Füzuli Ələkbərovun “qara kassası” Sahil Babayevin “sağ əli” rolunda: - Heybət İmanov kimdir?
Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 11 aprel 2018-ci il seçkilərindən dərhal sonra islahatlara başladı və bir sıra nazirliklərdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də korrupsiya halları səbəb göstərilərək dəyişikliklər edildi. Nazir Səlim Müslümov yeni gənc kadr hesab edilən Sahil Babayevlə əvəzləndi. Nazirlikdə baş verən bu dəyişikliklərdən sonra sadə insanlarda bir ümid yaranmışdı ki, daha əvvəlki korrupsiya hallarına son qoyulacaq, pensiya və ünvanlı yardımların təyinatında şəffaflıq yaranacaq. Amma... Nazirlikdə illərini bu sahədə keçirmiş təcrübəli peşəkar mütəxəssislər dərhal “qohum-qəbilə” prinsipinə əsaslanan dövlət qulluğunda bir gün də stajı olmayan və ümumiyyətlə, dövlətçilik təfəkkürü olmayan, yalnız rəhbərin ağzına baxan yeni adamlarla əvəz olundu. Anaxeber.infoya daxil olan məlumata görə, bu sırada nazir Fizuli Ələkbərovun dövründə Nazirliyin “qara kassası” vəzifəsini uğurla icra edən Heybət İmanovun yenidən Nazirliyə ayaq açması xüsusilə diqqət çəkir. Hesablama Palatasında işlədiyi dövrdə işi gücü Səlim Müslümov və Əjdər Cəbiyev haqqında saytlara yazılar ötürmək olan Heybət İmanov nazir dəyişikliyindən sonra pusquda duran kimi dərhal özünə adam axtarmağa başladı və o adamı tapdı. Özünü elə reklam elədi ki, güya o bu sahənin mütəxəssisidi, onsuz bu sahədə iş getməz. Amma o sahədə işləyənlər yaxşı bilir ki, onun mütəxəsisliyi sosial sahə ilə bağlı qanunvericiliyi üzdən köçürdüb “kitab” yazmaqdan o yana getmir. Belə olmasaydı o üç sözdən ibarət cümlə yazanda otuz səhv buraxan Rza Əhmədovu “rivizor” vəzifəsinə yüksəltməzdi. Heybət İmanovun insanlara “rivizor” kimi sırıdığı Rza Əhmədov Yasamal rayon ƏSMM-də ünvanlı yardımda işçi, direktor müavini sonra isə Əjdər Cəbiyevin himayəsi ilə Xəzər rayon ƏSMM-də direktor müavini işləyib. Bu adam ƏSMM-də işləyənə qədər rayon İcra Hakimiyyətində işə düzəlib ki, ordan asanlıqla digər orqanlara dövlət qulluğuna keçə bilsin və belə də edib. Əks halda test imtahanında iştirak etməli idi. H.İmanovun R.Əhmədova belə yüksək etimadının tək səbəbi isə ortaq iş birliyidir. Mənbənin Anaxeber.infoya bildirdiyinə görə, Heybət İmanov nazirin islahatlara başının qarışdığı bir dövrdə bundan istifadə edib Rza Əhmədovu rayonlara yoxlamaya göndərir ki, getsin idarələrdən nəsə tapıb onu o qədər şişirtsin ki, işçilər qorxusundan tələb olunanı yerinə yetirsin. R.Əhmədov həm də qarşılıqlı anlaşma şərti ilə kadr təyinatlarına da müdaxilə edir. Bu şəkildə təyinat alanlardan biri də Səlim Müslümovun qohumu Zaur Rəsulovdur. O Zaur Rəsulov ki, 2014-cü ildə Yasamal rayon ƏSMM-də işlədiyi dövrdə yoldaşı Muradova Məlahət Eldar qızının adına 175 manat sosial yardım təyin edib, qanunsuzluğun üstü açılandan sonra məcbur qalıb sənədi ləğv ediblər, lakin məlumatlar Kapital Bankda durur (yardım sənədin nömrəsi 101509). R.Əhmədov məhz H.İmanovun vasitəsi ilə onu DSMF-nin Sumqayıt rayon şöbəsinə direktor müavini göndərib. Nazir belə insanlarlamı islahat aparır? Heç şübhəsiz ki, Heybət İmanov zamanı gələndə bütün bunlara görə qanun qarşısında cavab verməli olacaq. Hələ ki, Heybət İmanov özünü çox rahat hiss edir. Hətta R.Əhmədov hər yerdə bildirir ki, tezliklə H.İmanov nazir olacaq onu da aparat rəhbəri qoyacaq. Çünki Heybət İmanov ona informasiya ötürür ki, nazirin və müavinlərin heç nədən başı çıxmır, hər şeyi ondan soruşur, onunla məsləhətləşirlər. Güya adi bir sənədin hazırlanmasını da bacarmadıqlarından ondan soruşurlar. Bütün bunlarla faktiki olaraq Heybət İmanov nazirlikdə fironluq edir. Halbuki Fizuli Ələkbərov işdən çıxarılanda o istintaqa cəlb olunacağı qorxusuyla yaşayırdı. Ən azında bir çoxları H.İmanovun nazirliyin yaxınlığındakı qarajda hansı müdirdən neçə min manat pul aldığını və bu pulu neylədiyini yaxşı bilir. Fizuli Ələkbərovun dövründə başdan ayağa qədər çirkaba bulaşmış belə birisini yenidən nazirliyə yüksək vəzifəyə gətirməklə ətrafı nazir Sahil Babayevə əsl ayı xidməti göstəriblər. Tezliklə onun ağır nəticələrini özləri də görəcəklər. Bütün bunlarla Heybət İmanov bu sahədə görülən müsbət işlərə də kölgə salır. Çünki bu onları tanıyan insanlarda ikrah yaradır.
AnaXeber.info
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2019, 10:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2019, 10:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45