“Kəlbəcərin işğal edilməsinin başında o adam dayanıb” - İTTİHAM
44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Eyni zamanda illərlə Azərbaycan xalqına, dövlətinə xəyanət edənlərin də bir daha təsbit olunmasına, özlərini ifşa etmələrinə yol açdı. Əslində bu zatların 1-ci Qarabağ savaşından kimlikləri bilinirdi. O dövrdəki əməlləri də unudulmayıb. 2020-ci ilin sentyabrında başlanan və şanlı tarix səhifəmizə çevrilən müharibənin qızğın çağında 2 generalın ordudan uzaqlaşdırılması xəbəri bir anda cəbhə bölgəsindən gələn xəbərlər sırasından önə keçdi. Ordudan qovulanlar Rövşən Əkbərovla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Rövşən Əkbərov artıq həbs olunub. Nəcməddin Sadıkov isə gah Rusiyada, gah Dubayda peyda olur. Azərbaycanda isə orduya yaxından-uzaqdan bələdçiliyi olan hər kəs onu yaxşı tanıyır. Nəcməddin Sadıkovun yenidən vəzifəyə qaytarılması xəbərləri də bu baxımdan olduqca neqativ qarşılanır.
“Kəlbəcərin verilməsində ən böyük “xidməti” Nəcməddin Sadıkov göstərib”
Siyasi elmlər doktoru, professor, Qarabağdakı hadisələrin təfsilatını aydınlaşdırmaq üçün 1993-cü ildə yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkovun barəsində bu gün də cinayət işi var: “1993-cü ildə deputat istintaq komissiyası araşdırma apardı, məlum oldu ki, Kəlbəcərin verilməsində ən böyük xidməti Nəcməddin Sadıkov göstərib. Əvvəlcə 703 saylı briqadanın komandiri idi, sonra da korpus komandiri oldu. Məlum oldu ki, bu adam Rusiya hərbi kəşfiyyatının elitasına daxildir. 10 illərlə yetişdirilə bilən bir kadrdır. Adam Azərbaycan torpaqlarını təhvil verə-verə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olub. 44 günlük müharibə göstərdi ki, Nəcməddin Sadıkov əvvəlki xidmətini davam etdirir, Azərbaycana xəyanətləri dayandırmayıb”.
Bu gün də Rusiya Nəcməddin Sadıkovu müdafiə edir?
“Rusiya bu gün də onu müdafiə edir, itirmək istəmir. Çünki Nəcməddin Sadıkov Azərbaycan Müdafiə Nazirliyi sisteminə A-dan Z-yə qədər bələd olan yüksək rütbəli biridir. Digərlərinin əli ilə Rusiya Azərbaycana qarşı hərbi sahədə istədiyi səviyyədə təxribat hərəkətlərini gerçəkləşdirə bilmir. Nəcməddin Sadıkov isə bu işi yüksək səviyyədə həyata keçirmiş kadrdır, ona inanırlar. Onun arxasında Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsi, Baş Kəşfiyyat İdarəsi dayanır”.
“Bilə-bilə ki, Nəcməddin Sadıkov bu millətə, bu dövlətə xəyanət edir, dayanıb baxırsız”
Politoloq deyir ki, 1993-cü ildə deputat istintaq komissiyasında Nəcməddin Sadıkovun Rusiya Baş Hərbi Kəşfiyyat və Baş Kəşfiyyat İdarələrinə bağlılığı, onların yetişdirdiyi kadr olması haqda məlumat olub: “O zaman Müdafiə Nazirliyinin generalları ilə bu mövzuda söhbət oldu. Dedim ki, nazirlikdə bir vətənpərvər, Vətən üçün canında keçə bilən kadr yoxdur ki, bunu aradan götürsün? Bu adam yüzlərlə, minlərlə Azərbaycan hərbçisinin qanına bais olub. Bu adam xəyanətkar fəaliyyətini vəzifədə olduğu bütün dövrlərdə davam etdirib. ”Tərtər işi"ndə, “Tovuz işi”ndə, digər işlərdə də bunu gördük. O zaman söhbət zamanı dedim ki, aranızda bir kişi yoxdur ki, bunu koridorda vurub yıxsın? Dedilər ki, yaxşı deyirsən, amma biz neyləyək? 5 general vardı söhbətdə, dedim 1 adam tapıb bunu sıradan çıxar bilmirsiz? Bilə-bilə ki, Nəcməddin Sadıkov bu millətə, bu dövlət ə xəyanət edir, dayanıb baxırsız. Adam birmənalı şəkildə 30 ildir ki, Azərbaycana qarşı hərbi terror həyata keçirir".
“Bunu bütün millət bilsin”
Politoloq deyir ki, Nəcməddin Sadıkovun yenidən vəzifəyə qaytarılması 44 günlük müharibə dönəmində işğaldan azad edilən Azərbaycan torpaqlarının geri qaytarılması demək olacaq: “Nəcməddin Sadıkovu vəzifəyə qaytarsalar, tam məsuliyyətlə deyirəm, deməli, Azərbaycan Qarabağdan əl çəkir. Bunu bütün millət bilsin. Bu adam o zaman Kəlbəcəri ermənilərə təhvil verdi. Vəzifəyə qaytarsalar Şuşanı və ya Hadrutu ermənilərə qaytaracaq. Nəcməddin Sadıkov tam şəkildə millətimizi sevməyən, bu millətə düşmən olan, qənim kəsilən adamdır”.
“Barəsindəki xəyanət dosyeləri mediada kifayət qədər yayılıb”
“Nəcməddin Sadıkovu 44 günlük müharibənin ortasında ordudan sakitcə yola saldılar. Bir müddət üzə çıxmadı və bir neçə gün əvvəl dəniz çimərliyi paltarında, qolunda saat Dubayda peyda oldu. Maraqlı detal da bu idi ki, Nəcməddin Sadıkov saata baxır, sanki geri qayıtma saatına az qalmasına işarə edirdi”.
“Onun geri qaytarılması mümkündürmu” sualına politoloq “Nəcməddinin vəzifəyə geri qaytarılacağına inanmıram. Barəsindəki xəyanət dosyeləri mediada kifayət qədər yayılıb” deyə cavab verdi.
“O, birmənalı şəkildə ifadə verib ki, Kəlbəcəri ermənilərə təhvil verən Nəcməddin Sadıkovdur”
Maraqlıdır ki, Azərbaycan Hərbi Prokurorluğu Nəcməddin Sadıkov barəsində cinayət olub-olmaması haqda sorğuları da cavabsız buraxır. Bunun səbəbi nədir?
“Kəlbəcərin işğal olunması ilə bağlı cinayət işində Nəcməddin Sadıkovun adı birbaşa əsas fiqurant kimi keçir. General-mayor Zadir Rzayev var, ifadə verib ki, Kəlbəcəri ermənilərə təhvil verən Nəcməddin Sadıkovdur. Kəlbəcərin verilməsi işinin başında duran şəxs kimi məhz Nəcməddin Sadıkovun adını çəkib. O zaman Nəcməddin Sadıkovun əvəzinə Əzizağa Qənizadəni tutdular. 701 saylı briqadanın komandirini tutub onun əvəzindən mühakimə etdilər. Azərbaycanın Hərbi Prokurorluğunun bu qədər qorxmasına ehtiyac yoxdur. Dövlətin maraqları olan yerdə qorxunu bir kənara qoyub vəzifələrini yerinə yetirməlidirlər. Ali Baş Komandana heyranam ki, bu qədər satqının, xəyanətkarın, qorxağın içində 44 günə Qarabağı işğaldan azad etdi. 44 günlük müharibə Rusiyanın uşaqlarını tam olaraq ortaya çıxardı. Nazirindən tutmuş yerlərdə ruslara-ermənilərə işləyənlər məcburən özlərini göstərməli oldular. Bu gün xəyanətlərdə əli olan, Rövşən Əkbərovdan sonra həbs olunası 4-5 general da var. Bu generallar da xəyanətkardır. Parket generalları var, kabinetdən çıxmayıb general rütbəsi alıblar. Özləri də, uşaqları da bu gün də Müdafiə Nazirliyini dağıtmaqla məşğuldurlar. Müharibə əsl hərbi generalların kimlər olduğunu göstərdi: Hikmət Mirzəyev, Kərəm Mustafayev, Kərəm Vəliyev, Mais Bərxudarov, Yaşar Aydəmirov və Heydər Piriyev. Bu gün Azərbaycan Müdafiə Nazirliyində 35 general var. Çinin 1 milyon 200 minlik ordusu var, orada cəmi 196 general var. Azərbaycanın hüquq-mühafizə orqanlarında isə generalların sayı 220-ni ötüb. Bu say Rusiya uşaqlarının hesabınadır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2021, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-04-2021, 11:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16