reklam
Regionxeberlericom.az » Sosial » "İcra hakimiyyətləri o qədər korrupsiyalaşıblar ki...” - İTTİHAM

reklam

"İcra hakimiyyətləri o qədər korrupsiyalaşıblar ki...” - İTTİHAM


Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib. Məlumata görə, Fidumə Hüseynova istefa üçün özü ərizə ilə müraciət edib.
Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında onun da aparatın strukturu bölməsindən də çıxarılıb.
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, ölkəmizdə məmurların iş prinsipinə nəzarətdə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rolu danılmazdır:

“Azərbaycanda korrupsiya o qədər yüksək səviyyədə kök salıb ki, bunun aradan qaldırılması üçün güclü iş görmək lazımdır. Ölkəmizdə məmurların iş fəaliyyətinə dair islahatlar birmənalı şəkildə aparılmalıdır. Vətəndaşların əsasən narazı olduğu qurum icra sturukturlarıdır. Birmənalı olaraq icra hakimləri ilə bağlı həddindən çox narazılıq var.

Digər qurumlarla bağlı da xoşagəlməz hallar olur. İcra hakimiyyətləri o qədər korrupsiyalaşıblar ki, işçilər 2-3 ildən sonra 300 minlik maşında gəzir, 1 milyonluq villalarda yaşayırlar. Bütün bunlar ancaq dövlətdən oğurlanan pulların hesabına alınır”.

C.Nuriyev qeyd edib ki, Azəbaycanda Hesablama Palatasının rolu demək olar, yoxdur:

“Milli Məclisin bu qurumu niyə fəaliyyət göstərmir bilmirəm. Hesablama Palatası sadəcə hansısa nazirliklərdə baş verən oğurluq faktını üzə çıxarır. Lakin onlar çox gözəl bilirlər ki, Azərbaycanda vəsaitlər Maliyyə Nazirliyinin ayırdığı təyinatı üzrə xərclənmir. Ölkəmizdə korrupsiyaya uğramış məmur təbəqəsi yetişib. Nə qədər ki, məmurlar qohum-əqrəbalarını vəzifəyə gətirəcəklər, korrupsiyanın kökünü kəsmək mümkün olmayacaq.
Dövlət bu sahədə konkret addımlar atmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
16-03-2021, 17:39
Sikayət   


loading...
Загрузка...