Əlillik “oğru qanunu” ilə qiymətləndiril(m)ir - İTTİHAM
"Əlilliyin qiymətləndirilməsi sahəsində “elektron dələduzluq” sisteminin (həkim ekspertlərinin) rüşvət-korrupsiya özbaşınalığı bitənə oxşamır. Qarabağın qurtuluşunda baş-gözündən, əl-ayağından keçən qazilərə göstərilən “əyani qiymətləndirmə” dələduzluğu ölkədə əlilliyi olan şəxslərə verilən qiyməti , əlilliyin müəyyən edilməsi sahəsində mafiyanın, oğru qanunlarının hökm sürdüyünü tam çılpaqlığı ilə ortaya qoyur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalə müəllifi daha sonra davam edir: "Necə vicdansız olasan ki, bir ayağı kəsilən, o biri işləməyən ( “İlizarov aparatı”nda olan) savaş igidinə 3-cü dərəcə əlillik dərəcəsi təyin edəsən və bu “ vicdansızlığı NK-nın qərarına uyğunluqla” izah edib , “aparat açılandan sonra yenidən qiymətləndirmə keçiriləcəyini “ vurğulamaq zorunda qalasan! (?) Həmin qaziyə 1-ci dərəcəli əlillik təyin olunmasına NK-nın 30.12.2015 -ci il tarixli 413 saylı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsi (2.1.8, 2.1.10, 2.1.12 yarımbəndləri) haqq verir. ƏƏSMN yanında TSEK-in həkim ekspertləri isə NK -nın qərarına yox, əlilin əlinə-cibinə “baxıb” , haqq umurlar. Bir gözü olmayan qaziyə sözügedən qərara uyğun olaraq 3-cü dərəcə əlillik təyin olunması da qanunsuzdur və vicdansızlıqdır. Axı, güllə, yaxud mərmi qəlpəsindən, zərbə yetkisindən gözünü itirən şəxs, həm də eşitmə hissini də itirə bilər , həm də kontuziya, psixoloji və s. travma alır! Həkim -ekspert bunu bilmir, görmür, yoxsa özünü korluğa qoyur? Bir də, göndərişdə qoyulan diaqnozu NK-nın əsasnaməsi ilə tutuşdurub əlilliyi qiymətləndirmək belə çətindir? Haçanacan, ƏƏSMN yetkililəri hələ qəbul edilməyən “gələcək əsasnamə”ni əsas tutacaq?
NK-nın 16 yanvar 2020 tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “ Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi “ Qaydasının 1.2 bəndinə görə , şəxsə göndəriş TİBB MÜƏSSİSƏLƏRİNİN HƏKİM - MƏSLƏHƏT KOMİSSİYALARI və ya HƏRBİ - HƏKİM KOMİSSİYALARI tərəfindən verilir. Qaydanın 1.5.1 bəndinə əsasən, şəxsin eyni xəstəliklə son 6 ay müddətində FASİLƏSİZ və ya son bir ildə FASİLƏLƏRLƏ ümumilikdə 6 ay AMBULATOR və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin funksiyalarının bərpa olunmaması TSEK-ə göndəriş verilməsinə ƏSASDIR. Bunları vurğulamaqda amacımız göndəriş əsasında əlilliyi qiymətləndirməli olan ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza Komissiyasının (TSEK) “presedent” kimi ona aid olmayan qərarın 1.5.1 bəndinə əsasən “6 aylıq müddətə əməl edilməməsi” bəhanəsilə əlillik təyinatından “ƏLAVƏ MÜALİCƏYƏ EHTİYACIN OLMASI” “səbəbindən” imtinasının qanun-qaydasız olmasını diqqətə çatdırmaqdır. TSEK-in GÖRƏVİ ona göndərilən ( FORMA -88) GÖNDƏRİŞ(i) NK-nın eyni tarixli -16.01.2020 tarixli 11 saylı “ƏLİLLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ” QAYDASINA ƏSASƏN QİYMƏTLƏNDİRMƏKDİR ! TSEK-in hər dəfə özünə aid olan 11 saylı qərarı “unudub” , ona aid olmayan 12 saylı qərarı, özü də bilərəkdən ( ya bilməyərəkdən ) 1.5.1 bəndini əsas tutmasına son qoyulmaması MÜTƏŞƏKKİL RÜŞVƏTXORLUQDAN – KORRUPSİYADAN soraq verir. Axı, tibb müəssisəsinə aid olan NK-nın 12 saylı qərarının 1.5.2 yarımbəndində şəxsdə əqli pozuntuların və ANATOMİK ÇATMAZLIQLARIN (ürək, qan-damar, tənəffüs çatmazlığı və s. ) , VƏRƏM formalarının, IV mərhələ ONKOLOJİ xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması GÖNDƏRİŞİN 1.5.1 yarımbəndində göstərilən 6 AYLIQ MÜDDƏT GÖZLƏNİLMƏDƏN VERİLMƏSİ doğrulanıb. Bəyəm Səhiyyə Nazirliyi, TƏBİB -in TİBB MÜƏSSİSƏLƏRİNİN HƏKİM -MƏSLƏHƏT KOMİSSİYALARI NK-NIN 16.01.2020 tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “ TİBB MÜƏSSİSƏLƏRİNİN TİBBİ SOSİAL EKSPERTİZA MÜAYİNƏSİNƏ GÖNDƏRİŞLƏRİN VERİLMƏSİ” QAYDASININ bu 1.5.2 yarımbəndindən soraqsızdırlar? Nəyə görə, hər dəfə TSEK-in “əlavə müalicəyə ehtiyacı var “ saxta imtina qərarına etirazlarını bildirmirlər və etiraz o yana qalsın , yenidən göndəriş verilməsi üçün yataq (vərəm və s.) xəstəsindən 6 aylıq müalicə kursu “tələb edilir”? (?) Belə çıxır, tibb müəssisələri ilə TSEK-lər əlilliyin müəyyən edilməsi özbaşınalığında “rüşvət , korrupsiya sazişi” bağlayıblar. Hətta inzibati qaydada və məhkəmə qaydasında da vətəndaş xəstələrin, əlillərin hüquqlarına qadağa qoyulub. Halbuki, NK-nın 12 saylı qərarının 2.8 bəndinə görə, göndərişin verilməsindən, 11 saylı qərarının 4.9 bəndinə görə isə TSEK-in əlilliyin müəyyən edilməsindən imtina
qərarından “İnzibati icraat haqqında” qanun və İnzibati Prosessual Məcəllə əsasında İNZİBATİ QAYDADA VƏ ( ya ) MƏHKƏMƏYƏ ŞİKAYƏT VERİLƏ BİLƏR. İNZİBATİ QAYDADA ŞİKAYƏTLƏRƏ , ÜMUMİYYƏTLƏ, BAXILMIR, MƏHKƏMƏYƏ ŞİKAYƏTLƏRİ İSƏ MƏHKƏMƏ(LƏR) “cavabdeh TSEK-in “ekspertiza rəyi”nə əsasən” təmin etmirlər. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayeva TSEK-ə qarşı əlilliyin təyin edilməsindən imtinaya görə iddia üzrə ekspertiza rəyinin verilməsini cavabdeh TSEK-ə tapşırıb. Belədə hansı qanun-qaydadan, hüquqdan danışmaq olar? Sözügedən məhkəmə və xanım hakim , deyəsən , hakimliklə ƏƏSMN -ə vəkilliyi dəyişik salıb.Təsəvvür edin, tələbkar Qarabağ qazisinin borclu ƏƏSMN -in Dövlət Sosial Təminat Xidmətinə (indiki Sosial Xidmətlər Agentliyi ) qarşı 5 ildir icra olunmayan məhkəmə qərarının məcburi icra olunmasına dair ərizələrinə 2 ildir baxılmır! (?)
Əlilliyin qiymətləndirilməsinin elektronlaşdırılması vətəndaş ilə “Komissiya” (həm tibb müəssisələrinin , həm də TSEK-in komissiyası) arasındakı qeyri-prosessual münasibətə son qoyulmasının təmin edilməsi amacı güdür. Elə test üsulu ilə imtahan kimi. Bircə ayrıntı var : TSEK-in qiymətləndirilməsində 3 (düzgün) cavab 3 əlillik dərəcəsini, 4-cü (səhv cavab) isə “əlavə müalicəyə ehtiyacı var” imtinasını göstərir, imtahan testlərində isə 3 cavab yanlış olur, biri düz. Görəsən, niyə hər dəfə TSEK düzgün olmayan “imtina” cavabını seçir və niyə hüquq mühafizə orqanları və məhkəmə bu “seçimə” hüquqi qiymət vermir?"
Paylaş:
Müəllif : Yazar
Tarix:16-03-2021, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-03-2021, 15:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36