“Bu, bütün postsovet məkanının Rusiya ilə bağlı seçim etməsinə də səbəb olacaq” - Ukraynada NƏ BAŞ VERİR?
Ukrayna ərazisində mövcud separatçıların yenidən baş qaldırması postsovet məkanının daha bir ölkəsində gərginliyin artmasına səbəb olub. “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçıların martın 7-də Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurması barədə xəbər dünyanın diqqətini bu ölkəyə yönəldib.
“DXR” rəhbərliyi bildirib ki, dəfələrlə xəbərdarlıqlara baxmayaraq, ATƏT müşahidəçiləri Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər. Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya mənbələri xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib. Hətta “DXR”in “informasiya nazirinin birinci müavini” teleqram kanallarının birinə açıqlamasında Ukrayna ordusu və prezident Vladimir Zelenski haqda aşağılayıcı tonda danışaraq “əsas odur ki, dayanmayaq. Zelinin (Ukrayna prezidenti Zelenskini nəzərdə tutur-red.) Napoleonsayağı xoruz papağını əbədi olaraq göyə uçuraq”,- deyə iddia edib.
Azərbaycan müxalifəti tərəfindən hər zaman Ukraynada baş verən hadisələr diqqət mərkəzində saxlanılır, maraqla izlənilir. Hətta müxalifət nümayəndələri vaxtilə Ukraynaya gedib, mitinqlərdə də iştirak ediblər.
Virtualaz.org saytı xarici KİV-ə istinadən məlumat yayıb ki, Ukrayna ordusunun təmas xəttinə ağır silahlar və hərbi birləşmələr cəmləşdirdiyi haqda faktlar var, hücum əməliyyatının yaz aylarında başlayacağı deyilir. Separatçıları təşvişə salan həm də budur ki, Ukrayna ordusu da Qarabağda döyüş əməliyyatlarının gedişinə ciddi təsir edən “Bayraqdar TB2" döyüş pilotsuz təyyarələri ilə silahlanıb.
Hərbi ekspert Aleksey Leonkov hesab edir ki, Ukrayna Silahlı Qüvvələri hücuma ciddi hazırlaşıb və Donbas separatçılarının (“DNR” və “LNR”) Qarabağdan fərqli olaraq 44 gün müqavimət göstərmək imkanı olmayacaq.
Ekspert rusdilli KİV-lərə açıqlamasında bildirib ki, Ukrayna ordusunun hücum potensialı yüksək səviyyədədir. Çünki son illərdə ABŞ və NATO-nun rəhbərliyi altında ciddi hazırlıq keçib. Vaşinqton Ukrayna ordusunun 4 briqadasının təlim-döyüş hazırlığına və təchizatına 250 milyon dollar sərf edib. Habelə pilotsuz döyüş təyyarələri ilə silahlanıb.
Bəs indiki durumla bağlı ölkə müxalifətinin nümayəndələri hansı fikirdədir?
“Yeni Müsavat”a danışan Ağ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Azərbaycanda siyasi münasibətlər normal səviyyədə inkişaf etmədiyi üçün cəmiyyət digər ölkələrdə baş verənlərə daha çox diqqət ayırır:
“Müxtəlif dönəmlərdə bu, Türkiyə, Ukrayna, Gürcüstan, hətta Suriya, Liviya məsələlərində də müşahidə edilib. Siyasi partiyalar da bu prosesə bir zamanlar qoşulmuşdular. Çünki partiyalara elə gəlirdi ki, həmin ölkələrdə baş verən hadisələr domino effekti ilə nə zamansa Azərbaycana da təsir edəcək. Ona görə də sanki mədəd umurdular. Bu, 2005-ci illərdəki ”Narıncı inqilab"lardan başladı və digərlərində də davam etdi. Düşünürəm ki, Qarabağ müharibəsindən əvvəlki və sonrakı dönəm Azərbaycanın siyasi partiyalarında bir qədər özgüvən yaratdı. Azərbaycan hökuməti də başa düşdü ki, artıq öz siyasi həqiqətlərini formalaşdırmalı, digər ölkələrdə baş verən siyasi proseslərin Azərbaycana təsirləri nə qədər az olarsa, o qədər də yaxşı nəticələnər. Bunu həm müxalifət, həm də iqtidar anladı. Ona görə də daxili siyasətə daha çox diqqət ayrılır. Cəmiyyətimiz də nisbətən daxili auditoriyaya köklənib. Partiya sədri kimi dünyada baş verən hadisələri necə izləyirəmsə, eləcə də Ukraynada, Gürcüstanda və digər ölkələrdəki prosesləri izləyirəm. Ancaq oradakı hadisələrin Azərbaycana təsirləri ilə bağlı ümidlər bəsləyib, analizlər aparmıram. Ukraynada baş verənləri onların daxili işi hesab edirəm. Təbii ki, dünya çox qloballaşıb və hadisələr bir-birindən asılıdır. Ölkələrin daxilində baş verən proseslər digərlərinə təsirsiz ötüşmür. Lakin bu, o demək deyil ki, biz daxili unudub, xaricdəki hadisələrə köklənməliyik. Nisbətən Ermənistandakı prosesləri izləyirik. Bu da bizim təhlükəsizliyimizlə bağlı olduğu üçün belədir. Digər siyasi partiyalarımıza, cəmiyyətimizə tövsiyəmiz odur ki, daxildəki proseslərə köklənsinlər".
Real Partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, Ukraynada gedən proseslər postsovet məkanına həmişə təsir göstərib:
“İndi də müəyyən proseslərin başladığını görürük. Ən azından Zelenski növbəti dəfə seçilmək istəyirsə, verdiyi sözlərdən bəzilərini tutması lazımdır. Onlardan biri də Donbasla bağlı məsələnin həllidir. Əgər belə olmasa, növbəti seçkilərdə Zelenskinin uğur qazanma şansı sıfıra yaxındır. Çünki belə olarsa, mühafizəkar kəsim ona səs verməyəcək. Eyni zamanda müxtəlif problemlərin həllindən Rusiyanın çəkilməsi prosesini də nəzərə alsaq, Ukraynada maraqlı və isti hadisələrin olması gözlənilir. Ümid edirəm ki, çox böyük fəlakətlər, insan itkilərinə yol açacaq hadisələr baş verməyəcək. Təəssüf ki, Rusiyanın məhz Donbasda tutumu və bununla bağlı apardığı siyasət həmin bölgənin yaxın gələcəkdə qaynar bir bölgəyə çevrilməsi ehtimalını da yaradır. Ukraynada hadisələr qızışarsa, bu, bütün postsovet məkanının Rusiya ilə bağlı seçim etməsinə də səbəb olacaq. Bunun da Azərbaycana təsir etməsi ehtimalı var”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2021, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2021, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45