reklam
Regionxeberlericom.az » Sosial » Rayon müəllimləri etiraz etdi – “Niyə ayrı-seçkilik olunur, biz yoluxub ölməliyik?"

reklam

Rayon müəllimləri etiraz etdi – “Niyə ayrı-seçkilik olunur, biz yoluxub ölməliyik?"



Aprelin 5-dən Bakı, Gəncə, Sumqayıt, Abşeronda məktəblərdə tədrisin dayandırılması pedaqoji heyətin koronavirusdan qorunması məqsədi daşıyır. Lakin pandemiya təkcə Bakıda yox, bütün Azərbaycanda pik həddədir, rayonlarda da koronavirusa yoluxub vəfat edən müəllimlər çoxdur.

Medicina.az xəbər verir ki, 2 gündür saytımıza həm Bakı, həm rayon məktəblərindən müəllimlər müraciət edərək dərslərin dayandırılmasını istədiklərini bildirirdilər.
Bu gün Bakı və Sumqayıt, Gəncə üzrə məktəblərin bağlanması xəbəri ən çox müəllimləri sevindirdi.
Lakin rayon məktəblərinə bu qərar şamil edilmir.

Artıq rayon məktəblərində müəllimlər böyük narahatlıq keçirir.

Saytımıza müraciət edən Yexlax rayon Aşağı Qarxun kənd məktəbinin müəllimi vəziyyətin ağır olduğunu, artıq 3 müəllimin koronavirusdan vəfat etdiyini deyərək, rayon məktəblərinin də bağlanmasını istədilər.

“Bakıdakı müəllimlər virusdan qorunmalıdır, biz yox? Biz yoluxub ölməliyik? Hər gün birimiz yoluxuruq. Burda səhiyyə, tibb də bərbaddır. Təhsil nazirinin səhifəsinə yazırıq, xeyri yoxdur. Gözləyirdik ki, aprelin 5-ə bağlanar, amma rayonlar nəzərə alınmadı. Niyə belə ayrı-seçkilik olunur ki? Hər gün qorxa-qorxa dərsə gedirik. İşləməsək direktor töhmət yazır”.


Paylaş:


Müəllif : Tarix:
1-04-2021, 17:18
Sikayət   


loading...
Загрузка...