Çovdarovun həbsini dələduzluq alətinə çevirən MMC rəhbəri haqda şok faktlar - İLGİNC
“Qədim Ədilov Rusiyadan gələn eyni taxta vaqonunu 4-5, bəzən hətta 6 nəfərə vəd edirdi. Həmin adamlardan pul alıb, vaqon nömrəsi verirdi ki, filan nömrələri vaqonla gələn taxta sənindir. Vaqon Keşlə Yük Stansiyasına gələndən sonra məlum olurdu ki, bu yük 4-5 nəfərə vəd olunub. Adamlar arasında dava düşürdü, səs-küy, həngamə qopurdu. Qədim Ədilov hərəni bir ağacın altına çəkib sakitləşdirirdi. Məni də eyni qaydada aldadıb”.
Bunu Bakı sakini Xaləddin Yusibov deyir. O və Natiq Hümbətov “Yeni Müsavat”a müraciət edərək, Qədim Ədilovun atası Ədil Ədilovun qəzetimizə (https://musavat.com/news/akif-covdarovdan-sikayetci-olan-biznesmen-hebs-edildi-foto_614317.html ) verdiyi açıqlamalara münasibət bildiriblər. Deyiblər ki, Ədil Ədilov da oğlu Qədim Ədilov kimi yalan danışır.
Xaləddin Yusibov deyir ki, Qədim Ədilov 2014-cü ildə onlara qarşı dələduzluq edib. Onun atası Ədil Ədilovun dedikləri reallıqdan uzaqdır: “Ədil Ədilov deyir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi olmuş Cavad Şixəliyev oğlundan şikayət etməyib. Əslində isə yalan deyir. Cavad Şıxəliyev 23.02.2016-cı ildə bizimlə bərabər Qədim Ədilovdan şikayət yazıb. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində onun şikayəti var. Ədil Ədilov deyir ki, Dabuleyka Quliyev Akif Çovdarovun qohumudur. Bu da yalandır. Dabuleyka Quliyevlə Akif Çovdarov tanış belə deyillər. Ədil Ədilov hazırda bu iş üzrə həbsdə olan Rövşən Məhərrəmovla Dabuleyka Quliyevin qaynı olduğunu deyir. Bu da həqiqət deyil. Rövşən Məhərrəmov bizdən pulları alıb və Qədim Ədilova verib. Mən də pulu Rövşən Məhərrəmova vermişəm, o da aparıb Qədim Ədilova verib. Qədim Ədilov məndən şəxsən də pul alıb. O, mənə qarşı dələduzluğu əvvəl gündən planlaşdırıb. Onunla çörək yeyəndə bir salfetka götürdü, üstünə yazdı ki, 1 vaqon taxtadan 3-4 min qazanc var. Sən papağını günə yandırırsan. Pul tap gətir, mən sənə hər vaqondan 3-4 min pul verəcəyəm. Özün də yanımda otur. Mən də “Rabitəbank”dan 126 min 700 dollar kredit alıb aparıb Qədim Ədilova verdim”.
X.Yusibovun sözlərinə görə iş üzrə hazırda həbsdə olan Rövşən Məhərrəmov da Qədim Ədilovun təsis etdiyi “Azər Ağa” firmasında həmtəsisçi olub: “Həmin vaxt işə təzə başlamışdım, nəzarətçi idim. Gördüm ki, Rusiyadan taxta dolu vaqonlar normal şəkildə gəlir. Qədimin təklifi ilə bankdan pulu çıxarıb ona verdim ki, qazancım olsun. Müddət keçdikcə gördüm ki, bunlar işə pul qoyan adamları aldadırlar. Rövşən Məhərrəmov da, mən də orada Dabuleyka müəllimin nəzarətçiləri olaraq çalışırdıq. 126 min 700 dollar kredit alıb ona vermişdim, nə pulu qaytarırdı, nə də taxta verirdi ki, satım pulu alım. 2016-cı ilin fevralın 2-də dedi ki, sənin pulunu qaytarmaq üçün imkan yaranıb, Rusiyadan 18 vaqon taxta çıxır, “rastamojka” üçün müəyyən miqdarda pul vermək lazımdır. Dedi ki, haradan tapırsan tap, pulu verək, vaqonlar gəlsin. Əmim oğlundan 40 min dollar borc alıb, aparıb yenidən Qədim Ədilova verdim. Vaqonlar gəlmədi. Qədim Ədilov məndən başqa bu üsullarla çox adamı aldadıb”.
Şikayətçi deyir ki, ləğv edilmiş MTN-in generalı olmuş Akif Çovdarov həbs ediləndə Qədim Ədilov bu işdən də öz məqsədləri üçün istifadə edib:“Hər cür dələduzluğa əl atdı: 2015-ci ildə Yeni Yasamalda dairəvi yola çıxışda olan binalardan Qədim Ədilov mənə mənzil təklif etmişdi. Onunla birgə dediyi ünvana getdik. Oradakı mənzillərə baxdıq. Səhəri gün aydınlaşdırdıq ki, Qədim Ədilovun bizə təklif etdiyi həmin mənzil 5-6 adama satılıb. Ədilov bizə həmin mənzili verib, ikinci dəfə oyuna salmaq istəyirdi. Bu il mayın 8-də Binəqədi Rayon Polis İdarəsi nəhayət ki, Qədim Ədilovu həbs etdi”.
X.Yusibov Qədim Ədilovun qardaşlarını vəzifələrindən sui-istifadədə ittiham edib: “Onun qardaşı Sübhan Ədilov pasport masa xidmətinin rəisidir. Qədim həbs olunandan sonra o, üstündə silah istintaq orqanına gəlmişdi. Hamının gözü qarşısında mənə hucum çəkdi. Onun digər qardaşı Yasin Ədilov da orada idi. O da vəzifə daşıyıcısıdır, Şirvan İcra və Probasiya Şöbəsinin rəisidir. Hər iki qardaş dövlətdən maaş alır, iş yerini qoyub istintaqa gəlir, bizə hucum çəkirlər. Onlarla bağlı da tədbir görülməlidir”.
İş üzrə digər zərərçəkən Natiq Hümbətov deyir ki, Qədim Ədilovun atası Ədil Ədilov ümumi söz yığnağından ibarət çıxışlar etməklə, onun Akif Çovdarovla qohumluq əlaqələrini qabartmaqla oğlunun dələduzluqlarını ört-basdır etməyə çalışır: “Deyir ki, Akif Çovdarovun qayınlarına, yeznəsi, yeznəsinin qardaşlarına pul verilib. Akif Çovdarov qohumumdur. Onun yoldaşının qardaşı yoxdur. Yəni Akif Çovdarovun qaynı yoxdur ki, ona pul da versinlər. Ədil Ədilov deyir ki, oğlu Qədim Ədilovun mənə borcu yoxdur. Ortada Qədim Ədilovun öz əli ilə yazdığı, özünün notarius tanışının yanında imzaladığı borc müqavilələri var. Atasının danışdığı yalanları oğlu da danışdırdı. Ədil Ədilov deyir ki, oğlum Qədim Ədilovu MTN-ə aparıblar, döyüblər. Məhkəmədə də sübut olundu ki, Qədim Ədilovun MTN-ə çağırılması onun özünün yazdığı ərizə əsasında olub. Onu kimsə döyməyib. Qədim Ədilovun mənə ümumilikdə 360 min dollar borcu var. Özünün, atasının çıxışlarını mətbuatdan oxuyanda bəlkə kimlərsə onlara inana bilərlər. İstintaqa gələndə isə yalanların üstü dərhal açılır. Qədim Ədilov əksər zərərçəkənlər kimi məndən də pulu taxta gətirmək adı ilə almışdı, alandan sonra qaytarmırdı. Ona dedim ki, polisə şikayət edəcəyəm. Dedi ki, sənə borcun etirafı haqda notarial qaydada müqavilə verirəm, pulu da qaytaracağam. Onun özünün tanışı olan notriusun yanına gedib müqavilə imzaladıq. Qədim Ədilov mənə 360 min dollar borcun etirafı haqda müqavilə verdi. Bu müqavilə 2015-ci ilin yanvarın 16-da Qədim Ədilovun təşəbbüsü ilə bağlanıb. Ədilov MTN-ə 2015-ci il iyun ayının 23-də gedib. Sual olunur – Qədim Ədilova köhnə tarixlə kim borc müqaviləsi yazdıra bilər?”
Natiq Hümbətov deyir ki, Qədim Ədilova pulu evini “Qafqaz İnkişaf Bankı”na girov qoymaqla kredit götürüb verib: “Həmin ev mənə 470 min dollara başa gəlmişdi. Bankın borcunu ödəmək üçün 270 min dollara satmalı olmuşam. Əslində Qədim Ədilov məndən 360 min dollar almaqdan başqa 200 min dollar da evimin bu şəkildə satılmasına görə ziyan vurub. Ona pulu nə vaxt vermişəm, bunlar sənədlərdən görünür. Dələduzluq etdiyi vaxt o, adamlara deyirmiş ki, dayım MTN-də generaldır. Birilərinin yanında deyirmiş ki, Akif Çovdarov mənim dayımdır. Çovdarovu tanıyanların yanında da MTN-in başqa bir generalı Namiq Bağırovu özünün dayısı kimi təqdim edirdi. Əslində isə Namiq Bağırov Qədim Ədilovun Rusiyada ortağı olmuş Həbib Ağalarovun dayısı idi. Sadəcə, bu iki generalın adlarından istifadə edirdi. İş görmək adı ilə borc aldığı adamlar ondan pullarını geri istəyəndə Qədim Ədilov MTN-ə həmin adamlardan şikayət yazırdı. Həmin adamlara bu yolla bildirirdi ki, onun MTN-də arxası var. Onlar MTN-ə çağırılandan sonra araşdırılırdı, məlum olurdu ki, bu admların nəinki Qədim Ədilova borcları yoxdur, əksinədir”.
Natiq Hümbətovun sözlərinə görə Qədim Ədilovu 2015-ci il iyun ayının 23-də özünün yazdığı ərizəni araşdırılması üçün MTN-ə çağırıblar: “Məhkəmədən vəkilimə verilən sənədlərdən görünür ki, Ədilov MTN-ə ilk dəfə məhz həmin tarixdə gedib. Buna qədər o MTN-nə bir neçə dəfə ərizə yazıb, adamların ona borclu olmaları yalanını uydurub. Bunu da araşdırmalar zamanı təsdiqləyiblər. Qədim Ədilov borclu olduğu adamları sırf qorxutmaq üçün MTN-ə çağırtdırırmış ki, qorxsunlar, doğurdan da MTN-də onun arxası var, əgər pullarını istəsələr, onları şərləyib tutdura bilər. Buna nail ola bilməyəndən sonra bizdən qaçıb gizlənməyə başladı. Başa düşdü ki, bizi MTN-lə qorxuda bilməz. Həmin günlərdə - 2015-ci ilin iyulunda biz məcbur olub Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Qədim Ədilovun bizə qarşı dələduzluğundan şikayət verdik. İş üzrə 9 nəfər aldadılmış sahibkar vardı. Qədim Ədilova qarşı Nərimanov polisində cinayət işi başlandı. O, bizə qarşı dələduzluq etdiyini özü gözəl bilir. Biz polisə şikayət etməzdən əvvəl vaxtı uzatmaq üçün müxtəlif üsullara əl atırdı. Xaləddin Yusibova Qədim Ədilov etibarnamə vermişdi. Demişdi ki, guya İlham Nəsibovda onun alacağı var, gedib həmin pulları ondan ala bilər. Eyni sözləri də mənə demişdi, etibarnamə vermişdi. Demişdi ki, get İlham Nəsibovdan mənim pulumu al. İlham Nəsibova məxsus həyət evinin kupçasının surətini də vermişdi. Deyirdi ki, get evin üzərinə həbs qoydur, satdır, pulunu al. Vəkil vasitəsi ilə sorğu verdik, məlum oldu ki, İlham Nəsibov həmin evi çoxdan satıb. Bu Qədim Ədilovun mənə qarşı növbəti dələduzluğu oldu”.
Natiq Hümbətov deyir ki, Qədim Ədilovdan növbəti dəfə pulunu istəyəndə yenə də yalanlarını davam etdirib: “Dedi ki, pulun bir hissəsinin əvəzinə böyük diametrli borular var, onları sənə verim. Razılaşdım, mənim maşınıma minib Hövsan daş bazarına sürdürdü. Orada böyük diametrli borular vardı. Dedi ki, borular mənimdir, ümumi qiyməti 120 min dollardır, sənə olan 360 min dollardan həmin məbləği çıxarıq. Boruların şəkillərini çəkdim, müştəri axtarmağa başladım. Yarısını “Azərsun holdinq”, yarısını da İlham adlı iş adamı almağa razılaşdılar. İlham bir neçə kran, bir neçə yük maşını tutub Hövsan daş bazarına gəldi ki, boruları aparsın. Mən də Qədim Ədilova yığdım, ondan boruların daşınması üçün yol vərəqəsi yazmasını istəyəcəkdim. Cavab vermədi. Atası Ədil Ədilova yığdım. Dedi bilmirəm haradadır. Həmin vaxt mənə bir adam yaxınlaşdı, kimliyimlə maraqlandı. Dedim ki, boruları Qədim Ədilov borc yerinə mənə verib. O da dedi ki, borular respublikada tanınan bir şəxsindir, adını çəkdi. Dedi ki, boruların Qədim Ədilova aidiyyatı yoxdur. Bu, Qədim Ədilovun mənə qarşı 3-cü dələduzluğu idi. Hövsan daş bazarında olarkən təkrar Ədil Ədilova yığdım, dedim ki, oğlunun başına ağıl qoy, o, 3-cü dəfədir ki, mənə qarşı belə dələduzluq edir. Dedi ki, Qədim nə etsin, Rusiyada ziyan eləyib, o da məcbur olub sizi aldadır. Bundan sonra Qədim Ədilov mənə dedi ki, mənə borclu olan adamlar var, sən mənə kömək elə, MTN-ə ərizə yazım, borclarımı alım, sizin pulları qaytarım. Tələbə yoldaşım Səlim Məmmədova müraciət etdim. O da rəsmi ərizə yazılmasını istədi. Qədim Ədilov 3 şikayət yazdı – İlham Nəsibov və onun qardaşı, iş adamı Natiq Həsənov və şəhər prokurorluğunda polisə nəzarət idarəsində işləyən Mircavan Kazım haqda şikayətlər idi. Yazırdı ki, şikayət etdiyi adamlar pullarını “atıb”lar, vermirlər. Ərizələri qeydə alındı. Amma Qədim Ədilov ərizələrin araşdırılması üçün MTN-ə getmədi. Ona bir neçə dəfə sms də yazmışam ki, şikayət etmisən, get sübut elə. Getmədi. O elə bilirdi ki, şikayəti əsasında adamları dərhal həbs edəcəklər. Gördü ki, belə deyil, qaçıb gizləndi. Yəni Qədim Ədilovun dələduzluğu ortalıqdadır. O, Akif Çövdarovun adını hallandırmaqla, özünün guya döyülməsi haqda yalan ifadələr verməklə biz zərərçəkənlərə qarşı dələduzluqlarını pərdələməyə çalışırdı. Lakin faktlarla sübut olunur ki, onu döyən olmayıb, adam aldığı pulları mənimsəmək, dələduzluğuna don geydirmək üçün cilddən cildə girir. Onunla əlbir olan Rövşən Məhərrəmov istintaqa ifadə verib ki, dələduz dəstənin başında Qədim Ədilov və onun ailə üvzləri dayanır. Rövşən Məhərrəmova əvvəllər təzyiq göstəriblər ki, hər şeyi boynuna götürsün, onu həbsdən qurtaracaqlar. Amma görəndə ki, aldadıblar, Rövşən həqiqəti dedi”.
Qeyd edək ki, “Azəri AQA” MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşların 2 milyon manata yaxın pulunu mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var. Q.Ədilov C. Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib.
Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə təqdimata baxaraq Q.Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, bundan əvvəl dələduzluq əməllərini ört-basdır etmək üçün özünü “MTN işi”ndə zərərçəkən kimi təqdim etməyə çalışsa da istintaq onu zərərçəkən kimi tanımayıb.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2019, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2019, 10:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22