KTN-də Rəşad Vahabzadənin subsidiya saxtakarlığı: Və yaxud… – TOXUM SUBSİDİYASINDA “SOX-HA-SOX”
Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir.
Lakin KTN yanında AXA Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin direktoru Rəşad Vahabzadə bu məsələdə səmimi görünmür və onun üçün ən prioritet məsələ özünün mənafeyi, şəxsi qazancıdır. Sonuncu vəzifəsinədək Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) mərkəzində direktor işləyib. Onu da qeyd edək ki, Agentliyin mütəxəssisləri daha 12 regional toxum sertifikatlaşdırma mərkəzində (RTSM- Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad) toxumçuluq (buğda və arpa) təsərrüfatlarında aprobasiya (əkinlərin xəstəliyə yoluxması, alaqlanma dərəcəsi və s.) həyata keçirir, müvafiq standartın tələblərinə cavab verməyən əkin sahələrini çıxdaş edir, toxumların səpin keyfiyyəti üzrə analizlər aparırlar.
RealMedia.az xəbər verir ki, Rəşad Vahabzadə 2019-cu ilin oktyabr ayında vəzifədə irəli çəkiləndən sonra Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (RDAİM), regional toxum sertifikatlaşdırma mərkəzləri, aqrokimya laboratoriyaları toxum istehsalçılarını istehlakcı ilə birbaşa əlaqələndirmək və toxum bazarının formalaşmasına dəstək vermək, fermerlərə torpağın məhsuldarlığının, fiziki göstəricilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini göstərmək vəzifələrini unudub, Rəşad Vahabzadənin instruktaj etdiyi maxinasiyaları reallaşdırmaqla məşğuldur. Belə ki, Rəşad Vahabzadənin adamları yerli qurumların nümayəndələri fermerlərlə, təsərrüfat rəhbərləri ilə sövdələşməyə gedərək, onlara guya anbarlarında təmizlənmiş toxum qalığının olduğunu saldo kimi göstərməyə razı salırlar. Bu saxtakarlığa həm bəri başdan, həm də sonradan bu təyinatla ayrılan subsidiyaları mənimsəmək üçün qol qoyulur. Əlbəttə ki, bu korruptiv layihənin təşəbbüsçüsü və ilhamverici qüvvəsi kimi mənimsənilən vəsaitin əhəmiyyətli bir hissəsi Rəşad bəyin payına düşür. Bu xüsusda maxinasiyalarla bağlı RealMedia.az-ın redaksiyasına ilginc məlumatlar daxdil olmub. Həmin məlumnatlarda ehtiva olunan faktlar üzrə araşdırmalarımız davam edir və son dəqiqləşdirmələrdən sonra oxuculara konkret rəqəmlər açıqlayacağıq.
Xatırladaq ki, toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilir.
Davamı var…
RealMedia.az
Paylaş:
Müəllif : Yazar
Tarix:29-03-2021, 15:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-03-2021, 15:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29