General Rövşən Əkbərovun həbsi: bir qətldən dövləti xəyanətə... - İLGİNC GƏLİŞMƏ
O, Azərbaycanın Milli Qəhrəmanıdır. Sabiq korpus komandanı və generaldır. Lakin ölkənin ən çətin, kritik günlərində - Vətən müharibəsi başlayan kimi ordudan uzaqlaşdırıldı.
İddialara görə, buna səbəb Azərbaycana xəyanətinin açılması olub. Yada salaq ki, Rövşən Əkbərovun adının üstündə həmişə bir kölgə olub. 20 il öncə həyata keçirdiyi məlum qətl onu bir kabus kimi izləyib. Buna baxmayaraq, ordu sistemində irəliləyib, general-leytenant rütbəsinə qədər yüksəlib. İndi isə məhz iş adamı Elçin Əliyevin qətli ittihamı ilə qandallandı...
Rövşən Əkbərovun adı iş adamı Elçin Əliyevin qətlində əsas fiqurant kimi keçir. Elçin Əliyev 2000-ci ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyevdə tanınmış azərbaycanlı iş adamlarından biri olub. O dövrlərdə Elçin Əliyevin biznesinin əks-sədası Bakıya qədər gəlib çatırdı. Ətrafında sonradan Azərbaycan hakimiyyətində müxtəlif postlar tutan xeyli şəxs vardı. O dövrdə onun özünün də nazir və ya bu posta bərabər vəzifəyə təyinat ala biləcəyi xəbərləri dolaşırdı. Amma 2001-ci ilin yayında Elçin Əliyevlə bağlı sarsıdıcı xəbər yayıldı, bir anda bütün mətbuatın diqqət mərkəzinə gəldi. İlk günlər bilinən o idi ki, tanınmış biznesmenin ürəyinə hərbi bıçaqla zərbə endirərək qətlə yetiriblər. Az sonra qətldə Rövşən Əkbərovun adı hallanmağa başladı. Sonradan isə Rövşən Əkbərovun Bakıda olması və vəzifə təyinatı alması xəbəri gəldi.
Ötən illər ərzində Elçin Əliyevin anası Səmayə Əliyeva oğlunun qətlinin açılması üçün çabalar göstərib, mətbuat konfransları keçirib, Avropa Məhkəməsinə müraciət edib. Səmayə Əliyeva oğlunun dəhşətli qətlində israrla Rövşən Əkbərovun adını çəkib, onu ittiham edib. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olub. Ukraynada istintaq aparılarkən qətl hadisəsinin məhz Rövşən Əkbərov tərəfindən törədildiyi birmənalı şəkildə təsdiq olunub. Ukrayna tərəfi cinayət işini Rövşən Əkbərovun təqsiri sübuta yetirildiyinə görə onun məsuliyyətə cəlb edilməsi üçün cavabdeh dövlətə göndərib. Ötən 20 il ərzində Azərbaycanda aparılan istintaq isə dindirilmiş şahidlərin ifadələrindəki əhəmiyyətsiz uyğunsuzluqları qabartmaqla Rövşən Əkbərovun məsuliyyətdən kənarda qalması üçün süni əsaslar yaradılmasına xidmət edib. Hətta Rövşən Əkbərov işin mahiyyəti üzrə dindirilməyib ya da dindirilməsi formal xarakter daşıyıb.
E. Əliyevin anası Səmayə Əliyeva Hit.az-a açıqlamasında oğlunun ölümündə R. Əkbərovla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovu da ittiham etdiyini deyib. S. Əliyeva bildirib ki, artıq onu prokurorluğa çağıraraq dindiriblər. “İki gündür bu işlə bağlı çağırırlar. Deyəsən, ədalətin zəfər çalmasına az qalıb. Mən də hadisə barədə bildiklərimi dedim. 20 ildir bu barədə danışmadığım mətbuat orqanı qalmayıb. Jurnalistlərə təşəkkür edirəm. Dediklərimi həmişə işıqlandırıblar. Ümid edirəm ki, iş obyektiv araşdırılacaq və günahkarlar, nəhayət, cəzasına çatacaq. İşin başında Rövşən Əkbərov dayanır. Ancaq onunla yanaşı, Nazim İbrahimov da bu işdə günahkardır”, - deyə, o bildirib 44 günlük müharibə dövründə üzə çıxanlar Rövşən Əkbərovun “kitabını” birdəfəlik bağlayıb. Xalq və media onu və onun kimi bir çox generalları - xüsusilə Baş Qərargah rəisi Nəcməddin Sadıkovu ordu içindəki “5-ci kolon” təmsilçilərindən hesab edirdi. Və elə idi də. Sadəcə, bir ordu generalını vətənə xəyanət ittihamı ilə həbs etmək ciddi ittihamdır, lakin adı nə olsa da, yenə də həmin prosesdir. Azərbaycanın siyasi iradə sahibi bütün vətən xainlərinə müqavimət, sabotaj və təxribatlara baxmayaraq, düşmən üzərində möhtəşəm qələbə qazandı və xalqın nəzərində ən ali pilləyə yüksəldi. İndi “5-ci kolon”la, arxalarında nə dərəcədə bir qüdrətli və soyuq güc dayanmasına baxmayaraq, vətən xainləri olan generallarla haqq-hesab çəkmək olar.
Rövşən Əkbərovla başlayan proses yəqin ki, davam edəcək və burada əsas hədəf ordumuzun xain sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıkovdur. Baxmayaraq ki, Azərbaycan Ordusu qalibdir, müzəffərdir; zabitlərimiz fədakar və vətənpərvərdir, lakin təəssüf hissi ilə deməliyik ki, müdafiəmizin nazirliyi illər boyunca başdan çox çirklənib, böyük təmizliyə ehtiyac var. Sistem islahatlara möhtacdır. Ümid edirik ki, proses başlayıb və yaxın zamanlarda ordumuza uzanan xain və oğru əllər tamamilə kəsiləcək.
Hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, Rövşən Əkbərovla yanaşı Nəcməddin Sadıkov və orduda olub, Azərbaycana xidmət etməyən hər bir kəs həbs olunmalı, vətən xaini kimi ömürlük həbsə məhkum edilməlidir: “Elçin Əliyevin anası Səmayə xanım o dövrdə bizim təşkilatımıza müraciət etmişdi. Biz hərbi prokuror Xanlar Vəliyevə dəfələrlə məktub göndərib Rövşən Əkbərov barədə cinayət işinin araşdırılmasını istəmişdik. Həmin məktublarımıza Xanlar Vəliyev söz yığnağından ibarət cavablar verməklə tutduğu vəzifəyə uyğun olmayan bir tərz nümayiş etdirirdi. Sanki ölkədə heç hərbi prokuror, Hərbi Prokurorluq yoxdur kimi davranırdı. Bu gün o adamlar da məsuliyyətə cəlb olunmalıdırlar. Onlar illərlə bu cinayətin bağlı qalmasına susqunluq nümayiş etdiriblər. Rövşən Əkbərov kimi Azərbaycan Ordusunda əli qana batan çox yüksək rütbəlilər var. Nəcməddin Sadıkov və onun kimilər vaxtında həbs edilsəydi, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı. Təsəvvür edin ki, bu adamlar ola-ola, hər bir addımımız düşmənin əlinin içində ola-ola, biz qalib gəldik. Biz bunu bacardıq. Bu gün Nəcməddin Sadıkov azadlıqdadır və öz işini görür. Bu adamlar Azərbaycan Ordusunu içindən dağıdanlardır. Nəcməddin Sadıkov, Rövşən Əkbərov və Xəqani Cəbrayılov bir mərkəzdən idarə olunan adamlardır. Səfər Əbiyevin vaxtında bu adamlar ona qarşı idilər. Səfər Əbiyev nazir olduğu dövrdə bu adamları iflic etmişdi. Nəcməddin Sadıkov heç nə edə bilmirdi. Xəqani Cəbrayılovun rütbəsini endirib mayor eləmişdi. Rövşən Əkbərovu isə Qazax korpusuna komandir göndərdi. O dövrdə Səfər Əbiyevin əleyhinə çıxış etsək də, onun hərəkətlərində neqativləri desək də, o, bu üçlüyün əl-ayağını yığışdıra bilmişdi. Təsəvvür edin ki, bu adamlar Azərbaycan Ordusunun rəhbərliyində ola-ola faktiki olaraq böyük təsərrüfatlar yaradıblar. Hər birinin mal-qarası, qoyun sürüləri, donuz fermaları, əkin sahələri bu gün də var. Xəqani Cəbrayılovun Beyləqanda, Lənkəranın Mahmudavar kəndində, Şəmkirdə olan fermalarında min başlarla iribuynuzlu heyvanları, 10 minlərlə xırda buynuzlu heyvanları var. Onların Rövşən Əkbərovla birgə Şamaxının Mərəzə kəndi ərazisində böyük fermaları var. Bu adamlar generaldan daha çox kolxoz sədrləridir. 702 saylı hərbi hissənin Mahmud Həmzəyev adlı rəisi vardı. Həmzəyevin donuz ferması vardı hərbi hissə yaxınlığında. Həmin fermada 2 donuz ölmüşdü. Briqada komandiri Vaqif Səfərov Həmzəyevə gündəlik məruzə edəndə bir neçə əsgərin ölümü, bir neçəsinin yaralanması haqda xəbər verir. Həmzəyev Vaqifin üstünə qışqırmışdı ki, dayan, əsgər nədir? Orada mənim 2 donuzum ölüb, sən niyə ölməmisən? 2 donuzun ölümünə görə briqada komandiri Vaqif Səfərovu işdən çıxardılar.
Şükürbəylidə 706 saylı briqadanın təchizat tağımı vardı. Əsgərlər yaxınlıqdakı bulaqdan su içirdilər. Həmzəyev düz bulağın başında donuz ferması tikdirdi. Əsgərlərə də deyirdi ki, donuzlar təmizdir, onların içdiyi sudan siz də için. Həmzəyev 7-8 il korpus komandiri oldu, həmin dövrdə onun təqsiri ucbatından ən azı 1000 əsgər ölüb.
Eldar Mahmudovun vaxtında onu tutub 5-6 gün saxladılar, 1-2 milyon pulunu alıb buraxdılar. Həbsi də ermənilərlə danışığa getməsi ilə bağlı idi. Ermənilərdən icazə alırdılar, qoyun sürülərini Şuşaya qədər aparıb otarırdılar. Torpaqlar işğal altında olanda bu adamlar qoyunlarının otlaması üçün ermənilərlə danışığa gedirdilər. Bu adamlar Nəcməddin Sadıkovun tör-töküntüləridir. Kim qarantiya verə bilər ki, bu gün də vəzifədə olan sadıkovçular ermənilərlə danışığa getməyəcək? Həmzəyevin cinayətləri təkcə bununla bitmir. Həmzəyev ermənilərin traktorlarını götürmək üçün batalyona hücum əmri vermişdi. Batalyon komandiri ilə yanaşı onlarla əsgər şəhid oldu. Bu gün də Nəcməddin Sadıkovun Azərbaycan Ordusunda adamları qalmaqdadır. Nə olsun ki, özü gedib, onun adamları qalıb!"
Hərbi ekspert deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərdi: “Azərbaycan əsgəri qeyrətlidir, mərddir, qorxmazdır, Vətən uğrunda canından keçməyə hazırdır. Vaxtında ordu rəhbərliyinə bu adamlar soxulmasaydılar, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün ordunu korrupsiyalaşmış sadıkovçulardan təmizləmək lazımdır. Zabitə yüksək əmək haqqı verilməlidir. 2 qat əmək haqları bərpa olunmalıdır. 600-700 manat maaşla zabit keyfiyyətli qulluq edə bilməz. İlk növbədə hərbi qulluqçuların maaşları 2-3 dəfə qaldırılmalıdır. Nəcməddin Sadıkovun, Rövşən Əkbərovun, Xəqani Cəbrayılovun, həmin o Həmzəyevin əmlakları müsadirə olunmalı və Azərbaycan Ordusunun təminatına yönəlməlidir”.
Hərbi ekspert deyir ki, Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır: “Bu adamların əli minlərlə əsgərimizin qanına batıb”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:17-03-2021, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-03-2021, 09:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29