Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY
“Burda 22 ailə canını dişinə tutub yaşayır. Getməyə yerimiz olmadığına görə, məcburuq ki, dözək… Ancaq bir gün mütləq bu bina çökəcək və biz onun altında qalacağıq”.
Bakı şəhəri, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 22-də yerləşən ikimərtəbəli yaşayış binasının sakinləri narahatdır. Onların deməsinə görə, yaşı 100-ü keçmiş binanın hər an çökəcəyi qorxusu burada yaşayanların iliyinədək işləyib.
“Burda hamının taleyi sanki tükdən asılıdır. Hər an ölümümüzü gözə alıb nəfəs çəkirik. Uşaqdan tutmuş ahıllara qədər hər kəs qorxu içindədir və bu qorxu hissi illərdir ki, bizimlədir. Təsəvvür edin ki, gecənin bir aləmi şaqqıltıya ayılırsan, hiss edirsən ki, divarlar aralanır, döşəmənin altından sanki torpaq kütləsi axır… Dəfələrlə olub ki, səhərə yaxın qorxu canımızı bürüyüb, hamı evindən çıxıb, çölə toplaşıb. Deyirik, nə olacaqsa, heç olmasa yatmış vəziyyətdə baş verməsin, heç olmasa bəlkə kimsə canını götürüb qaça bildi. Halbuki, bina çöksə burdan qaçış yoxdur, hamı altında qalacaq”, – sakinlərdən biri danışır.
Sakinlər ara-sıra özləri təmir işləri aparırlar, ancaq bu, yetərli deyil. İstismar müddətini çoxdan başa vurmuş bina yaşamaq üçün təhlükəlidir:
“Borca-xərcə girib ev təmir edirik, bir dəfə güclü yağış yağmaqla bütün əziyyətimiz hədər olur. Tavanlardan başımıza şırıltıyla su axır. Çünki binanın dam örtüyü bərbad vəziyyətdədir, onu təmir etmək yox, yerli-dibli yeniləmək lazımdır, buna da maddi gücümüz çatmır. Bu, yalnız dövlətin görə biləcəyi işlərdir”.
Adil Vəliyevi sakinlər maraqlandırmır...

Sakinlərin gileyi aidiyyəti qurumlardandır. Onlar hesab edirlər ki, bu vəziyyət məmurları narahat etmir: “Hacıbala Abutalıbovun vaxtında xeyli yazmışıq ona… Heç bir nəticəsi olmadı. İndiki başçı Eldar Əzizova da yazmışıq. Eləcə cavab gəlir ki, məktub çatıb. Ancaq nəticə yoxdur. Sabunçu Rayon İcra Hakimiyyətinə yazırıq, 72 saylı Mənzil İstismaq Sahəsinin rəisi gəlir, binaya baxır, deyir, nə etmək olar, siz müraciətlərinizi dayandırmayın, davam edin, bəlkə nəticəsi oldu. Bir sözlə, 22 ailənin taleyi qalıb ortalıqda… Hara gedək, dərdimizi bundan o tərəfə kimə deyək, bilmirik. Bakıxanovun mərkəzindəki salamat binaları söküb, yerində göydələnlər ucaldırlar, çünki maraqları var, o göydələnlərdən milyonlar qazanırlar. Ancaq qaldığımız yer mərkəz deyil, istədikləri gəliri götürməyəcəklər deyə, bu binanı heç qəzalı binalar siyahısına da salmayıblar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-03-2021, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-03-2021, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti