Qarabağ qaziləri pensiyalarının azalmasına etiraz edir - Nazirlik isə deyir ki...
Məlumat verdiyimiz kimi, ölkə prezidentinin fərmanı ilə Qarabağ qazilərinə verilən president təqaüdləri artırılıb, Qarabağ müharibəsi iştirakçılarına kommunal xidmətlərə görə ödənilən müavinət ləğv edilərək, əvəzində onlara 80 manat həcmində prezxident təqaüdü təsis olunub.
Artımlar və yeni təqaüd bu il aprelin 1-dən hesablanmağa başlayıb. Lakin Qarabağ qaziləri təqaüd artımını, müharibə veteranları isə prezident təqaüdünü bu aydan almağa başlayıblar. Pensiyalar verilməyə başladıqda məlum olub ki, Qarabağ qaziləri üçün kommunal xidmətlərə görə müəyyənləşdirilmiş aylıq 11 manat müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ləğv edilib. Bu isə Qarabağ qaziləri tərəfindən etirazla qarşılanıb. Redaksiyamıza onlar tərəfindən çoxsaylı müraciətlər daxil olur, sosial şəbəkələrdə yüzlərlə şəxsin etirazı yer alır.
Məsələ ilə bağlı “Yeni Müsavat”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müharibə əlillərinin əlilliyə görə əmək pensiyasına “Əmək pensiyaları haqqında” AR Qanununun 19.1.6-cı maddəsinə əsasən (hazırda qüvvədən düşüb), eləcə də döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əlavə hesablanmışdı: “Artıq bildiyiniz kimi, müharibə veteranları üçün aprelin 1-dən aylıq 80 manat təqaüd təsis edildi, ona görə də qanunun tələbi ilə həmin 11 manat dayandırıldı. Yəni vətəndaş bundan 7,5 dəfə çox vəsaitlə təmin edilir. Eyni zamanda aprelin 1-dən I dərəcə müharibə əlillərinin təqaüdü 182 manatdan 250 manata, II dərəcə müharibə əlillərinin təqaüdü 158 manatdan 230 manata, III dərəcə müharibə əlillərinin təqaüdü 121 manatdan 210 manata çatdırıldı. Buna görə onların da əmək pensiyasına vaxtilə əlavə olunmuş 11 manat dayandırılıb. May ayında pensiyalar verilərkən həm aprel, həm da may ayı üçün həmin 11 manat dayandırılsa da (cəmi 22 manat), əvəzində iki ayın birgə artımı bundan dəfələrlə çoxdur. Yəni tutaq ki, II dərəcə müharibə əlilinin əmək pensiyasından aprel-may ayları üzrə 22 manat kəsilir, lakin bu iki ay üzrə onun aldığı təqaüddə (158 manatdan 230 manata çatdırılıb) 144 manat (72+72) artım özünü göstərir. Sadəcə olaraq, pensiyalar adətən təqaüdlərdən daha əvvəl ödənildiyi üçün vətəndaş pensiyasını alarkən hələ ki həmin o 22 manat azalmanı görür. Lakin təqaüdünü alarkən bundan dəfələrlə çox artımı da alacaq”.
Qarabağ Qaziləri Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlunun sözlərinə görə, ölkə prezidentinin imzaladığı fərmanda Qarabağ qaziləri üçün ödənilən 11 manat kommunal xidmət müavinətinin ləğvi ilə bağlı müddəa yoxdur: “Bu məsələyə görə Qarabağ qaziləri arasında ciddi narazılıq var, xüsusilə rayonlarda olan döyüşçülər kəskin etiraz edirlər. Biz hələ prezident fərmanı imzalanandan az sonra bununla bağlı məlumat almışdıq. Bütün qazi və şəhid ailələrinin birlikləri müraciət etdik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. Bizi nazirliyə dəvət etdilər, nazirin müşaviri Mustafa Abbasbəyli ilə görüşdük. İlk olaraq, nazirliyin bəzi vəzifəli şəxsləri bildirdilər ki, qazilərə kommunal xidmətlərdən istifadəyə görə təyin olunan 11 manat əlavəyə toxunulmayacaq. Görüşdə maraqlı müzakirələr apardıq, onlar məsələni araşdırmaq üçün bizdən vaxt istədilər. Sonradan zəng vurub dedilər ki, bəli, doğrudan da 11 manatlıq əlavə ləğv olunur. Amma məsələ burasındadır ki, prezident fərmanında həmin əlavənin Qarabağ müharibəsi veteranları üçün ləğv olunması qeyd edilib - əvəzində onlara prezident təqaüdü təyin olunub. Qarabağ qazisinə bunu niyə şamil edirlər, anlaşılmır. Bu, qanunsuzluqdur. Biz bunu pisləyirik, hesab edirik ki, bu qanunsuzluq aradan qaldırılmalıdır. Prezident Qarabağ qazilərinin təqaüdünü artırıb, amma deməyib ki, əvəzində kommunal xidmətlərə görə olan əlavəni ləğv edin”.
R.Kərimoğlunun sözlərinə görə, Qarabağ qaziləri və şəhid ailələri ictimai birliklərinin nümayəndələri ilə ƏƏSMN rəsmiləri arasındakı görüşdə nazirliyə təkliflər təqdim olunub: “Müharibə əlilləri, şəhid ailələri, veteran birlikləri adından onlara 35-ə yaxın təklif təqdim etdik. Həmin təkliflər Qarabağ qaziləri, şəhid ailələri və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Görüşdə və ondan sonra bizə verilən məlumatlara görə təkliflərimizin xeyli hissəsi hökumət tərəfindən qəbul olunub. İnanırıq ki, bu məlumatlar reallığa çevriləcək və Qarabağ qazilərinin, şəhid ailələrinin, veteranların sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılacaq. Biz bu addımları gözləyirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2019, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-05-2019, 10:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
Bu gün, 15:39