Bakıda müəllim direktordan nazirliyə şikayət etdi, ara qarışdı - QALMAQAL
Xətai rayonu 194 saylı tam orta məktəbin idman müəllimi Sara Rəhmanova həmin məktəbin direktoru Elnarə Zeynalova tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını deyir. Müəllimin sözlərinə görə, direktor ona psixoloji təzyiq göstərərək öz ərizəsi ilə işdən çıxmasını istəyir.
Bununla bağlı AYNA-ya danışan müəllim deyib ki, direktorla aralarındakı narazılıq məktəbdə olan qanun pozuntuları ilə bağlı Təhsil Nazirliyinə müraciətindən sonra daha kəskin hal alıb: “Elnarə Zeynalova 2 il əvvəl məktəbə yeni direktor təyin edildi. Gəldiyi gündən aramızda problemlər başladı. Mən məktəbdə olan qanun pozuntuları ilə bağlı Təhsil Nazirliyinə müraciət etmişdim. Bundan sonra vəziyyət daha da pisləşdi. Mənim sosial şəbəkədə bəyənmələrim xoşuna gəlmədiyi üçün bununla bağlı iclas keçirdi. Mən də bildirmişdim ki, sosial şəbəkədə nəyisə bəyənib-bəyənməmək mənim haqqımdır. Bundan ötrü iclas keçirdiyinizə görə Təhsil Nazirliyinə şikayət edəcəm. Cavab verdi ki, ürəyin kimə istəyir şikayət elə”.
“Bundan sonra mənim haqqımda akt da tərtib etmişdi. Dekabr ayının sonunda hərbi-hazırlıq müəllimi İsmayıl müəllim gəlib mənə dedi ki, gərək, nazirliyə yazmazdın, indi birlikdə işləyə bilməzsiniz. Mən də dedim ki, ərizədir yazmışam, nazirlik özü araşdırma aparacaq. O söylədi ki, direktor deyib, ərizəsini yazıb özü çıxsın, biz birlikdə işləyə bilmərik, yoxsa onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxardacağıq. Mən də ərizə yazmayacağımı bildirdim”, - deyə şikayətçi qeyd edib.
Xanım müəllim deyib ki, həmin vaxt polisə və məktəb direktoruna da ərizə yazıb: “Mən 37-ci polis bölməsinə şikayət ərizəsi də yazmışdım. Bildirmişdim ki, İsmayıl müəllim mənə hədə-qorxu gəlir ki, ərizəni yaz, işdən çıx - deyir. Məktəb direktoruna da bu haqda ərizə yazmışan. Ərizəni götürmək istəməsə də, mənim təkidimdən sonra götürdü. Bir müddət keçəndən sonra məni 37-ci Polis Bölməsindən çağırıb bir qovluq sənəd göstərdilər. Həmin sənədlərin, səs yazılarının heç biri ilə mən tanış deyildim. Orada bilmişəm ki, İsmayıl müəllim prokurorluğa şikayət edib ki, mən guya onu təhqir eləmişəm, məktəbdə qışqır-bağır salmışam. Mən onlara bildirdim ki, belə bir şey olmayıb. Hamısı şər-böhtandır. Məsələ də orada bağlandı. Sakitlik bərqərar olduğuna görə, mən də üstünə düşmədim”.
“Bu gün direktor mənə zəng edib ki, polis səni çağırır. Nə məsələ olduğunu soruşduğumda polis cavab verdi ki, bir məsələ var, gəlin onu burada həll edək. Mən getdim, gördüm ki, polislər oturub, müəllimlər, texniki işçilər də mənə baxır ki, bəs, Sara müəllimədən ötrü polis gəlib. Mənə orada elan elədilər ki, xırda xuliqanlığa – guya ki, ictimai əsayişi pozduğuma görə - 50 manat cərimə olunmuşam. Polis dedi ki, 100 manat da ola bilərdi, amma müəllim olduğunuza görə hörmət etdik, 50 manat ödəyin. Mənim otaqdan çıxmağımı istədilər. Onsuz da halım pisləşmişdi. Dərman filan içdim. Təcili yardım çağıran da olmadı”, - deyə müəllim söyləyib.
Məsələ ilə bağlı direktor Elnarə Zeynalova AYNA-ya bildirib ki, bununla bağlı Bakı Şəhər Təhsil İdarəsi münasibət bildirəcək:
“Sara Rəhmanova bizim məktəbin fiziki tərbiyə müəllimidir. Onunla mənim aramda heç bir problem yoxdur. Deyilənlər barədə də Bakı Şəhər Təhsil İdarəsi münasibət bildirəcək”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə rəisi Elşad Hacıyev AYNA-ya açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb, araşdırma aparılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) isə sorğumuza cavabında bildirib ki, qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırma aparılır: “Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edilib ki, məktəbin məlumatında Sara Rəhmanovanın məktəbdə 50 manat cərimələndiyi öz təsdiqini tapıb: “Bildiririk ki, 11.03.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində polis əməkdaşları məktəbə gəldilər. Bildirdilər ki,fiziki tərbiyə müəllimi Sara Rəhmanovanı görmək istəyirlər. Məlum oldu ki, 04.02.2021-ci il tarixində məktəbin hərbi rəhbəri İsmayıl Hüseynov 37-ci Polis bölməsinə, Xətai Rayon Polis İdarəsinə, Xətai Rayon Prokrorluğuna Sara Rəhmanovanın onun təhqir etməsi, şantaj etməsi, şəxsiyyətini alçaltması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Məlum oldu ki, ərizə araşdırılmış, fiziki tərbiyə müəllimi Sara Rəhmənova İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıqla inzibati cəza almışdır. Tərtib olunan protokol Sara Rəhmanovaya təqdim olundu. Protokola əsasən, Sara Rəhmanova 50 manat cərimə olundu. Polis əməkdaşı Sara Rəhmanovaya Hərbi rəhbərlə barışmağı təklif etsə də, Sara Rəhmanova imtina etdi”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-03-2021, 18:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-03-2021, 18:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33