reklam
Regionxeberlericom.az » Sosial » Həbs edilən idarə rəisi bəraət aldı - məhkəmə zalından azadlığa çıxdı

reklam

Həbs edilən idarə rəisi bəraət aldı - məhkəmə zalından azadlığa çıxdı


“Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb. Sabiq sədr bəraət alıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Ruslan Dilanov barəsində bəraət hökmü çıxarılıb. Ruslan Dilanova qarşı irəli sürülən ittihamların məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyi elan edilib.

İttihamda yazılırdı ki, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb.

Məlumata görə, bu vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaitilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb.

İttihamda göstərilir ki, həmin material və avadanlıqlar ticarətlə məşğul olan şəxslərə satılıb, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

Araşdırmalar 2013-2015-ci işləri əhatə edir.

Zərərçəkmiş tərəf "Bakı Lift Təmir" İstehsalat Birliyidir.

Törətdiyi əmələ görə, ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülmüşdü. Ruslan Dilanov ittihamlarla özünü təqsirli bilmirdi.


Paylaş:


Müəllif : Tarix:
18-03-2021, 11:18
Sikayət   


loading...
Загрузка...