reklam
Regionxeberlericom.az » Sosial » “Azərbaycandakı təhlükəli qüvvələr ölkənin müstəqilliyinə qəsd etmək istəyir” - ŞOK İDDİA

reklam

“Azərbaycandakı təhlükəli qüvvələr ölkənin müstəqilliyinə qəsd etmək istəyir” - ŞOK İDDİA


“Beşinci kolon” çox təhlükəlidir. Rusiya güclü görünən kimi onların səsi çıxır. Fikrimcə, bu kolonun nümayəndələri müxtəlif qatlardadır. Vəzifədə olanları da, olmayanları da var. Vəzifədə olanlardan pul alaraq sosial şəbəkələrdə Azərbaycanı, onun dəyər və şəxsiyyətlərini aşağılayanlar da mövcuddur. Sözsüz ki, əskiklik kompleksi yaratmaq niyyətində olanlar da var”.

Bu sözləri Reyting.az-a tanınmış jurnalist, professor Qulu Məhərrəmli Azərbaycanda “Beşinci kolon”un olub-olmadığına dair suala cavabında deyib.

Professorun fikrincə, “Beşinci kolon”un nümayəndləri bir zamanlar Azərbaycanda vəzifədə olublar və özlərinə şəbəkə yaradıblar: “Onlar indi də üzdədirlər, kifayət qədər vəsaitləri var və yaxşı təşkilatlanıblar. Hesab edirəm ki, bu kolona qarşı təsirli tədbirlər görülməlidir”.

Q. Məhərrəmlinin fikrincə, Azərbaycanda “Beşinci kolon” kifayət qədər güclü və çoxşaxəlidir: “Onların proseslərə təsir etmək imkanı da var. Hesab edirəm ki, bunun qarşısını almağın birinci yolu dövlət strukturlarıdır. Yəni bu strukturların nəzərləri, baxışları və gedişləri olmalıdır.

İkincisi, milli düşüncəsi olan hər kəs buna qarşı mübarizə aparmalıdır.

Təbii ki, ən təsirli tədbirləri də dövlətimiz görməlidir. Onların yolu kəsilməlidir. Çünki bu yol nəticə etibarı ilə Azərbaycanın istiqlalını boğmağa, müstəqilliyinə qəsdə yönəlib. Odur ki, bu kolonun hərəkətlərinə yol vermək olmaz”.

Professor xüsusilə xatırladıb ki, “Beşinci kolon” təhlükəsi 100 il əvvəl də Azərbaycanı təhdid edib, indi də təhdid etməkdədir.


Paylaş:


Müəllif : Tarix:
12-03-2021, 09:19
Sikayət   


loading...
Загрузка...