Rusiya MN-nin Qarabağ məlumatında qalmaqallı ifadə - ETİRAZ ETMƏYİN VAXTI DEYİLMİ?
Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı artıq aylardır davam edən gündəlik xəbər bülletenlərində yanlış ifadələrdən istifadə edilməsi ilk dəfə deyil. Ancaq Rusiya Müdafiə Nazirliyinin rəsmi səhifəsində hər dəfə xüsusi vurğu ilə yazılan bir ifadəyə - daşıdığı iqtisadi, bizim kontekstdə isə həddən artıq böyük siyasi mahiyyət daşıması səbəbindən - etiraz etməyin vaxtıdır.
Rusiya sülhməramlıları Azərbaycan Ordusunun və yaxud inşaatçılarımızın 15 hərbi yük maşınından ibarət konvoyunu – 80 ton elektrik və tikinti materialını – Kəlbəcərə MÜŞAYİƏT edib. Sağ olsunlar! Ancaq bunun Rusiya Müdafiə Nazirliyinin bülletenində ifadəsinə baxın:
“Sülhməramlı kontingent Azərbaycanın tərkibinə qayıdan ərazilər arasında humanitar yükün TRANZİTİNİ təmin edib”.
Nəqliyyat tranziti - sərnişin və ya yüklərin bir ölkədən digərinə aralıq ölkədən daşınması mənasını özündə ehtiva edir. “Azərbaycanın tərkibinə qayıdan ərazilər arasında” sözlərindən də görünür ki, Rusiya MN bu ifadəni məhz düşünərək seçib və azad edilən Kəlbəcərlə, məsələn, Suqovuşan “arasındakı” ərazilərdən “tranzitə” yardım edir.
Başqa sözlə, bu, aydınlaşdırılmalıdır: Rusiya MN keçmiş və qondarma “dqr” “coğrafiyasını” ayırma cəhdi düşünülmüş siyasətdirmi?
Faktiki olaraq, Rusiya Müdafiə Nazirliyi Azərbaycanın ərazi bütövlüyü və Qarabağ məsələsinə Kremldən fərqli mövqe sərgiləməkdə davam edir. Kreml, o cümlədən Rusiya lideri Putin 44 günlük müharibədən sonra iki dəfə rəsmən elan edib: “Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub”!
Bu, hazırda sülhməramlı funksiyasını yerinə yetirmək üçün gəldiyi deyilən bir ölkə rəhbərinin pozitiv açıqlaması olmaqla bərabər, ermənilərə verilən bir mesajdır. Bəs, Rusiya MN niyə hər dəfə hansısa formada bu siyasətə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə sayğısını göstərmir? Niyə bütün vasitələrlə keçmiş və qondarma “dqr”i hansısa formada “yaşatma” çabası göstərir?
Hər bir halda Rusiya MN-in bu mövqeyi gündəmə gətirilməli və izahat tələb edilməlidir.
E.Mirzəyev
Bakupost.az
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2021, 15:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-03-2021, 15:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti