Neftçalada 1500 hektarlıq ərazidə qanunsuz balıq gölləri KİMİNDİR? - İDDİA
Xəbər verdiyimiz kimi bir neçə gündür ki, redaksiyamıza Salyan və Neftçala rayonlarında baş verən məmur özbaşınalıqları ilə bağlı şikayətlər daxil olmaqdadır.
Moderator.az-ın redaksiyasına ünvanlanan şikayət məktubunda bildirilir ki, Neftçala rayonunda 1500 hektarlıq ərazidə məmurlara məxsus qanunsuz balıq gölləri var. Həmin balıq göllərindən biri vaxtilə Nefçalanın, Sabirabadın və daha sonra isə İmişlinin icra başçısı vəzifəsində çalışan Əbülfəz Ağayevə məxsusdur.
Araşdırmalar nəticəsində o da aydın oldu ki, sən demə Ə.Ağayev 1957-ci ildə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olub. Əlbəttə, Ə.Ağayev öz rayonunu qoyub, başqa yerdə özünə biznes qurası deyildi ki.
Həmin qanunsuz balıq göllərindən biri də Neftçalanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən keçmiş icra başçısı İsmayıl Vəliyevə məxsusdur. Əgər yadınızdadırsa, İ.Vəliyevin rayonda eşşək ferması olduğu da bildirilirdi.
Bundan əlavə rayonda Lapatin qışlaq və Mayak qəsəbəsində məmurlar tərəfindən 10 min hektarlıq ərazidə arpa və buğda əkilib. Sahibkarlar bildirir ki, rayonda fəaliyyət göstərən Sulardan İstifadəedənlər Birliyi əsas diqqəti həmin məmurların balıq göllərinə və əkin sahələrinə yönəldir. Aşağı təbəqədən olan əkin sahibləri ilə isə müqavilə bağlayıb öhdəlik götürmür.
Məsələylə bağlı Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin sədri Ramil Salmanovla əlaqə saxladıq. R.Salmanov isə saytımıza açıqlamasında rayon ərazisində məmurlara məxsus qanunsuz balıq gölləri ilə bağlı bizə məlumat verə bilməyəcəyini bildirdi:
“Sulardandan İstifadəedənlər Birlikləri Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə aid bir qurumdur. Onların Dövlət Aqrar İnkişaf Mərkəzlərinə heç bir aidiyyatı yoxdur. Biz hazırda Dövlət Aqrar İnkişaf Mərkəzləri olaraq elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi ilə məşğuluq. Biz qurum olaraq fermerlərin yanındayıq və həmin su idarələrinə heç bir müdaxilə edə bilmərik. Qaldı ki, rayonda olan qanunsuz balıq gölləri ilə bağlı sizə heç bir məlumat verə bilmərəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-03-2021, 12:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-03-2021, 12:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti