Salyan avtovağzalında marşurutlar fəaliyyət göstərir? - Rəhbərlikdən açıqlama...
Moderator.az-ın redaksiyasına Salyan avtovağzalından ilginc məlumat daxil olub. Adının çəkilməsini istəməyən vətəndaş iddia edir ki, ölkədə martın 29-na kimi ictimai nəqliyyatın hərəkəti dayandırılsa da, Salyanda buna əməl edən yoxdur. Yəni Salyan avtovağzalının mikroavtobusları şəhərdaxilində fəaliyyətlərini adi günlərdəki kimi davam etdirirlər.
Məsələylə bağlı Moderator.az-ın əməkdaşı Salyan avtovağzalının sahibi Nurəddin Məlikovla əlaqə saxlayıb. N.Məlikov isə deyilənlərlə razılaşmayıb:
“Bizim avtovağzalda marşurutlar işləmir. Avtovağzal bağlıdır, hamı da evdədir. Marşurutlar fəaliyyət göstərə bilər, amma onların Salyan avtovağzalının marşurutları olması mümkün deyil. Kiminsə şəxsi maşını varsa, bu işlə məşğul olursa, biz ona müdaxilə edə bilmirik. Bu gün anam rəhmətə gedib, başımız qarışıqdı, bütün işçilərim də yas mərasimindədir. Biz dövlətin qanunlarına riayət edən adamlarıq”.
Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabineti bildirir ki, bayram günlərində ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək. Qərara əsasən, martın 20-i saat 00:00-dan martın 29-u saat 06:00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-03-2021, 11:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-03-2021, 11:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti