reklam
Regionxeberlericom.az » Sosial » Şəhidin şəhidlik statusu NİYƏ LƏĞV EDİLİB? - REAKSİYA

reklam

Şəhidin şəhidlik statusu NİYƏ LƏĞV EDİLİB? - REAKSİYA



Ötən buraxılışımızda Göygöldə Şəhidlər Xiyabanında dəfn edilmiş hərbçinin şəhidlik statusunun ailəsindən xəbərsiz ləğv edilməsi barədə məlumat vermişdik.

Belə ki, Göygöl rayonun sakini Seymur Nəcəfov Əlifala oğlu Hurriyyet.org-a müraciət edərək bildirib ki, 1993-cü ildə Birinci Qarabağ döyüşlərində şəhid olan qardaşı Yəhya Nəcəfovun şəhidlik statusu ailəsindən xəbərsiz ləğv edilib. Maraqlısı budur ki, Yəhya Nəcəfov Şəhidlər Xiyabanında dəfn edilməsinə və şəhidliklə bağlı bütün sənədlər qaydasında olmasına baxmayaraq Apellyasiya Məhkəməsinin hakimi Afiq Hüseynzadə onu qismən şəhid olmasıyla bağlı qərar qəbul edib. Nəhayət ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Hürriyyətin sorğusuna cavab verilib. Dövlət xidmətindən bildirilib ki, əvvəllər verilmiş vəsiqənin geri alınması və ya statusun ləğv edilməsi həmin vəsiqəni (statusu) verən orqanın səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsinə müraciət edilməlidir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.2-ci maddəsinə əsasən, şəhid ailələrinə vəsiqəsi (statusu) gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir.

Əvvəllər verilmiş vəsiqənin geri alınması və ya statusun ləğv edilməsi həmin vəsiqəni (statusu) verən orqanın səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsinə müraciət edilməlidir”.

QEYD: Mövzunu davam etdirəcəyik. //hurriyyet.az//


Paylaş:


Müəllif : Tarix:
30-03-2021, 14:26
Sikayət   


loading...
Загрузка...