Sülhməramlılar Qarabağı vaxtından əvvəl tərk edə bilər - NƏ BAŞ VERİR?
“Düşünmürəm ki, Qarabağda hər hansı lokal qarşıdurma olsun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəziyyəti yaxşı bilir və dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi artıq bitib. İndi bizim qarşımızda duran əsas məsələ diplomatik imkanlar hesabına Xankəndi və digər ərazilərimizi qaytarmaqdır. Hesab edirəm ki, zaman da bizim xeyrimizə işləyir”.
Bu fikirləri Reyting.az-a Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Rusiya Qarabağda uzun müddət qalmaq istəsə də, dünya dəyişir, xüsusilə Azərbaycan-Türkiyə tandemi güclənir. Bu səbəbdən, hətta mümkündür ki, sülhməramlılar vəzifələrini tam yerinə yetirib başa çatdırmamış Qarabağdan getsinlər.
T. Kərimlinin fikrincə, müharibənin yenidən başlayacağı haqda erməni siyasətçilərin iddiaları əsassızdır: “Hətta terrorçu dəstələr özbaşına hərəkət etsə, qarşısı dərhal alınar. Erməni cəmiyyəti artıq həqiqəti anlayır. Bəli, Kaliforniya, Fransa və Rusiyadakı erməni diasporu nələrsə deyə bilər. Amma nəzərə almaq lazımdır ki, bu adamlar nə Ermənistanda yaşayırlar, nə də onun ordusunda vuruşmaq istəyirlər. Ancaq pul buraxıb Ermənistan əhalisindən maşa kimi istifadə edir, hansısa saxta “Böyük Ermənistan” planının həyata keçirilməsinə çalışırlar. Ermənistanın hərbi baxımdan güclənməsinə yeganə dəstək verən ölkə isə Rusiyadır. Amma Vətən müharibəsindəki məğlubiyyətindən sonra Ermənistan ordusunu qurmaq üçün illər lazımdır”.
T. Kərimli diqqətə çatdırıb ki, Azərbaycan da yerində durmayıb: “Azərbaycan silahlanır, inkişaf edir, vəziyyəti götür-qoy edir, dünyada dostlarının sayını çoxaldır. Odur ki, müharibə çağırışlarını ciddiyə almıram”.
T. Kərimli əlavə edib ki, hazırda Ermənistan daxilində siyasi qüvvələrin hakimiyyət uğrunda didişməsi Azərbaycanın xeyrinədir:
“Ermənistanda müxtəlif xarakterli siyasi qüvvələr, kilsə, diasporanın təsirləri var. Ancaq heç kim Ermənistanın əvəzinə addım atası deyil. Bu mənada Ermənistan dağılma və miqrasiya probleminin öhdəsindən gələ bilmir. Üstəlik, ermənilər taxıl ehtiyatlarının müəyyən hissəsini işğal zonasından götürürdü. Ancaq indi bu da əllərindən çıxıb. Mineral su, qızıl yataqları da artıq yoxdur. Bu səbəbdən Ermənistanın gəlirləri getdikcə azalacaq. Elə buna görədir ki, ermənilər Ermənistanı tərk etmək haqqında düşünürlər. Dövlət də getdikcə aşınır, zəifləyir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-03-2021, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-03-2021, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti