Saxta əlil pensiyası alan direktorla bağlı məsələ qapanmayıb - "Bu, birinci hal deyil"
M.Qafarov adına Lerik rayon Siyov kənd orta məktəbinin direktoru Əmirov İlham Əziz oğlunun saxta üsulla əlillik alması barədə məlumat yayılıb.
Bu iddia ilə həmin məktəbin ibtidai sinif müəllimi Əhliman Zeynalov çıxış edib. Müəllim kollektivi və texniki heyət 22 aprel 2019 tarixində İlham Əmirovun II qrup əlil kimi 12.01.2018 tarixindən pensiya aldığından xəbərdar olub. Şikayəti araşdıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məktəb direktorunun əlillik dərəcəsini ləğv edib. Nazirlikdən bildirilib ki, direktorun talassemiya xəstəsi olması haqqında sənədləri Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilib və komissiya da həmin sənədlər əsasında ona 12.01.2018 tarixindən etibarən II qrup əlillik təyin edib. Ancaq bir müddət öncə məlumatı göndərən səhiyyə müəssisəsi tərəfindən sənəd etibarsız sayıldığı üçün əlillik ləğv edilib.
Qeyd edək ki, direktor ən azı 1 ildən artıq müddət ərzində pensiya alıb, deməli dövlət büdcəsindən bu məqsədlə pul ayrılıb. İndi məsələ həmin vəsaitin necə və kim tərəfindən geri qaytarılacağı, eləcə də direktora saxta əlillik verən şəxslərin necə cəzalandırılacağıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İlham Əmirov tərəfindən dövlət büdcəsinə dəyən bütün maddi zərərin geri qaytarılacağını açıqlayıb.
Vətəndaşa saxta əlilik sənədi verən səhiyyə müəssisəsi necə, məsuliyyətə cəlb olunacaqmı? Nazirliyinin mətbut katibi Fazil Talıbov Cebhe.info-ya açıqlamasında qanun pozuntusuna yol verən vəzifəli şəxslərin cəzalandırılacağını deyib:
“Bu, birinci hal deyil. Müxtəlif vaxtlarda yanlış əlillik təyinatlarının aşkar edilməsi istiqamətində müəyyən faktlar ortaya çıxıb. Yanlışlığı aradan qaldırmaq üçün nazirlik direktorla bağlı məlumatı göndərən müəssisəyə məktubla müraciət edib. Məhz həmin müəssisənin müraciətini əsas götürərək nazirlik əlilliyi ləğv edib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2019, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2019, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07