İki təhsil sistemi arasında qalan məktəbli psixologiyası: - “Birmənalı olaraq vahid sistemə keçilməlidir”
Xəbər verdiyimiz kimi, mövcud pandemiya şəraiti ilə əlaqədar növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Təhsil Nazirliyindən verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.
Məlumdur ki, bu cür dəyişiklik şagirdlərin mövcud vəziyyətə adaptasiya olmasında ciddi problemlər yaradır. İki təhsil sistemi arasında qalan uşaqların dərsləri mənimsəmə prosesində də zəifləmə müşahidə olunur. Xüsusilə də ibtidai siniflərdə təhsil alan uşaqlar artıq məktəb anlayışına tam öyrəşə və dərsləri ciddiyə ala bilmir.
Əvvəllər ancaq distant, daha sonra hibrid, ardınca yenidən distant təhsil alan məktəblilərin psixologiyası ürəkaçan deyil.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan psixoloq Vüsalə Əmiraslanova bildirib ki, uşaqlar artıq onlayn təhsil sisteminə öyrəşiblər:
“Onlayn təhsil onların vaxtlarına qənaət edir, sadəcə elə fənnlər var ki, onları onlayn tədris etmək olmur. Dərslərin ənənəvi qaydada təşkil edilməsinin tərəfdarıyam. Lakin bu zaman uşaqlar az-az qruplarda birləşdirilməlidir. Ən azından, birmənalı olaraq uşaqları vahid rejimə öyrəşdirmək lazımdır. Bi gün uşaq məktəbə gedir, növbəti gün isə deyirlər, dərs yoxdur. Onlayn dərslərin özü belə bir gün olur, bir gün yox. Bütün məsələlər – internetin sürəti, şagirdlərin telefon, ya da kompüterlə təmin olunması kimi məsələlər tam həll edildikdən sonra onlayn təhsillə ənənəvi təhsili birləşdirmək olar”.
Psixoloq hazırkı şəraitdə uşaqlarda hansı psixoloji halların yarandığını da izah edib:
“Məsələn bu gün müəllim dərsi keçir, uşaqların davamiyyətini yoxlayır. Sabah isə artıq kimdəsə internet problem yaranır və müəllim qeydiyyat edərək şagirdləri yoxlamır. Uşaqlar da belə olan halda düşünürlər ki, onsuz da müəllim yoxlamır, oxumasam, daha yaxşıdır. Dərslər onlayn keçirilsə belə, şagirdlərə daimi nəzarət sistemi olmalıdır. Ya müəllimin özü hansısa yolla hər gün şagirdləri yoxlamalıdır, ya da köməkçisi olmalıdır. Uşaqların təhsilində uğur qazanmaq istəyiriksə, onları daim yoxlamaq lazımdır.
Hazırkı şəraitdə uşaqların yoxlanılması sistemi zəifləyib. Müəllim onlayn sistemdə daha tələbkar olmasa belə şagirdlərdə dərsə maraq yaratmalıdırlar. Uşağın tez-tez adını çəkmək, dərsdə iştirak edib-etmədiyini yoxlamaq lazımdır. Onlayn sistemdə bir digər problem isə kameranın bağlı saxlanılmasıdır. Şagirdlərə müəllim izah etməlidir ki, kamera açıq qalsın və diqqətin müəllimdə olduğu məlum olsun. Sadaladıqlarım əsasən aşağı siniflərə aiddir. Yuxarı siniflərdə artıq dəyişikliklər olur. Onlar özləri bilirlər ki, oxumaq onlara lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-04-2021, 13:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-04-2021, 13:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:34
Xırdalan şəhər 1 nömrəli məktəbdə BSQ testləri üçün pul yığılır iddiası: Təhsil Nazirliyi araşdırma aparmalıdır
19-01-2025, 10:46
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
18-01-2025, 10:47