Rusiya “Sputnik V” vaksinini niyə xaricdən alır? - MÜƏMMALI VƏ MARAQLI MƏSƏLƏ
Rusiya hökuməti “Sputnik V” vaksininin istehsalı üzrə Cənubi Koreya ilə müqavilə bağlayıb və bu ölkə artıq Rusiyaya peyvənd göndərib. Hindistandan bir şirkətlə də eyni plan həyata keçiriləcəkRusiya “Sputnik V” vaksinini dünyaya alimlərinin uğuru kimi təqdim edir. Amma ölkənin peyvəndləmə proqramı idxal olunan vaksindən də asılıdır. Bu haqda “The New York Times” qəzeti yazır.
Qəzet yazır ki, razılaşmaların şərtləri açıqlanmadığından idxalın miqyasını dəyərləndirmək çətindir. “Amma bunlar Rusiyanın vaksin ixracatçısı kimi pandemiyada rolu haqda ehtiyacı olan ölkələr qarşısındakı təqdimatına ziddir”, – məqalədə bildirilir. İdxalın gələn həftələr və aylar ərzində sürətlənəcəyi gözlənir.
Rusiya rəsmiləri ötən payız deyirdilər ki, xaricdəki istehsal ölkənin tələbatının yalnız bir qismini ödəyə bilər. Amma o vaxtdan idxal olunan məhsul haqda susublar. Rusiya dekabrda Cənubi Koreyanın GL Rapha şirkətindən iki yük təyyarəsi peyvənd alıb, bir neçə günə daha biri gəlməlidir.
Hindistan diplomatları da Rusiyanın hazırladığı vaksindən bu ölkəyə göndəriləcəyini bildiriblər. Rusiyanın Hindistanla dörd istehsal sazişi imzaladığı xəbər verilir. Rusiyanın özündə vaksin istehsalının ləng getməsinə səbəb istehsalçıların Çindən biotexnologiya avadanlığını əldə edə bilməməsidir.
Prezident ötən həftə Vladimir Putin elan edib ki, ölkədə 8.9 milyon nəfərə vurmağa Sputnik V peyvəndi var. Amma hələlik, əhalinin yalnız 4.4 faizinə azı bir doza vurulub. Avropa Birliyində bu göstərici 10, Birləşmiş Ştatlarda isə 26 faizdir.
virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:29-03-2021, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-03-2021, 15:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti