Azərbaycan antiterror əməliyyatına hazırlaşır - Ərazi bütövlüyümüz tam təmin edilməlidir...
Ermənistanın son işğal mərhələsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü növbəti dəfə (1988-1994) pozuldu və 16,2 min kv km. torpaq sahəsi işğal edildi. Bişkek protoklunun bağlanmasından (1994) Vətən savaşına qədər keçən (2020) 26 il müddətində işğal rejimi davam etməklə yanaşı, beynəlxalq hüquq və BMT, ölkələr, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyün tanıdıqlarını təsdiq etdilər. Bu, 1992-ci ildə BMT-yə, 2001-ci ildə AŞPA-ya üzv qəbul ediləndə də təsdiqləndi.
Bu barədə KONKRET.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli fikir səsləndirib. O bildirib ki, bizim Ermənistan tərəfdən olduğunu hesab etdiyimiz əksər ölkələr də ərazi bütövlüyümüzü tanımamaqla bağlı hansısa radikal addımlar atmasalar da, praktiki olaraq ATƏT Minsk Qrupu çərçivəsində yürüdülən danışıqlar prosesi nəticə verməyib. Yəni ərazi bütövlüyümüz tanınır, amma faktiki ərazimiz bütöv deyil: “Bu vəziyyət 26 il boyunca davam etdi və Azərbaycan 27 sentyabrdan, 10 noyabra qədər sözügedən ərazinin 75 faizini azad etməklə ərazi bütövlüyünün həmin faiz hissəsini təmin edə bildi.
Amma 10 noyabr razılaşması, Rusiya sülhməramlılarının növbəti 5 il ərzində keçid dövrünü həyata keçirməli və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməlidir. Ərazi bütövlüyünün tam təmini o deməkdir ki, Azərbaycan hakimiyyət orqanları orda fəaliyyətə başlayır, hüququn yurisdiksiyası təmin edilir, dövlətin simvolları istifadə edilməyə başlayır. Bu indiki halda mümkün deyil və baş verən narahatlıqlar fonunda bütün diqqət Azərbaycan prezidentinə yönəlir: “Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Uzun illər bunlar “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu Paşinyan, deyəsən bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq”.
Nəticəyə gəlincə Əlibəyli bunları söyləyib: “Ərazi bütövlüyümüzün ilk 75 faizinin təmin edilməsi üçün 26 il gözləmək lazım gəldi və ən çətin situasiyalardan yararlanaraq böyük ölçüdə tarixin gedişatı dəyişdi. İndi masada 25 faizlik ərazinin taleyi qalıb. Bu bölgə ilə bağlı:
a) Azərbaycan ərazi bütövlüyü tanınır,
b) Azərbaycan tərəfi antiterror əməliyyatına hazırlaşır,
b) Türkiyə – Pakistan- Azərbaycan hərbi birliyi və müasir ordumuz qurulur,
c) Rusiya ilə bağlı toqquşmalar üçün ərazi buraxılmır,
ç)Digər bölgələrdə yaşanan proseslərdən Qarabağda uğurlu alət kimi yararlanmaq.
Yalnız bir həqiqət var ki, reallıq dəyişib, biz və müttəfiqlərimiz çox güclüyük, vaxtımız isə ümumiyyətlə yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2021, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-04-2021, 11:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti