reklam
Regionxeberlericom.az » Sosial » İşləyən pensiyaçılar sosial sığorta haqqı ödəməkdən azad edilə bilər - Nazirlikdən AÇIQLAMA

reklam

İşləyən pensiyaçılar sosial sığorta haqqı ödəməkdən azad edilə bilər - Nazirlikdən AÇIQLAMA



Ombudsman işləyən pensiyaçıların sosial təminat hüququnun səmərəli təmin edilməsi və onların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi məqsədilə "Sosial sığorta haqqında" qanuna dəyişikliklərin edilməsini təklif edib. Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işləyən pensiyaçılar məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilə bilərlərmi sualını ünvanlayıb.

Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, işləyən pensiyaçıların sosial sığorta sistemi ilə əhatə olunması onların əsas sosial hüquqlarından biridir və sosial sığorta sistemi ilə əhatə olunmaq onlara öz pensiyalarını artırmaq üçün fərdi hesablarında əlavə vəsait toplamaq imkanı yaradır.

Belə ki, yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş pensiyaçının pensiyası yenidən hesablanaraq artırılır. "Əmək pensiyaları haqqında" qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.
"Əgər şəxs yaşa görə pensiya təyin olunduqdan sonra 6 ildən də az işləyirsə və artıq işləməkdə davam etmirsə, o zaman da pensiyası yenidən hesablanır, yaşa görə pensiya təyin olunduqdan sonra fərdi hesabında nə qədər vəsait toplayıbsa, müvafiq qaydada hesablanaraq pensiyasına əlavə edilir. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir", - deyə nazirlikdən bildirilib.
Nazirlik "İşçilərin ixtisarı zamanı yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması mümkündürmu" sualını da cavablandırıb: "Azərbaycanda beynəlxalq normalara uyğun əmək qanunvericiliyi mövcuddur. Qanunvericilik işəgötürənlərin və işçilərin hüquqlarını eyni dərəcədə özündə ehtiva edir. Qeyd edilən hansısa belə qadağa istər beynəlxalq əmək standartlarında, istər milli qanunvericilikdə nəzərdə tutulmayıb".

Qeyd edək ki, Ombudsman işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması və bununla bağlı Əmək Məcəlləsinə əlavələrin edilməsini təklif edib.



Paylaş:


Müəllif : Tarix:
25-03-2021, 10:32
Sikayət   


loading...
Загрузка...