirlər var. Buradakı başdaşılarını söküblər, ərazini hasarlayıblar.Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə müraciət edirik ki, bu özbaşınalığa, bu qanunsuzluğa son qoysunlar. Bu qanunsuzluqla bağlı tezliklə bir ölçü götürmələrini istəyirik”.
Bu ərazidə baş verən qanunsuzluqlardan Balaxanı sakinləri də narazıdır. Deyirlər ki, 2 il əvvəl qəsəbə ərazisindəki xristian qəbiristanlığının ərazisi də bu şəkildə zəbt olunub. Gecə ilə qəbirüstü daşlar sökülüb, ərazi hasarlanıb. O dövrdə məsələyə Azərbaycandakı rus səfirliyi qarışıb və barbarlıq dayandırılıb.
Sakinlər deyir ki, qəbiristanlıq əraziləri bu şəkildə zəbt olunur, qəbirlərin üstündə evlər tikilir və sonradan ərazi satılır. Belə yerlərə müştəri düşənlər torpağın, evin altında qəbirlərin olduğunu bilmədiklərindən rahat şəkildə qəbiristanlıqda yaşamağa başlayırlar. Günlərin birində həyətlərində hər hansı bir qazıntı işi görəndə isə yerin altından çıxan insan sümüklərinin qalıqları ilə üz-üzə qalırlar.
Mövzuya qayıdacağıq.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:5-03-2021, 14:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-03-2021, 14:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
Dünən, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Dünən, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Dünən, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Dünən, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18-11-2024, 14:55
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
18-11-2024, 12:32