Sabah yenə qaz olmayacaq? - "Azəriqaz" ümidvar edir ki...
Sabah Bakıda hava şəraiti kəskin dəyişəcək, çovğun olacaq. Belə hava şəraitində əhalinin qazla təminatı necə olacaq?
“Azəriqaz” İstehsalat Birliyindən Cebhe.info-ya verilən məlumatda bildirilir ki, martın 12-də növbəlilik tətbiq edilməklə xidmət sahəsinə əlavə işçi qüvvəsi cəlb olunacaq.
Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda martın 12-dən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, güclü küləyin əsəcəyi barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatı əsas tutularaq qaz təchizatında problemlərin yaşanmaması üçün müvafiq tədbirlərə başlanılıb:
"Belə ki, Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın tələbata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə, ən qısa zamanda aradan qaldırılacaq. Müvafiq strukturlar üzrə əlavə işçi qüvvələrinin də xidmətə cəlb edilməsi gözlənilir".
Qurum abonentlərin nəzərinə çatdırıb ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı “WhatsApp” nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2021, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2021, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 11:20
Sabunçuda sakinlərin öz hesablarına təmir etdikləri yolu SOCAR bərbad hala saldı - ETİRAZ / FOTOLAR
Bu gün, 08:32
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
Dünən, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Dünən, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Dünən, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Dünən, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18-11-2024, 14:55